Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3108/2023 14.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 5 ünvanında yerləşən Şəxs MMC (VÖEN: **********1) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Yasamal Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixdə saat 12:50 dəqiqədə Bakı şəhəri Yasamal rayonu Parlament prospekti 9 ünvanında yerləşən A.Hüseynzadə adına 20 saylı məktəb-liseyin yeməkxanasında qida qəbul etmiş şagirdlərin zəhərlənməsi faktı baş vermişdir. Buna səbəb Şəxs MMC tərəfindən 20 saylı məktəb-liseyin bufetində keyfiyyətsiz qidanın satışı ilə əlaqədar olmuşdur. Bununla da Şəxs MMC yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarını pozmuşdur. Bununla da Şəxs MMC İXM-in 220.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə xx.xx.2023-cü il tarixdə Yasamal Rayon prokuroru tərəfindən qərar qəbul olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs nümayəndəsi X2 məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək göstərdi ki, Şəxs MMC 20 ildən artıqdır ki, iaşə obyektlərinə qida hazırlanması və çatdırılması fəaliyyəti ilə məşğuldur. A.Hüseynzadə adına 20 №-li məktəb-liseyin 1-ci mərtəbəsində yerləşən bufetində xx.xx.2023-cü il tarixdə baş vermiş 15-ə qədər tələbənin (qızardılmış toyuq qanadı nuggets) yedikdən sonra vəziyyətlərinin pisləşməsi istehsal olunan qidanın keyfiyyətsiz olması səbəbi ilə deyil, qablaşdırılması, çatdırılması zamanı müvafiq normalara riayət edilməməsi səbəbindən ola bilərdi. Hadisədən onlar da peşmançılıq hissi keçirmişlər. İnzibati xətanın baş verməsini arzulamamışlar və bilərəkdən belə bir hal baş verməmişdir. Ədalətli qərar çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası Yasamal Rayon prokurorunun köməkçisi X3 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 12:50 dəqiqədə Bakı şəhəri Yasamal rayonu Parlament prospekti 9 ünvanında yerləşən A.Hüseynzadə adına 20 saylı məktəb-liseyin yeməkxanasında qida qəbul etmiş şagirdlərin zəhərlənməsi faktı aşkar edilmişdir. Buna səbəb Şəxs MMC tərəfindən 20 saylı məktəb-liseyin bufetində keyfiyyətsiz qidanın satışı ilə əlaqədar olmuşdur. Bununla da Şəxs MMC yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarını pozmuşdur. Bu əməllərinə görə barəsində cinayət işinin başlanılması rədd edilmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilmişdir. İXM-in 220.2-ci maddəsinə əsasən yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarında olan Yasamal rayon prokurorluğunun müstəntiqi S.Abbasovun xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Şəxs MMC-nin təqsirli bilindiyi inzibati xətanı törətməsi, “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” həmin qərarı təsdiq edilir. Bununla da Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən “inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərar, “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərar, özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsi ilə təqsirli bilinərək, 200 manat (iki yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-3108/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3108/2023
14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver