Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3138/2025 24.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X8 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X5, X1 vəkili “Praym Leqal” vəkil bürosunun vəkili Nümayəndə iştirakları ilə X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X7 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC barəsində MN ******* nömrəli qərarla İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 3000 (üç min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Lakin qeyd olunan qərar faktiki hallara və hüquqi əsaslara uyğun olmadığından qanunsuz və əsassız hesab edilməlidir. Belə ki, əmək münasibətləri mövcud olmuş Heydər Mustafayev adlı işçinini əmək müqaviləsinə xitam verilməsi texniki səbəblərdən, daha dəqiqi insan faktorundan qaynaqlanan texniki səhv nəticəsində baş vermişdir. 2025-ci ilin yanvar ayının 28-i tarixində 2 nəfər işçinin əmək müqaviləsinə xitam verilməsi planlaşdırıldığı üçün müvafiq məlumatların elektron sistemə daxil edilməsi zamanı, məsul şəxsin diqqətsizliyi səbəbindən Heydər Mustafayevin də əmək müqaviləsinə sistem üzərindən xx.xx.2025-ci il tarixində xitam verilmişdir. Qeyd olunan texniki səhv nəticəsində əmək müqaviləsinin elektron qeydiyyat sistemində (https://esocial.gov.az) xitam verilməsi göstərilsə də, faktiki olaraq Heydər Mustafayev əmək münasibətlərinə xitam verilmədən xx.xx.2025-ci il tarixə qədər iş yerində fəaliyyətini davam etdirmiş və bu müddət ərzində onunla əmək münasibətləri tam qüvvədə olmuşdur. Nəticə etibarilə, onun əmək fəaliyyətinə xitam verilməsi barədə ona rəsmi heç bir məlumat verilməmişdir. Məsələyə dair daha bir mühüm məqam ondan ibarətdir ki, Heydər Mustafayevlə müəssisənin baş aşpazı arasında günlük icarə bağlı yaranmış mübahisədən sonra vətəndaş özünə məxsus “myGov.az” tətbiqi vasitəsilə əmək müqaviləsinin elektron qaydada xitam verildiyini aşkar etmiş və bunun əsasında şikayət ərizəsi ilə müvafiq qurumlara müraciət etmişdir. Lakin bu hal müəssisə tərəfindən qəsdən həyata keçirilmiş hüquqazidd hərəkət olmayıb, sadəcə məsul şəxsin texniki səhvi nəticəsində baş vermişdir. Bundan əlavə, "xxxx" MMC barəsində həmin məsələ ilə əlaqədar tərtib edilmiş inzibati xəta haqqında protokola Yasamal Rayon Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixində baxılmış və inzibati xəta tərkibinin mövcud olmadığı əsas gətirilərək işə xitam verilmişdir. Bu qərar bir daha təsdiqləyir ki, ortada İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin heç bir hüquqi elementi mövcud deyil. X4 Bakı şəhər İdarəsinə görüşdə iştiraklarının təmin edilməsi ilə bağlı məktub ünvanlansa da, nəzərə alınmadan, müvafiq qurum tərəfindən inzibati tənbeh vermə haqqında MN № ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərar verilərək "xxxx" MMC-nin rəhbəri olaraq ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 3000 manat cərimə yazılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 3cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Tərəflərindən hər hansı inzibati xəta törədilməmişdir. İlk başlarda müəyyən bir müddət xidməti müqavilə əsasında işlərə başlanılmış və daha sonra isə tərəflərin qarşılıqlı razılaşması əsasında əmək müqaviləsi imzalanmışdır. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM ilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqa zidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Qeyd olunan təqsir sübut olunmalıdır. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu İXM-i ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Odur ki, təqdim edilmiş sübutları nəzərə alınmalıdır. İXM-nin 8.2-ci maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, inzibati xəta hadisəsinin olmadığından qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq, X4 Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında MN № ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında X1 vəkili “Praym Leqal” vəkil bürosunun vəkili Nümayəndə şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-2230/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə X3 direktoru olduğu hüquqi şəxs "xxxx" MMC-nin barəsində İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1581/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-2230/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ona görə də hesab edir ki, hüquqi şəxs "xxxx" MMC-nin direktoru X7 barəsində qəbul edilmiş X4 Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarı da ləğv edilməlidir. Göstərilənləri nəzərə alaraq X4 Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X10 şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X11 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş X2 əmək müqaviləsinə xitam verilməsinə dair işdən çıxma ərizəsi olmadığı halda AR ƏM-nin 69-cu maddəsinin tələbləri pozularaq xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən xitam verildiyi, həmçinin xitam günündən xx.xx.2025-ci il tarixədək ünvan 2 ünvanında əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “aşpaz” vəzifəsi üzrə görülməsinə cəlb olunduğu müəyyən edilmiş, nəticədə X7 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1 və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və X3 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyinə görə barəsində 3000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh növü tətbiq edilməsi qərara alınmışdır; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-2230/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən "xxxx" MMC-nin barəsində əmək müqaviləsi hüquqi qüvvəyə mnimədən fiziki şəxsin işlərin görülməsinə cəlb edilməsinə dair tərtib olunan protokol əsassız olduğu üçün "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1581/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)-2230/2025 saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şikayətçi şikayətində qeyd edir ki, İXM-nin 192.1-ci maddəsində göstərilən heç bir tələbi pozmamışdır. Göründüyü kimi şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir: 1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Göründüyü kimi hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqazidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. Həmçinin qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1581/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)-2230/2025 saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi iş üzrə preyudisial əhəmiyyətli yuxarıda qeyd edilən məhkəmə qərarına görə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən "xxxx" MMC-nin barəsində əmək müqaviləsi hüquqi qüvvəyə mnimədən fiziki şəxsin işlərin görülməsinə cəlb edilməsinə dair tərtib olunan protokol əsassız olduğu üçün "xxxx" MMC barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. MMC-nin əməlində inzibati xəta tərkibinin mövcudluğunun, MMC-nin inzibati xəta törətməsində təqsirli bilinməsinə dair hər hansı bir sübut mövcud olmamışdır. Həmin qərar qanuni qüvvəsini almışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Lakin hazırkı iş üzrə preyudisial əhəmiyyətli qərarla hazırkı qərarda göstərilən eyni fakt üzrə inzibati xəta hadisəsinin baş verməsi öz təsdiqini tapmamışdır. Buradan da görünür ki, artıq eyni məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin qərarı vardır. Həmin qərarla X3 direktoru olduğu "xxxx" MMC barəsində AR İXM-nin 192.1ci maddəsi ilə başlanılmış icraata xitam verilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)-2230/2025 saylı qərarı qüvvədə saxlanılmışdır. Ona görə də məhkəmə hesab edir ki, "xxxx" MMC-nin direktoru X7 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərar ləğv edilməli və X3 əməlində AR İXM-nin 192.1-ci maddəsi üzrə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsaəsən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-3138/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3138/2025
24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver