Məhkəmə qərarları › İş №3(004)-3151/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3151/2021

10.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3151/2021 10.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Murad Akif oğlu Məmmədovun sədrliyi, X3 iclas katibliyi ilə, X1 Bakı Nəqliyyat Agentliyinin 14.11.2021-ci il tarixli, BNA ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı Nəqliyyat Agentliyinin 14.11.2021-ci il tarixli, BNA ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, o, 14.11.2021-ci il tarixində saat 09:05 radələrində Yasmal rayonu Cəfər Cabbarlı küçəsində idarə etdiyim "X8" markalı **-NH-*** dövlət qeydiyyat nişanlı Avtomobildə texniki nasazlıqa görə yəni sağ ön təkərdə boşalması nəticəsində nəqliyyat vasitəmi məcburi olaraq saxladı həmən andan etibarən nəqliyyat vasitəmin yanında olaraq 15 dəqiqə onun təmiri ilə məşğul olmuş nasazlığı aradan qaldırandan sonra hərəktinə davam etmişdir. 14.11.2021-ci il tarixində saat 11:49 da telefonuna "Asan Pay" vasitəsi ilə mesaj gələrək "BNA"- nın [1858585] nömrəli protokolunda bildirildi ki 345.1 maddəsinə əsasən 20 manat cərimə olunmuşdur. 16.11.2021-ci il tarixində tərəfindən "BNA" şikayəti bildirilmiş və izah etdi ki idarə etdiyi nəqliyyat vasitəsində yaranan nasazlıq nəticəsində məcbur olaraq nəqliyyat vasitəni saxlamışdır. 23.11.2021-ci il tarixində "BNA" (0713086/13518) nömrəli elektron poçt ünvanına məktub daxil olmuşdur məktubda [346.1 346.2. 124.5] maddələr və Foto şəkillər əsas götürülərək şikayəti əsasız sayıblar. Hətta göndərilən şəkillərdə də aydın görünür ki nəqliyyat vasitəsinin sağ ön qapısı açıqdır. Məktubda göstərilmiş əsas maddələr qanunda edilmiş dəyişikliklərə əsasən nəqliyyat vasitəsi yanlız "BNA" əməkdaşı tərəfindən xüsusi planşet ilə Ön Arxa tərəfdən sol yan şüşə sürücünün əyləşdiyi yer çəkilərək xüsusi təyinatlı nəqliyyat vasitəsində quraşdırılmış Bort Kompüter vasitəsi ilə nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulmalıdır ona göndərilən foto şəkillərdə maşının yuxandan yanlız arxa tərəfi çəkilib kamera arxasında əyləşən əməkdaş hardan bilir ki nəqliyyat vasitəsinin sürücüsü nə edir. Bundan əlavə Yasamal rayonu Cəfər Cabbarlı küçəsində “Durma Qadağandır” işarəsi işıq dirəyinə bağlanmışdır, Azərbaycan Respublikası qanun vericiliyində nişanın ayırca öz dirəyi olmalıdır və yerə basdırılmalıdır. Göstərilənlərə əsasən Bakı Nəqliyyat Agentliyinin 14.11.2021-ci il tarixli, BNA ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv olunması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı Nəqliyyat Agentliyinə lazımı qaydada məlumat verilsə də, Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbəri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı Nəqliyyat Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mükün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Bakı Nəqliyyat Agentliyinin 14.11.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərara əsasən X5 İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat məbləğində inzibati cərimə edilmişdir. Qərara əsasən X5 14.11.2021-ci il tarixdə idarə etdiyi “X8” markalı, **-NH-*** d.q.n. nəqliyyat vasitəsi ilə ünvan 1 ünvanda daynma və ya durma qaydalarını pozmuşdur. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı Nəqliyyat Agentliyinin 14.11.2021-ci il tarixli, BNA ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar