Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3134/2023 14.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 nümayəndəsi (anası) X1 iştirakları ilə, X2 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X4 şikayətlə məhkəməyə müraciət edərək barəsində Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş 08 may 2021-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(004)- 863/2023 nömrəli qərarı ilə X2 şikayəti qismən təmin olunaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən qəbul edilmiş 08 may 2021-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X11 İdarəsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 30 manat məbləğində cərimə edilmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar çıxarılmış X4 inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək, Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, sürücü X6 “KİA RİO” markalı, ** MB *** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitələrinin parklanması üçün müəyyən edilməmiş yerdə saxlamışdır. O, nəqliyyat vasitəsini qanunsuz yerdə elə saxlamışdır ki, sağ qapıdan düşmək mümkün deyildi. Sağ qapı tərəfdən yol kənarında dayanan digər nəqliyyat vasitələrinə sıx saxlandığından qapını açmaq mümkün deyildi. Bununla bərabər sürücü ondan nəqliyyat vasitəsindən düşməyini tələb etmiş və o, nəqliyyat vasitəsindən düşərkən qapını açmağı ilə bərabər həmin prospektdə hərəkətdə olan X5 idarə etdiyi “Mercedes Benz S450” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobilinin sağ tərəfinə dəymiş zərər vurulmuşdur. Nəticədə hər iki nəqliyyat vasitəsinə zərər dəymişdir. Həmin şəxsin diqqətsiz hərəkətinə görə hətta onun sağlamlığıma da zərər gələ bilərdi. Daha sonra elə orada yol polisi əməkdaşları heç bir araşdırma aparmadan, onun sağlamlıq vəziyyətini nəzərə almadan barəsində inzibati tənbeh haqqında qərar qəbul etmiş və AR İXM-nin 338.3-cü maddəsinə əsasən cərimə yazmışlar. Həmin qərar ona təqdim edilmədiyi kimi, hətta onun ümumiyyətlə barəsində tərtib olunmuş qərardan xəbəri olmamışdır. Onun heç bir günahı olmadığı halda, yəni inzibati xəta törətmədiyi halda emosional gərgin vəziyyətindən istifadə edərək protokol tərtib edilməsi həmin qanun pozuntusudur, həm də etik və mənəvi qaydalara ziddir. O, həmin qərardan xəbər tutduqdan sonra şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsi çıxardığı xx.xx.2023-cü il tarixli, 3(004)-863/2023 saylı qərarı ilə şikayəti qismən təmin edərək, inzibati tənbeh vermə haqqında qərarı ləğv etmiş və baxılması üçün AR DİN Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi iş üzrə obyektiv və hərtərəfli araşdırma aparmadan ilkin qərarı əsas tutaraq barəmdə ******* nömrəli qərar çıxarmış və AR İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 30 manat cərimə edilmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 nümayəndəsi X3 şikayətin dəlillərinə uyğun şəkildə çıxış edib, cərimə məbləğinin xitam edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 30 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsinə əsasən sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanılmamasına, motodəbilqənin geyilməməsinə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına və ya sürücünün nəqliyyat vasitəsini idarə etməkdən yayındırılmasına görə-otuz manat məbləğində cərimə edilir. Qeyd edilən Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X4 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 338.3-cü maddəsinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib etmiş Bakı şəhər BPİ DYPİ nümayəndəsi təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Bundan başqa şikayətçi X2 iştirakı ilə hadisə yerinə baxış keçirilməmiş, yol nəqliyyat hadisəsinin sxemi yenidən tərtib edilməmişdir. Baxmayaraq ki, qeyd edilən hərəkətlərin edilməsi Yasamal Rayon Məhkəməsinin bundan əvvəl qəbul etdiyi xx.xx.2023-cü il tarixli 3(004)-863/2023 saylı qərarında öz əksini tapmaqla qərar qəbul edən orqana həvalə edilmişdir. Lakin qərar qəbul edən orqan əvvəlki qərarını təkrarlayaraq, heç bir əlavə sübut təqdim etmədən (əlavə etmədən) yenidən eyni cür qərar qəbul etmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, hazırki halda sübutetmə yükü inzibati qərar qəbul etmiş inzibati orqanın üzərinə düşdüyündən inzibati xətanın onun tərəfindən tərədiməməsi ilə bağlı sübutlar təqdim etmək vəzifəsi mütləq qaydada şikayət edən şəxsin üzərinə qoyula bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə qeyd edir ki, şikayətçi X2 iştirakı ilə hadisə yerinə baxış keçirilərək yol nəqliyyat hadisəsinin sxemi yenidən tərtib edilmədiyindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsinin dispozisiyasında göstərilən qaydalar ona şamil edilməməklə, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv olunmaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, X2 barəsində Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin xx.xx.2023cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53.2, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. X4 barəsində Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında işüzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-3134/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3134/2023
14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver