Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3107/2025 16.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" QSC-nin etibarnamə üzrə nümayəndələri X3 və X2 iştirakları ilə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasmm Mərkəzi Bankı tərəfindən xx.xx.2024 - xx.xx.2024-cü il tarixləri arasında Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən “Şakalad Tower" biznes mərkəzində fəaliyyət göstərən "xxxx" QSC-də hərtərəfli yoxlama həyata keçirilmişdir. Yoxlama nəticəsində aşkar edilən nöqsan və çatışmazlıqlar göstərilən müddət ərzində "xxxx" QSC tərəfindən aradan qaldırılmamışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 28 aprel 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X4 inzibati xəta haqqında protokolu müdafiə edərək "xxxx" QSC barəsində müvafiq inzibati tənbeh növünün seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" QSC-nin etibarnamə üzrə nümayəndələri X6 və X5 inzibati xətanı etiraf edərək bildirmişdirlər ki, Mərkəzi Bank tərəfindən keçirilmiş yoxlama nəticəsində tərtib edilmiş 22 tədbirlər planından sadəcə 4-5 bənd icra edilməmişdir. Lakin həmin bəndlər üzrə də nöqsanların bir çoxu aradan qaldırılmışdır. X7 əməkdaşlıq edərək qeyd edilən nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər görürlər. "xxxx" QSC-nin qeyd edilən maddə üzrə ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını nəzərə alaraq barələrindən yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının "xxxx" QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə tərtib etdiyi 28 aprel 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" QSC Mərkəzi Bankın icrası məcburi olan göstərişlərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Qeyd olunan məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yoxlamaların keçirilməsinə maneçilik törədilməsinə və ya yoxlayıcıların yoxlama yerinə buraxılmamasına, yaxud Azərbaycan Respublikası Mərkəzi Bankının vəzifəli şəxslərinin qanuni tələbnamələrinin (qərarlarının) və ya icrası məcburi olan göstərişlərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan on min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikasmm Mərkəzi Bankı tərəfindən xx.xx.2024 - xx.xx.2024-cü il tarixləri arasında Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən Şakalad Tower" biznes mərkəzində fəaliyyət göstərən "xxxx" QSC-də hərtərəfli yoxlama həyata keçirilmişdir. Yoxlama nəticəsində aşkar edilən nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə Mərkəzi Bankla razılaşdırılmaqla tədbirlər planı hazırlanmış, sonradan bu plan üzrə tədbirlərin tamamlanması məqsədilə "xxxx" QSC-yə xx.xx.2025-ci il tarixədək möhlət verilmişdir. Qeyd edilən müddət bitdikdən sonra "xxxx" QSC-də aparılmış plandankənar tematik yoxlama nəticəsində tədbirlərin planında bəzi tədbirlərin icra edilmədiyi və ya tam icra edilmədiyi müəyyən edilmişdir. Bu məqsədlə Mərkəzi Bankın xx.xx.2025-ci il tarixli, 6-1-14/2-4469/2025 nömrəli məktubu ilə "xxxx" QSC-yə icrası məcburi olan göstəriş verilmiş və tədbirlər planının 2-ci, 3-cü, 13-cü, 15-ci və 20-ci bəndlərinin xx.xx.2025-ci il tarixədək icra edilməsi tələb olunmuşdur. Lakin göstərilən müddət ərzində "xxxx" QSC Mərkəzi Bankın icrası məcburi olan göstərişini yerinə yetirməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, "xxxx" QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6000 (altı min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində birbaşa Bakı Apellyasiya Məhkəməsinə və ya Yasamal Rayon Məhkəməsi vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-3107/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3107/2025
16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver