Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3149/2023 02.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X4 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ə.Cəmil küçəsi 62-də yerləşən “Best Vomen” gözəllik salonunda X3 ilə onun ailəsini narahat etdiyi üçün mübahisə etmişdir, bir-birlərinə xəsarət yetirməklə, bir-birlərinin saçlarını yolmuşlar, bununla da bir birlərinə xəsarət yetirməklə, onu döyüb fiziki ağrı yetirmişdir. Bununla da X4 İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs X4 məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək, əsəbləşdiyi üçün və özündə olmadığı üçün X2 xəsarət yetirmişdir. Əməlindən peşmandır, səhv elədiyini başa düşür. Gələcəkdə bir də belə bir hərəkətə yol verməyəcəkdir. X3 ilə barışmışdır, ona görə də işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X3 bildirdi ki, X4 ona xəsarət yetirmişdir. İlahə əməlindən peşman olduğu üçün, onunla barışdığı üçün, şikayət və tələbi yoxdur. İşə xitam verilməsini xahiş edir. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsinin sahə inspektoru X5 məhkəməyə verdiyi izahatında bildirdi ki, X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ə.Cəmil küçəsi 62-də yerləşən “Best Vomen” gözəllik salonunda X3 ilə onun ailəsini narahat etdiyi üçün mübahisə etmişdir, bir-birlərinə xəsarət yetirməklə, bir-birlərinin saçlarını yolmuşlar. İş materiallarında olan Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı F.Süleymanovun xx.xx.2023-cü il tarixli qərarına əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməlin törədilməsi müəyyən edilmişdir. Qərarda tibbi rəyə də istinad edilmişdir. Məhkəmə izahatı dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə müəyyən edildi ki, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışmışdır. İXM-in 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-in 53.1.9-cu maddəsinə əsasən həmin Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-3149/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3149/2023
02.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver