Məhkəmə qərarları › İş №3(004)-3135/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3135/2021

29.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3135/2021 29.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1989-cu ildə Rusiya Federasiyasının, Orenburq şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Bakı şəhəri Yasamal rayonu S.Tağızadə küçəsi, dalan 5, ev 3-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 28.11.2021-ci il tarixdə Yasamal rayonu, S.Tağızadə küçəsi, dalan 5 ünvanında nalayiq söyüşlər söyərək, ətrafdakı insanların narazıçılığina və narahatlığına səbəb olmuşdur. Ərazidəki polis əməkdaşları ona yaxınlaşaraq qeyri-etik davranışlarına son qoymalarını istəmişlər, o isə onların dediklərinə qəsdən məhəl qoymayaraq öz hərəkətlərinə davam etmiş.Polis əməkdaşları bir neçə dəfə xəbərdarlıq etdikdən sonra onu xidməti maşınlarına otuzdurmag istəmişlər, o isə tabe olmayaraq qaçmağa çalışmışdır.Bundan başqa o həmin vaxt narkotik vasitə qəbul etmiş və narkotik vasitənin təsiri altında olmuşdur.Narkotik vasitənin təsiri altında olduğu üçün daha da çox səs-küy salmış və bununla da polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. Buna görə də polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş, bölmədə onun özünü adekvat aparmasından şübhələndikləri üçün tibbi müayinəyə aparılmış, müayinə zamanı narkotik vasitə istifadə etdiyi müəyyən edilmişdir. Bununla da o, İXM-in 206, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində 28.11.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək göstərdi ki, həqiqətən də o, məhlədə səs-küy salmış, polis əməkdaşlarının sözlərinə əhəmiyyət verməmiş, qaçmağa çalışmış, polisin qanuni tələblərinə tabe olmamışdır. Həmçinin bir neçə gün əvvəl Yasamal rayonu ərazisində narkotik vasitə istifadə etmişdir. Əməlindən peşmandır. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin sahə inspektoru X2 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs 28.11.2021-ci il tarixdə ünvan 1 ünvansız söyüşlər söymüş, ətrafdakı sakinlərin narazılığına səbəb olmuş. Polis əməkdaşları ona yaxınlaşıb etdiyi hərəkətlərə son qoymasını istəmiş, lakin buna məhəl qoymadan əməllərinə davam etmiş. Polis əməkdaşları onun barəsində qanuni tədbir görülməsi üçün bölməyə dəvət etmişlər və avtomaşına minməyini xahiş etmişlər. Şəxs avtomaşına minməkdən imtina edərək qaçmağa çalışmış, polisin qanuni tələblərinə tabe olmamış, bununla da polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. Buna görə də polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş, bölmədə onun özünü adekvat aparmasından şübhələndikləri üçün tibbi müayinəyə aparılmış, müayinə zamanı narkotik vasitə istifadə etdiyi müəyyən edilmişdir. Buna görə də inzibati xəta haqqında protokol tərtib edilib, məhkəməyə təqdim etmişdir. İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsi inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, iş materiallarında olan Yasamal RPİ 26-cı PB-nin əməliyyat müvəkkilləri R.Quliyev və S.Həsənovun imzaladığı 28.11.2021-ci il tarixli raportu ilə, sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 29.11.2021-ci il tarixli, 4140 saylı tibbi müayinə aktı, özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı 28.11.2021-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 20:00 radələrində tutulmuşdur. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 535.1-ci maddələri ilə təqsirli bilinərək, 20 gün (iyirmi gün) müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli saxlanıldığı vaxtdan, yəni 28.11.2021-ci il tarixdən, saat 20:00 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26cı Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar