Məhkəmə qərarları › İş №3(004)-3153/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-3153/2025

19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-3153/2025 19.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 iclas katibliyi Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs olan Şəxs QSC barəsində Yasamal Rayon Polis İdarəsinin DYPŞ-si tərəfindən İXM-nin 347 və 339.1-ci maddələri ilə xx.xx.2025-ci il tarixdə, İXP ******* saylı tərtib edilən inzibati xəta haqqında protokola və iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hüquqi şəxs olan Şəxs QSC barəsində Yasamal Rayon Polis İdarəsinin DYPŞ-si tərəfindən İXM-nin 347 və 339.1-ci maddələri ilə xx.xx.2025-ci il tarixdə, İXP ******* saylı tərtib edilən inzibati xəta haqqında protokol baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X2 bildirdi ki, şirkətin hüquqi ünvanı Xətai rayonu ərazisinə düşür. Ona görə də işin aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş baxılması üçün aidiyyəti üzrə göndərilməlidir. İş materiallarına əsasən (Vergilər Nazirliyinin internet saytından çıxarış) hüquqi şəxs olan Şəxs QSC-nin hüquqi ünvanı ünvan 2a görə də inzibati xətanın törədildiyi yer hüquqi şəxsin həmin hüquqi ünvanı hesab edilir. Buna görə də hazırkı protokola inzibati xətanın törədildiyi həmin yer üzrə rayon məhkəməsində baxılmalıdır. Belə ki, İXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. X3 Məcəlləsinin 110.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilməsi müəyyən edilsə də, hazırkı inzibati xəta canlı insan tərəfindən törədilməmişdir ki, onun yaşayış yeri üzrə də baxıla bilsin. Hazırkı inzibati xəta hüquqi şəxs tərəfindən törədilmişdir, hüquqi şəxsin isə yaşayış yeri olmur. Azərbaycan Respublikası İXM-in 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 110, 114, 118ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs olan Şəxs QSC barəsində Yasamal Rayon Polis İdarəsinin DYPŞ-si tərəfindən İXM-nin 347 və 339.1-ci maddələri ilə xx.xx.2025-ci il tarixdə, İXP ******* saylı tərtib edilən inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar