Məhkəmə qərarları › İş №3(004)-3123/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3123/2025

20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3123/2025 20.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi ilə, hüquqi şəxs Şəxs (bundan əvvəl firma adı dəyişmədən öncə "xxxx" MMC olması nəzərə alınsın) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə 18 aprel 2025-ci il tarixli, 00800-00454/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC tərəfindən ümumi gömrük dəyəri 3063,74 AZN, netto çəkisi 37 kq olan “çərçivələr” adlı yük xx.xx.2023-cü il tarixdə **********6536 sorğu nömrəli gömrük bəyannaməsi əsasında müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş və həmin yük Polşaya göndərilmişdir. Yükün müvəqqəti ixrac müddəti xx.xx.2024-cü il tarixdə bitməsinə baxmayaraq yük geriyə qaytarılmamış və ya digər gömrük proseduru altında yerləşdirilməmişdir. Təsdiq olunmuş **********6536 sorğu nömrəli gömrük bəyannaməsinin 44-cü qrafasında müvəqqəti ixrac əməliyyatları zamanı malların geri gaytarılması barədə öhdəlik əks olunmuşdur. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 499.1.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş üzrə tərəflərə - barəsində inzibati qaydada icraat aparılan hüquqi şəxsə və səlahiyyətli orqan-Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati qaydada icraat aparılan hüquqi şəxsin və səlahiyyətli orqan-Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə inzibati işə barəsində inzibati qaydada icraat aparılan hüquqi şəxsin və səlahiyyətli orqan-Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, Anar Cahangirova ünvanlanmış 31 yanvar 2025-ci il tarixli, 3-33-3100/012/003025 nömrəli raportdan görünür ki, "xxxx" MMC (VÖEN **********) tərəfindən - xx.xx.2023-cü İİ tarixli **********6536 nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 3063,74 AZN, netto çəki 37 kq) yük müvəqqəti ixrac xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Yükün müvəqqəti ixrac müddəti xx.xx.2024-cü il tarixdə bitməsinə baxmayaraq, müvəqqəti ixrac müddətinin uzadılması üçün müraciət olunmamış və ya digər gömrük rejimində rəsmiləşdirilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq müvafiq araşdırmanın aparılması üçün Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsinə göstəriş verilməsi xahiş edilmişdir; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X1 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 18 aprel 2025-ci il tarixli, 00800-00454/25 nömrəli protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC tərəfindən ümumi gömrük dəyəri 3063,74 AZN, netto çəkisi 37 kq olan “çərçivələr” adlı yük xx.xx.2023-cü il tarixdə **********6536 sorğu nömrəli gömrük bəyannaməsi əsasında müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş və həmin yük Polşaya göndərilmişdir. Yükün müvəqqəti ixrac müddəti xx.xx.2024-cü il tarixdə bitməsinə baxmayaraq yük geriyə qaytarılmamış və ya digər gömrük proseduru altında yerləşdirilməmişdir. Təsdiq olunmuş **********6536 sorğu nömrəli gömrük bəyannaməsinin 44-cü qrafasında müvəqqəti ixrac əməliyyatları zamanı malların geri gaytarılması barədə öhdəlik əks olunmuşdur; “Taxes.gov.az” portalından çıxarışdan görünür ki, ********** nömrəli VÖEN-in sahibi dəyişmədən öncə "xxxx" MMC, dəyişmədən sonra isə Şəxs MMC olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir 130.1-ci maddəsinə əsasən təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar müvəqqəti ixrac proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad edilməklə, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisindən kənarda istifadə olunur; 499.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni üç aydan bir ilədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin iyirmi faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2013-cü il tarixdə təsdiq olunmuş 244 saylı “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi” qaydalarının 3.6-cı bəndinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar idxal edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən "Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Şəxs tərəfindən gömrük dəyəri 3063,74 manat olan mallar müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət xx.xx.2024-cü il tarixdə bitməsinə baxmayaraq yük geriyə qaytarılmamış və ya digər gömrük proseduru altında yerləşdirilməmişdir. Bununla da müəyyən edilir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsinin tərkib əlamətləri mövcuddur və o, həmin maddə ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş malların 20 faizi məbləğində cərimə tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (dəyişmədən öncə "xxxx" MMC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 20 faizi miqdarında, yəni 612,748 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar