Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-3125/2023 01.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Cavadzadə Rəşad Bəylər oğlu, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsi tərəfindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdim: Şəxs xx.xx.2023-cü il tarixdə Seyfəddi Dağlı küçəsində polis əməkdaşlarının qanuni tələbini qəsdən pozduğu və xırda xuliqanlıq etdiyi üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin sahə rəisi polis mayoru X1 ərizə təqdim edərək, işin hallarının tam araşdırılması üçün materialların geri qaytarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinə geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-3125/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-3125/2023
01.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver