Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-3139/2025 13.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Bakı şəhər DYPİ-nin inzibati xəta haqqında 02 may 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli protokol üzrə qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər DYPİ-nin inzibati xəta haqqında 02 may 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli protokol üzrə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X5 ərizə ilə məhkəməyə müraciət edərək şikayətin baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, qərarından şikayət verilmiş Bakı şəhər DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 133.2.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilmiş qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Beləliklə İXM-ə əsasən qərardan şikayətə baxılması həmin qərardan şikayət verən tərəfin iradəsində asılıdır. Bu səbəbdən də şikayətçi şikayətinin geri qaytarılmasını tələb etdiyindən şikayətə baxılmayaraq geri qaytarılmalıdır. İş materiallarından göründüyü kimi mübahisələndirilən qərardan X1 şikayət ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən və İXM-in 118, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 tərəfindən Bakı şəhər DYPİ-nin inzibati xəta haqqında 02 may 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli protokol üzrə qərarından verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-3139/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-3139/2025
13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver