Məhkəmə qərarları › İş №3(004)-3135/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3135/2023

02.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3135/2023 02.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Müşfiq oğlunun iştirakları ilə, xx xxx 2002-ci il tarixdə Saatlı rayonu, Kamallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Saatlı rayonu, Hacıqasımlı ərazi dairəsi, Kamallı kəndində qeydiyyatda olan Şəxs Müşfiq oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Müşfiq oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 02 iyun 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs Müşfiq oğlu 02 iyun 2023-cü il tarixdə Yasamal RPİ-nin DYPŞ-nin əməkdaşlarına tabe olmamışdır. Nəticədə Şəxs Müşfiq oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin polis sahə inspektoru X2 protokolu müdafiə edərək bildirmişdir ki, 02 iyun 2023-cü il tarixdə polis əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsində xidmətdə olarkən **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulduğunu görərək həmin sürücüyə saxla işarəsi verilərək ona yaxınlaşılmış və törətdiyi qayda pozuntusu izah edilmiş, avtomobilin müvəqqəti duracağa təmin edilməli olduğunu bildirmişdir. Şəxs Müşfiq oğlu buna etiraz edərək avtomobili müvəqqəti duracağa yerləşdirməyəcəyini demişdir. Şəxs qanunun tələblərinə riayət etməli olduğu bildirilsədə o polisin qanuni tələbinə məhəl qoymayaraq öz qanuna zidd hərəkətlərinə davam etmişdir. PPXB-nin əməkdaşlarının köməyi ilə 27-ci polis bölməsinə təmin edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs Müşfiq oğlunun Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Müşfiq oğlu özünü təqsirli bilməyərək bildirmişdir ki, o universitetdə oxuyur, 4-cü kurs tələbəsidir. 02 iyun 2023-cü il tarixdə polis əməkdaşı ona saxla işarəsi verərək ona yaxınlaşmış və içkili olub-olmadığını soruşmuşdur. İçkili olmadığını bildirdikdən sonra onu avtoxuliqanlıqda ittiham etmişdir. Bundan sonra polis əməkdaşı onun idarə etdiyi nəqliyyat vasitəsinin üzərində “led” işiqlarının olduğunu bildirib avtomobilin ondan avtomobilini duracağa təmin etməsini tələb etmişdir, o isə bununla bağlı protokol tərtib edilməsini tələb edərək avtomobili duracağa yeləşdirməkdən imtina etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən 27-ci polis bölməsinə təmin edilmişdir. Hər hansı qaydada polisin qanuni tələbinə qarşı gəlməmişdir. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, idarə etdiyi avtomobil onun deyil, o sadəcə dəsdən sonra pul qazanmaq məqsədi ilə həmin avomobili idarə edir. Onun idarə etdiyi avtomobilin üzərində led işiqlar mövcutdur. Yekun olaraq barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, 02 iyun 2023-cü il tarixdə Ə.Salamzadə küçəsində xidmətdə olarkən **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin konstruksiya dəyişiklikləri etdiyini görüb avtomobilə saxla əmri verilərək sürücüsüyə yaxınlaşmışdır. Sürücüyə qayda pozuntusu izah edildikdən sonra avtomobilin müvəqqəti duracağa təmin edilməli olduğunu bildirilmişdir. Sürücü avtomobili müvəqqəti duracağa təmin etməyəcəyini söyləyərək aqressiv şəkildə məsuliyyətdən boyun qaçırmağa başlamışdır. Dəfələrlə qanunun tələbləri izah edilsədə öz qanunazidd hərəkətlərinə davam etmişdir. Buna görə də PPXB əməkdaşları kömək üçün dəvət edilmiş və sürücü 27-ci polis bölməsinə təmin edilmişdir. İş materiallarında olan: Bakı şəhər Yasamal RPİ DYPŞ-nin yol patrul inspektoru X3 tərəfindən 27-ci polis bölməsinin rəhbərliyinə ünvanlanmış 02 iyun 2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə Salamzadə küçəsində xidmətdə olduğu zaman **-EF-*** dövlət qeydiyyat nişanlı avtomaşın sürətlə hərəkət etdiyi üçün işarə verib saxlamışdır. Sürücüyə yaxınlaşıb özünü təqdim etdikdə sürücü saxlanmasına etiraz etməyə və yüksək səslə danışmağa başlamışdır. Sürücüyə qayda pozuntusunu izah edib sürücünün maşını led işıqlarla idarə edilməsinin qadağan edilməsinin qadağan olduğunu bildirib avtomaşını duracağa yerləşdirilməsini tələb etmişdir. Sürücü polisin qanuni tələbinə tabe olmayacağını bildirmişdirş Sürücü PPX-nin köməkliyi ilə 27-ci polis bölməsinə dəvət edilmişdir. Yasamal RPİ-nin PPXB-nin polis nəfərləri F.Nağıyev və C.Hümbətov tərəfindən 27-ci polis bölməsinin rəhbərliyinə ünvanlanmış 02 iyun 2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il saat 02:25 radələrində Yasamal RPİ-nin qarşısında 281 çağırışlı YPX əməkdaşları bildirmişlər ki, sürücü tabesizlik göstərərək polisin qanuni tələblərinə tabe olmur. Onlar həmin şəxsi 27-ci PB-yə dəvət edərək növbətçi hissəyə təhvil vermişlər. İnzibati qaydada tutma haqqında 02 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs Müşfiq oğlu həmin tarixdə saat 03:15-də inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Müşfiq oğlunun İXM-in 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs Müşfiq oğlunun xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasını özü etiraf etməsə də, şahid izahatları, eləcədə məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Məhkəmə Şəxs Müşfiq oğlunun verdiyi izahata tənqidi yanaşaraq həmin ifadəni özünümüdafiə xarakterli hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs Müşfiq oğlunun hərəkətlərində də İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs Müşfiq oğlu 02 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs Müşfiq oğlunun hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs Müşfiq oğlunun oğlunun məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs Müşfiq oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs Müşfiq oğlunun törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Müşfiq oğlu İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 48-51, 114-117, 128-130 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Müşfiq oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs Müşfiq oğlu məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar