Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-3124/2023 20.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 iştirakı ilə X5 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədəAzərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN № ******* saylı protokola və əlavə edilmiş materiala baxaraq, müəyyənetdi: Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən X5 barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında xx.xx.2023-cü il tarixində saat 11:20-də “Disney Kids” adlı obyektin qarşısında müvafiq icazə sənədi olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Bununla da, X5 barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsinin nümayəndəsi X4 protokolu müdafiə edərək, müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 protokola etiraz edərək, bildirdi ki, protokol tərtib edilməzdən əvvəl dəvət edilməmiş, bu barədə ona hər hansı bir bildiriş göndərilməmişdir. Ona görə də barəsində tərtib olunmuş inzibati xəta haqqında işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu, ona əlavə olunmuş sənədləri, verilmiş etirazı nəzərdən keçirərək və tərəfin izahatını dinləyərək hesab edir ki, X3 barəsində daxil olmuş inzibati material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, İnzibati xəta haqqında protokolda X3 izahat verməkdən, habelə hüquqlarının və vəzifələrinin izah olunduğuna dair qeydi və ümumiyyətlə protokolu imzalamaqdan, həmçinin inzibati xəta haqqında protokolun surətini qəbul etməkdən imtina etdiyi göstərilir. Həmin «imtina etdi» qeydləri protokolu tərtib etmiş vəzifəli şəxs tərəfindən aparılmış, lakin bu qeydlərin həqiqətə uyğunluğu heç bir mötəbər sübutla (məsələn, akt və yaxud hal şahidlərinin cəlb edilərək protokolun müvafiq bölmələrini imzalamaları və s.) təsdiqlənmir. X1 inzibati xəta haqqında iş üzrə icraatda iştirak etməsi üçün dəvət olunduğu da iş materialları ilə müəyyən edilmir. Beləliklə, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən inzibati xəta haqqında iş üzrə aparılmış icraat dövründə X3 iştirakının təmin olunduğu (ümumiyyətlə dəvət edildiyi), ona hüquqlarının və vəzifələrinin izah edildiyi və s. zəruri prosessual hərəkətlərin həyata keçirildiyi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallarla müəyyən olunmur. Digər tərəfdən məhkəmə qeyd edir ki, “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydası”nın 3.5-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə həmin qaydaların 3.5.1-ci bəndinə əsasən reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır) etməklə ilkin hərəkətləri yerinə yetirməli və digər tərəf bu qaydalara əməl etmədiyi təqdirdə isə dərhal inzibati xəta haqqında protokol tərtib etməlidir. Hazırki işin materiallarından görünür ki, protokol tərtib etmiş orqan sözügedən qaydalara riayyət etmədən birbaşa inzibati protokol tərtib etmişdir.Ona görə də məhkəmə hesab edir ki, tərtib edilmiş inzibati protokol iş materialları ilə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.7-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlanmaq mümkün olmadıqda, hakim işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair material Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-3124/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-3124/2023
20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver