Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3106/2025 14.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şikayətçi X1 "xxxx" ASC-nin direktoru X13-Əfəndiyeviç Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin 24 aprel 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi X1 "xxxx" ASC-nin direktoru X13-Əfəndiyeviç Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin 24 aprel 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, X9 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN1613532 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Daxili İşlər Nazirliyindən təqdim edilmiş işğaldan azad edilmiş ərazilərdə iş icazəsi alınmış bir sıra əməkdaşların adları göstərilsə də, onlara dair əmək müqaviləsi qüvvəyə minməsi barədə bildirişlər aşkar olunmadığı üçün vəzifəli şəxs kimi onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən xx.xx.2024-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. X9 Xidmətinin qeyd edilən qərarını əsassız hesab etmiş və bu qərardan Yasamal Rayon Məhkəməsinə şikayət etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-3784/2024 nömrəli qərarı ilə qeyd edilən qərar ləğv edilmiş və yenidən baxılması üçün X9 Xidmətinə göndərilmişdir. X9 Xidməti tərəfindən Yasamal Rayon Məhkəməsinin xx.xx.2024- cü il tarixli, 3(004)- 3784/2024 nömrəli qərarından apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-2071/2024 nömrəli qərarı ilə həmin qərar (Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-3784/2024 nömrəli qərarı) dəyişdirilmədən saxlanılmışdır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-3784/2024 nömrəli qərarı qərar onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olan məlumatlar əsasında aparılan inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələblərinə uyğun olmamış, iş üzrə bütün faktiki hallan tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi təbdirlər görülməmiş, yalnız daxil olan məlumat əsasında protokol tərtib edilərək iş materialları məhkəməyə göndərilmiş, vətəndaş X6, X11, X12, X4, X7, X8 və X2 izahatı alınaraq zəruri araşdırma aparılmamış, həmin vətəndaşla X1 "xxxx" ASC-nin arasında hər hansı bir əmək münasibətinin yaranıb-yaranmaması dəqiqləşdirilməmişdir. Bununla da şəxsin təqsirliliyini sübut edən kifayət qədər dəlil toplanılmamış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Belə ki, qanunvericiliyin tələbinə görə dövlət orqanlarından (qurumlarından) məlumatların daxil olması inzibati xəta haqqında iş üzrə icraata başlama səbəblərindən biridir və inzibati araşdırma tələb olunduğu halda, inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs bu barədə qərardad qəbul edib işin bütün hallarını araşdırmalıdır. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının X9 Xidməti Bakı Şəhər İdarəsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş məlumat əsasında yalnız Nazirliyi altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni X1 "xxxx" ASC tərəfindən icazəsi istənilən, məlumatda adları qeyd edilən şəxslərin həqiqətən işğaldan azad edilmiş qeyd edilən rayonlara gedibgetməmələrini, həmin rayonlara getmişlərsə, hüquqi şəxs tərəfindən orada əməyə cəlb olunub-olunmamalarını araşdırmamışdır. Belə olan vəziyyətdə, X6, X11, X12, X4, X7, X8 və X2 həqiqətən məlumatda qeyd edilən tarixlərdə qeyd edilən rayonlara gedib-getməmələri, icazə almaqla həmin ərazilərə getmişlərsə orada Avro- X5 "xxxx" ASC tərəfindən işlərin görülməsinə cəlb edilibedilməmələri müəyyənləşdirilməli idi. Həmin şəxslər üçün icazələrin istənilməsi, özlüyündə hüquqi şəxs tərəfindən onların əməyə cəlb edilməsi anlamına gəlmir. X9 Xidməti tərəfindən inzibati iş üzrə icraata baxılması ilə bağlı heç bir yeni tədbir görülməmiş, adları qeyd olunan şəxslərə sadəcə bildiriş göndərilmiş, onların və mənim izahatımız alınmamış, məsələyə münasibətimiz öyrənilməmiş, inzibati xəta sübuta yetirilməmişdir. İnzibati xətanın sübuta yetirilməsi ilə bağlı heç bir yeni tədbir qörülməməsinə baxmayaraq onun barəsində yenidən xx.xx.2025-ci il tarixli, MN1870176 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, 4000.00 (dörd min) manat məbləğində cərimə edilmişdir. Bir daha qeyd etmək istəyir ki, qərarda sadalanan işçilərə işğaldan azad edilmiş ərazilərdə çalışmaq üçün iş icazəsi almadan əvvəl onların hər biri ilə əmək müqaviləsi bağlanmış və buna dair əmək müqaviləsinin qüvvəyə minməsi barədə bildirişlər qeydə alınmışdır. Bu faktı şikayətə əlavə edilmiş sübutlardan müəyyən etmək mümkündür. Onu da qeyd edir ki, həmin əmədaşlarla əmək müqaviləsinə müxtəlif vaxtlarda xitam verilsə də onların adlarının hələ də iş icazəsi sistemində mövcud olmuşdur. Məhz bu fakta əsaslanaraq X9 Xidməti əməkdaşlarla əmək müqaviləsinin bağlanmasını nəzərə almadan sistemdə mövcud olan şəxsləri əmək müqaviləsi olmadan işə cəlb etməkdə onları ittiham etmiş və buna görə də onu inzibati məsuliyyətə cəlb etmişdir. Halbuki işçilərin işğaldan azad edilmiş ərazilərdə iş icazəsinin vaxtında ləğv edilməməsinə görə və ümumiyyətlə bunu tənzilməyən hər hansı bir normativ-hüquqi akt mövcud deyil. X9 Xidməti isə qeyd olunanları tənzimləyən normativ-hüquqi akt olmadan, yalnız öz ehtimalları əsasında qanunsuz və qərəzli qərar qəbul etmişdir. Şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün təhbeh vermə orqanı hansı normativ-hüquqi aktın pozulmasını dəqiq göstərməlidir. Lakin yuxarıda qeyd etdiyi kimi, inzibati təhbeh yalnız ehtimallar əsasında qəbul edilmişdir. X9 Xidməti inzibati xətanı sübuta yetirməmişdir. Qeyd edirəm ki, sözügedən inzibati xəta ilə bağlı baş direktoru olduğu X1 "xxxx" ASC barəsində də İXM-in 192.1-ci maddəsinə görə inzibati protokol tərtib edilmiş, həmin protokol Yasamal Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 3(004)-3529/2024 nömrəli qərardadı ilə geri qaytarılmışdır. Səbəb kimi isə inzibati xətanın tam araşdırılmaması göstərilmişdir. X9 Xidməti tərəfindən heç bir araşdırılma aparılmadan yenidən X1 "xxxx" ASC barəsində İXM-in 192.1-ci maddəsinə görə protokol tərtib edilmiş baxılmaq üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)-2409/2025-ci il nömrəli qərardadı ilə protokol yenə də geri qaytarılmış, səbəb kimi isə inzibati xətanın tam araşdırılmaması göstərilmişdir. Odur ki, İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN1870176 nömrəli qərarın ləğv edilməsi və inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişidr. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi Nümayəndə şikayətin əsassız olduğunu qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq nümayəndə bildirdi ki, hər hansı əlavə sübut araşdırma zamanı müəyyən olunmamış, inzibati xəta haqqında tərkibin olması üçün iş icazəsinin olması kifayət edir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin 24 aprel 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş işğaldan azad edilmiş ərazilərdə iş icazəsi alınmış X6, X11, X12, X4, X7, X8 və X3 adlarına Nazirliyin Əmək və Məşğulluq altsistemində qüvvədə olan əmək müqaviləsi bildirişi aşkar edilməmiş həmin işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilmişdir. Nəticədə X1 "xxxx" ASC-nin direktoru X13-Əfəndiyeviç Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olan məlumatlar əsasında aparılan inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələblərinə uyğun olmamış, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi təbdirlər görülməmiş, yalnız daxil olan məlumat əsasında protokol tərtib edilərək iş materialları məhkəməyə göndərilmiş, vətəndaş X6, X11, X12, X4, X7, X8 və X2 izahatı alınaraq zəruri araşdırma aparılmamış, həmin vətəndaşla X1 "xxxx" ASC-nin arasında hər hansı bir əmək münasibətinin yaranıb-yaranmaması dəqiqləşdirilməmişdir. Bununla da şəxsin təqsirliliyini sübut edən kifayət qədər dəlil toplanılmamış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Belə ki, qanunvericiliyin tələbinə görə dövlət orqanlarından (qurumlarından) məlumatların daxil olması inzibati xəta haqqında iş üzrə icraata başlama səbəblərindən biridir və inzibati araşdırma tələb olunduğu halda, inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs bu barədə qərardad qəbul edib işin bütün hallarını araşdırmalıdır. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının X9 Xidməti Bakı Şəhər İdarəsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş məlumat əsasında yalnız Nazirliyi altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni X1 "xxxx" ASC tərəfindən icazəsi istənilən, məlumatda adları qeyd edilən şəxslərin həqiqətən işğaldan azad edilmiş qeyd edilən rayonlara gedib-getməmələrini, həmin rayonlara getmişlərsə, hüquqi şəxs tərəfindən orada əməyə cəlb olunub-olunmamalarını araşdırmamışdır. Belə olan vəziyyətdə, X6, X11, X12, X4, X7, X8 və X2 həqiqətən məlumatda qeyd edilən tarixlərdə qeyd edilən rayonlara gedib-getməmələri, icazə almaqla həmin ərazilərə getmişlərsə orada X1 "xxxx" ASC tərəfindən işlərin görülməsinə cəlb edilib-edilməmələri müəyyənləşdirilməli idi. Həmin şəxslər üçün icazələrin istənilməsi, özlüyündə hüquqi şəxs tərəfindən onların əməyə cəlb edilməsi anlamına gəlmir. Bundan əlavə məhkəmə qeyd edir ki, hazırki mübahisəyə ilə bağlı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə inzibati orqanın tənbeh tədbirinin verilməsi barədə əvvəlki qərarı ləğv edilmiş və iş yenidən araşdırmaya göndərilmişdir. Lakin yenidən araşdırma aparılaraq inzibati orqan tərəfindən hər hansı başqa sübut növü məhkəməyə təqdim olunmamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Lakin hazırkı iş üzrə hazırkı qərarda göstərilən fakt üzrə inzibati xəta hadisəsinin baş verməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Şikayətçi X1 "xxxx" ASC-nin direktoru X13-Əfəndiyeviçin barəsində İXM-nin 192.1ci maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-3106/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3106/2025
14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver