Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3094/2023 07.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X2 iclas katibliyi İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MTK-nın qanuni təmsilçisi X3 iştirakı ilə, ünvan 1 ünvanı olan Şəxs MTK-nın (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Şəxs MTK barəsində İXM-in 253-1.2.2-ci maddəsi ilə 30 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 2 ünvanında Şəxs MTK tərəfindən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin Qərarı və “Yaşıllığın götürülməsi vərəqi” olmadan ağaclar çıxarılaraq köçürülmüşdür. Nəticədə Şəxs MTK tərəfindən İXM-in 253-1.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 inzibati xəta haqqında protokola uyğun izahat verərək inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MTK-nın qanuni təmsilçisi X7 inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, Şəxs MTK tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi və dövlət qulluqçuların, ehtiyyatda olan hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə ünvan 3 ünvanında iki yaşayış binası inşa edilmişdir. Bu binalar sırf hərbi qulluqçuların yaşayışı üçün nəzərdə tutulmuşdur. Binalara girişin təmin edilməsi üçün 3 ədəd zeytun və 3 ədəd aylant cinsli yaşıllıqların digər yaxın əraziyə köçürülməsi ilə əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Agentliyindən xx.xx.2023-cü il tarixli ER-22/224 saylı ray alaraq xx.xx.2023-cü ildə Yasamal Rayon İcra Hakimiyyətinə və Yasamal Rayon Bələdiyyəsinə rəsmi qaydada təqdim edilmişdir. Rəyə əsasən Yasamal Rayon İcra Hakimiyyəti və ya Yasamal Rayon Bələdiyyəsi 5 (beş) gün ərzində qərar qəbul edərək sözügedən yaşıllıqların köçürülməsini təmin etməlidilər. Buna baxmayaraq heç bir köçürmə həyata keçirilmədi. Nəticədə, mövsümün bitməsini nəzərə alaraq ağacların vaxtında və düzgün köçürülməsini təmin edilməsi məqsədilə, əlacsız qalaraq yaşıllıqlar Nazirlər Kabinetinin xx.xx.2016-ci il tarixli 321 saylı Qərarı ilə təsdiqlənmiş “Yaşıllıqların götürülməsi Qaydası’nın 4.6. maddəsinin şərtlərinə uyğun onlar tərəfindən köçürülmüşdür. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Şəxs MTK barəsində tərtib etdiyi protokolda və məhkəməyə ünvanlanmış müraciətdə yaşıllığın götürülməsi barədə qərarın və ona əlavə edilmiş “Yaşıllığın götürülməsi vərəqəsi”nin olmaması qeyd olunmuşdur. Hazırkı izahata əlavə olunmuş sənədlərlə həmin sənədlərin mövcudluğu təsdiqini tapır. Lakin, Yasamal Rayon Bələdiyyəsi tərəfindən qeyd olunan sənədlər məktubla 20 gün sonra müvafiq quruma və onların ünvanlarına göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MTK barəsində tərtib edilmiş inzibati xəta protokoluna baxılmasına dair işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını dinləyib, tərəflərin məhkəməyə təqdim etdiyi sənədləri tədqiq edib, material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MTK-nın hərəkətlərində Azərbaycan Respublikası İXM-in 253-1.2.2-ci maddəsinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tərtib edilmiş 11 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin xx.xx.2023-cü il tarixli baxış aktından, eləcədə fotoşəkillərdən görünür ki, Şəxs MTK tərəfindən 6 ədəd ağac başqa yerə köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 Agentliyinin yaşıllıqların köçürülməsinə dair rəyindən görünür ki, ünvan 4 ünvanında “Zəfər MTK tərəfindən inşa edilmiş yaşayış binalarının layihələndirilmiş giriş-çıxış yolu üzərindəki köçürülmə üçün alverişli parametrlərdə olan 3 ədəd zeytun ve mövcud hasarın dib hissəsindən yabanı şəkildə inkişaf etmiş 3 ədəd ayland cinsli yaşıllıqlar yolun çəkilməsinə maneə olduğundan müvafiq texniki imkanlara və mütəxəssis heyətinə malik ixtisaslaşdırılmış qurum tərəfindən hazırkı münasib mövsümdə əl əməyi ilə (zərurət yaranarsa, xüsusi ağacçıxaran maşın vasitəsi ilə) köçürülərək yaşıllıq, üçün nəzərdə tutulmuş sahələrə əkilməlidir. Əsas: Nazirlər Kabinetinin 2016-ci il 30 avqust tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nin 2.2.2-ci və 2.2.6-cı yarımbəndi; Layihəyə dair X5sınin 2017-ci il 23 noyabr tarixli, 15/3090 nömrəli rəyi; ETSN-nin müvafiq əməkdaşları tərəfindən yerində keçirilmiş baxışlar, cizgi-sxem və fotoşəkillər. Əlavə: Bu ray yalnız Yasamal Rayon İcra Hakimiyyəti və ya Yasamal Belediyyəsi ərəfindən sözügedən yaşıllıqların köçürülməsi barədə qərar qəbul edilməsi üçün əsasdır. Müvafiq qurum bu rəyi aldığı gündən 5 (beş) gün ərzində sözügedən yaşıllıqlar barədə qərar qəbul etməli, müvafiq qərar və ona əlavə edilmiş “Yaşıllıqların götürülməsi vəraqi nə uyğun olaraq həmin yaşıllıqların köçürülməsini təmin etməlidir, əks halda bu rəyin tələbi pozulmuş hesab ediləcək və həmin qurum barəsində inzibati tədbirlər görüləcəkdir. Ekoloji tələblər: Yaşıllıqların köçürülməsi “Yaşıllıqların götürülməsi Qaydası”nın 4.6-cı bəndinin tələblərinə ciddi riayət etməklə həyata keçirilməli, işlərin icrası zamanı 11 saylı RETSİ-nin nəzarəti (əvvəlcədən verilmiş rəsmi məlumat əsasında) mütləq təmin edilməli, köçürülən yaşıllıqların mütəmadi aqrotexniki qulluq (budama, suvarma, xüsusi texniki üsullarla bərkidilmə və s. Xidmətlər) göstərilərək köküstə inkişafda qalması müvafiq torpaq mülkiyyətçisi tərəfindən təmin edilməlidir. Qeyd: ünvan 4 ünvanında Şəxs MTK tərəfindən inşa edilmiş yaşayış binalarının layihələndirilmiş giriş-çıxış yolunun çəkilməsinə maneə yaradan 3 ədəd ayland və 3 ədəd zeytun cinsli yaşıllıqların köçürülməsi ilə bağlı işlər mütləq “Yaşıllıqların götürülməsi Qaydası”nın tələblərinə uyğun yerinə yetirilməli və bu barədə rəsmi məlumat (təsdiqedici sənədlərlə) ETSN-ə təqdim edilməlidir. Yasamal Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 06 saylı iclas protokolundan 06/03 nömrəli çıxarışdan görünür ki, Üçüncü məsələ barədə Ekologiya məsələləri daimi komissiyasının sədri Rüzgar Bağırov çıxış etmiş. O bildirmişdir ki, Yasamal rayon İcra Hakimiyyətinə, Bələdiyyəyə müxtəlif fiziki və hüquqi şəxslərdən ərazilərdə olan qəzalı ağacların budanması və ya götürülməsi ilə bağlı çoxlu sayda müraciətlər daxil olmuşdur. Onlara bu məsələlərlə bağlı daxil olan bütün müraciətlər rəy alınması məqsedi ilə qanuna müvafiq qaydada Azerbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 Agentliyinə yönləndirilmişdir. Müraciətlər əsasında Azərbaycan Respublikasi Ekologiya ve Tebii Sərvətlər Nazirliyinin X5 Agentliyi tərəfindən onlara daha bir neçə ünvanla bağlı rəy bildirilərək məktub göndərilmişdir. 2. 22/224 saylı 01 mart 2023-cü il tarixli məktub. ünvan 4 ünvanında Şəxs MTK tərəfindən inşa edilmiş yaşayış binalarının layihələndirilmiş girişçıxış yolu üzerindeki köçürülmə üçün əlverişli parametrlərdə olan 3 ədəd Zeytun və mövcud hasarın dib hissəsindən yabanı şəkildə inkişaf etmiş 3 ədəd Ayland cisli yaşıllıqlar yolun çəkilməsinə maneə olduğundan müvafiq texniki imkanlara və mütəxəssis heyətinə malik ixtisaslaşdırılmış qurum tərəfindən hazırkı münasib mövsümdə əl əməyi ilə köçürülərək yaşıllıq üçün nəzərdə tutulmuş sahələrə əkilməsinə Azərbaycan Respublikası Ekologiya ve Tebii Sərvətlər Nazirliyi X5 Agentliyi etiraz etmir. Ağacların götürülməsi Azerbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-ci il tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürlməsi Qaydası” nın tələblərinə və tehlükəsizlik qaydalarına riayət edilməklə yerinə yetirilməlidir. Rəyin icrasi zamanı 11 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsinin nəzarəti mütləq təmin edilməlidir. 11 sayli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi görülən işlərin nəticəsi barədə ETSN-nin Dövlət Ekspertiza İdarəsinə məlumat vərmiş. Müzakirələrdən sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X6 Agentliyi tərəfindən verilmiş rəyə uyğun qərarın verilməsi təklif olunmuşdur. Təklif səsə qoyulmuş. Lehine – 13 Əleyhinə - 0 Biteref – 0 Təklif qəbul olunmuşdur. Qərar İV 2.1 ünvan 4 ünvanında Şəxs MTK tərəfindən inşa edilmiş yaşayış binalarının layihələndirilmiş giriş-çıxış yolu üzərindəki köçürülmə üçün əlverişli parametrlərdə olan 3 ədəd Zeytun və mövcud hasarın dib hissəsindən yabanı şəkildə inkişaf etmiş 3 ədəd Ayland ağacına Ekologiya ve Tebii Sərvətlər Nazirliyinin X5 Agentliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, rəyinə uyğun olaraq, yaşıllıqlar yolun çəkilməsinə manee olduğundan müvafiq texniki imkanlara və mütəxəssis həyətinə malik ixtisaslaşdırılmış qurum tərəfindən hazırkı münasib mövsümde el əməyi ilə köçürülərək yaşıllıq üçün nəzərdə tutulmuş sahələrə ekilməsinə Yasamal Bələdiyyəsi etiraz etmir. Ağacların götürülməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 nömrəli Qərarı ila təsdiq edilmiş “Yaşıllıqların götürlməsi Qaydası” nin tələblərinə və təhlükəsizlik qaydalarına riayət edilməklə yerinə yetirilməlidir. Rəyin icrası zamanı 11 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsinin nəzarəti mütləq təmin edilməlidir. Yaşıllığın götürülməsi vərəqindən görünür ki, 3 ədəd Zeytun və 3 ədəd Ayland ağacı giriş-çıxış yoluna maneə olduğu üçün köçürülmüşdür. Məhkəmə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını dinləyib, tərəflərin məhkəməyə təqdim etdiyi sənədləri tədqiq edib, material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MTK-nın hərəkətlərində Azərbaycan Respublikası İXM-in 253-1.2.2-ci maddəsinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. İXM-in 253-1.2.2-ci maddəsinə əsasən Yaşıllıqların götürülməsi qaydasının pozulmasına, yəni: yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə - fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 53.1, 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İş materialarından görünür ki, ünvan 2 ünvanında Şəxs MTK tərəfindən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və “Yaşıllığın götürülməsi vərəqi” olmadan ağaclar çıxarılaraq köçürüldüyü müəyyən edildiyi üçün onun barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi 30 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin iş materiallarından müəyyən edilir ki, Şəxs MTK tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 Agentliyinin yaşıllıqların köçürülməsinə dair rəyi, Yasamal Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 06 saylı iclas protokolundan 06/03 nömrəli çıxarış (qərar) və Yaşıllığın götürülməsi vərəqi alınmaqla ünvan 2 ünvanından 06 ədəd ağac köçürülmüşdür. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MTK-nın hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş 30 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MTK barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 30 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İXM-in 129cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-3094/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3094/2023
07.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver