Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3137/2020 06.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Tağıyev Müslüm Fariz oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Yasamal rayon Polis İdarəsinin 29cu PŞ-nin polis sahə inspektoru X8 və Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X12, Müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Ermənistan Respublikasının, Stepanavan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510, 528.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi və Yasamal rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin polis sahə inspektoru X15 tərəfindən X9 barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci iltarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X19 tərəfindən X9 barəsində İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X9 xx xxxxxx 2020-ci il tarixdə Yasamal rayonu, Moskva prospektində, ünvansız söyüşlər söyərək, polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da, X9 İXM-in 510 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X1 Rayon Məhkəməsinin 2(010)-3227/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etmir. Ümumi borc 1260 (bir min iki yüz altmış) manat təşkil edir. Bununla da, X9 İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X15inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, X9 mülki hüquqi öhdəliklərinin icrasından yayındığından Bakı şəhəri, Yasamal rayonu, Moskva prospektində digər polis əməkdaşı ilə ona yaxınlaşaraq özlərini təqdim etmişlər və T.İbrahimova barəsində Baki Şəhəri Yasamal Rayonu İcra və Probasiya şöbəsi tərəfindən axtarıldığı üçün onlarla birlikdə polis şöbəsinə gəlməli olduğunu bildirmişlər. T.N.İbrahimov bununla razılaşmamış və ünvansız söyüşlər söyməyə başlamışdır. Ona nə səbəbdən şöbəyə gəlməli olduğu bir daha izah edilmiş o isə polis şöbəsinə getməmək üçün qaçmağa çalışmışdır. 29-cu PŞ-nə gətirilən zaman mobil telefonu növbətçi hissəyə təhvil verməli olduğu bildirildik də mobil telefonu yerə vuraraq sındırmışdır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X9 barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X19inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3227/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx xxxx 2020-ci il tarixdən xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment İbrahimova Bənövşə Mübariz qızının xeyrinə tutulmalıdır. Borclu icra vərəqəsində göstərilən tələbləri icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Əlavə olaraq bildirmişdir ki, hal-hazıradək ümumi borc 1260 (bir min iki yüz altmış) manat təşkil edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 özünü İXM-in 510, 528.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 11:00 radələrində təxmini Yasamal rayonu, Moskva prospekti 75 ünvanında 2 nəfər polis əməkdaşı, ona yaxınlaşaraq özlərini təqdim etmiş, daha sonra onun özünü təqdim etməsini istədikdə həyacanlandığından yüksək səslə nalayiq ifadələr işlətmiş və həyacanlı olduğu üçün polisin qanuni tələblərinə tabe olmamışdır. Şəxsiyyəti müəyyən edildikdən sonra polis əməkdaşları ona mülki hüquqi öhdəliklərinin icrasından yayınmaya görə borclu kimi axtarışda olduğunu bildirərək onu 29-cu PŞ-nə dəvət etmişlər. Polis şöbəsində olarkən ona məxsus olan “Samsung j5” markalı telefonu növbətçi hissəyə təhvil verilməsi xahiş edilmişdir. O isə əsəbi və həyəcanlı olduğundan özünə məxsus mobil telefonu yerə vuraraq sındırmış və əli ilə əzmişdir. Törətdiyi inzibati xətanı dərk edərək təqsirli olduğunu etiraf edir. Bundan əlavə bildirmişdir ki, madi imkanının zəif olması səbəbi ilə aliment borcunu ödəyə bilmir. Ona vaxt verilərsə qısa müddət ərzində aliment borcunu ödəməyə hazır olduğunu bildirmişdir. Yekun olaraq yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. MəhkəməiclasındamüdafiəçiBakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X13 hüquqlarını müdafiə etdiyi X9 barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 bildirdi ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospektində mülki hüquqi öhdəliklərinin icrasından yayınan X5 yaxınlaşaraq polis şöbəsinə getməli olduğunu bildirmiş, lakin o buna etiraz edərək polis şöbəsinə geməyəcəyini deyərək ünvansız söyüşlər söyməyə başlamışdır. Bunun nəticəsində ətrafda olan sakinlər əraziyə yığışmışdılar. T.N.İbrahimov polis şöbəsinə getməmək üçün qaçmağada cəhd göstərmiş, lakin buna icazə verilməyərək polis şöbəsinə gətirilmişdir. 29-cu PŞ-nə gəldikdə mobil telefonun növbətçi hissəyə təhvil verilməsi xahiş edildikdə özünə məxsus mobil telefonu yerə vuraraq sındırmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, X9 həmin tarixdə saat 11:40-da inzibati qaydada tutulmuşdur. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3227/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx xxxx 2020-ci il tarixdən xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment İbrahimova Bənövşə Mübariz qızının xeyrinə tutulmalıdır. Yasamal rayon İcra və Probasiya şöbəsinin borclu X5 ünvanladığı tələbin könüllü icrası haqqında xx xxxxxx 2020-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-3227/2020 saylı icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün X5 xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, X4 İXM-in 510, 528.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanları törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. İXM-in 510-cu maddəsinə əsasənXırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Hazırki halda X4 hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokollar və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, X9 xx xxxxxx 2020-ci iltarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmamış, həmçinin məhkəmənin qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bütün bunlar məhkəməyə X4 hərəkətlərində xırda xuliqanlıq, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi və ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 510, 528.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən X4 əməlindən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən X4 məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə qeyd edir ki, X9 İXM-in 510, 528.1 və 535.1-ci maddələrinin nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi T.N.İbrahimovun barəsində həmin maddələrinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni X6 qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. X4 həbsetməsinin əvvəlinin hansı vaxtdan hesablanmasına dair məhkəmə qeyd edir ki, X4 azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan yəni xx xxxxxx 2020-ci il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X5 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X10 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı xx xxx 2018-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Odur ki, X5 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X10 məhkəmədə iştirak etdiyi 5 (beş) saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 İXM-in 510, 528.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il saat 11:00-dan hesablansın. X9 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə həvalə edilsin. X4 müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X7 göstərdiyi 5 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. X10 göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesablaşma hesabı - “xxxxxxxxxxx” ASCnin Cəfər Cabbarlı filialı kod: 200048; VÖEN; **********; M/h:-AZ37NABZ********************; S.W.İ.F.T. Kod AİİBAZ2X; Benefisiarın hes. №-si AZ41AİİB********************; VÖEN- **********. hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-3137/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3137/2020
06.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver