Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3135/2024 28.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, şikayətçi X2, Bakı şəhəri BPİ X9 İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Şəhər Baş X10 İdarəsinin inspektoru, polis mayoru X4 Azərbaycan Respublikası İXM-nin 101, 121, 122.1 və 122.5-ci maddələrinin tələblərini ciddi şəkildə pozaraq heç bir inzibati xəta hadisəsi törətmədiyim halda mənə xx.xx.2024-cü il tarixində sms göndərib barəsində inzibati araşdırma aparılmasını, təhlükəsiz şəhər kamerası ilə törətdiyi inzibati xəta hadisəsinin görüntülərinin mövcudluğunu əsas gətirib onu Bakı Şəhər Baş X9 İdarəsinə dəvət etmiş, ona heç bir inzibati xəta hadisəsi törətmədiyini, əgər belə halın mövcudluğunu təsdiq edən sübutun olması halında onun elektron kabinetinə xüsusi texniki vasitənin qeydə alındığı görüntünün gəlməli olmasını, belə görüntünün inzibati xəta hadisəsi törədildikdən 1 gün ərzində onun elektron kabinetinə gəlmədiyi halda Azərbaycan Respublikası İXM-nin 38.6-cı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilə bilməz. xx.xx.2024-cü il tarixində etdiyim inzibati xəta hadisəsi ilə bağlı Azərbaycan Respublikası İXM-nin 101-ci maddəsinin tələblərinə zidd olaraq xx.xx.2024-cü il tarixində əsassız və qanunsuz olaraq, onun iştirakım olmadan Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsinin bir neçə bəndi ilə barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. xx.xx.2024-cü il tarixində həmin protokol əsasında mənə 150 manat inzibati tənbeh edilməyimlə bağlı qərar qəbul edilməsi barədə sms bildirişi gəlmişdir. Həmin qərardan etdiyi şikayət əsasında Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(004)-2442/2024 qərarı ilə Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş yenidən baxılması üçün Bakı şəhər DYPİ-nə göndərilmişdir. İşə yenidən baxan Elnur Nərimanov yenidən inzibati xətalar qanunvericiliyinin şərtlərini pozaraq onu yenidən xx.xx.2024-cü ildə Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə 150 manat cərimə etmişdir. Hesab edir ki, həmin qərar əsassız və qanunsuz olduğu üçün ləğv edilməlidir. Belə ki, vəzifəli şəxs tərəfindən həmin qərarda qeyd olunan inzibati xəta hadisəsinin baş verməsini təsdiq edən sübutlar öz əksini tapmamışdır. Halbuki Azərbaycan Respublikası İXM-nin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Onun törətməyinə istinad olunan inzibati xəta hadisəsinin videoçəkilişi 17 aprel 2024-cü il tarixindən keçən dövr ərzindən hələ də müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq onun elektron kabinetimdə öz əksini tapmamışdır. Belə olduğu halda həmin videoçəkilişin olması özü-özlüyündə mötəbər sübut növü kimi nəzərə alma bilməz və onun törətməyimə istinad olunan inzibati xətanın törədilməsinə aidiyyətim sübuta yetmir. Belə olan halda Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 101-ci maddəsinə əsasən İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İXM-nin 121-ci maddəsinə əsasən həmin Məcəllənin 122.7, 122.8 və 124.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İXM-nin 122.5-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Göründüyü kimi barəsində çıxarılmış inzibati tənbeh tətbiq edilməsi haqqında qərar əsassız olması ilə paralel, həmin əsassız qərarın çıxarılması zamanı Azərbaycan Respublikası İXM-nin maddi və prosessual normalarının tələbləri ciddi şəkildə pozulmuşdur. Göstərilənlərə əsasən Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi C.E.Əhədzadə şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri BPİ X9 İdarəsinin nümayəndəsi E.M.Qanbayev şikayətlə razılaşmayaraq Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, o cümlədən iş materiallarına əlavə edilmiş videogörüntüyə baxaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, C.E.Əhədzadə xx.xx.2024-cü il tarixində saat 07:33-də Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 (Talıblı Ticarət Mərkəzinin qarşısı) ünvanında ona məxsus olan, “KİA Optima” minik markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin xətanı törətdiyinə görə 150 (bir yüz əlli) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan videogörüntüyə məhkəmə iclasında baxılarkən C.E.Əhədzadənin törətdiyi inzibati xəta öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, C.E.Əhədzadə xx.xx.2024-cü il tarixində saat 07:33-də Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 (Talıblı Ticarət Mərkəzinin qarşısı) ünvanında ona məxsus olan, “KİA Optima” minik markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. Həmin qayda pozuntusu YPX əməkdaşı tərəfindən bilavasitə aşkar edilmiş, “KİA Optima” minik markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat YPX əməkdaşı tərəfindən saxlanılmış və barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilərək ona təqdim edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-3135/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3135/2024
28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver