Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3156/2025 22.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi ilə Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Dövlət X7 daxil olmuş İXP ******* nömrəli, 17 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, nəqliyyat vasitələrinin sahibləri və sürücüləri tərəfindən dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə müqaviləsi əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməklə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinin tələbləri pozulmuş, nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə inzibati işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Portaldan çıxarışdan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 1 17 mart 2025-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, nəqliyyat vasitələrinin sahibləri və sürücüləri tərəfindən dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə müqaviləsi əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməklə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinin tələbləri pozulmuş, nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. DİN-in DYP Web portaldan çıxarışdan görünür ki, hüquqi şəxs tərəfindən verilən etibarnamə qeydiyyatı olan hissədə etibarnamələrə dair məlumat hissəsindən görünür ki, həmin hissədə istifadəsi həvalə olunan şəxsin soyadı, istifadəsi həvalə olunan şəxsin adı, istifadəsi həvalə olunan şəxsin ata adı, sürücülük vəsiqəsi, S.V üzrə kateqoriyası, mobil nömrə, sənədin nömrəsi, sənədin daxil olması (ESD-də Qeydiyyatı), qeyd, sənədin verilmə tarixi, sənədin bitmə tarixi hissələri boş buraxılmışdır. DİN-in DYP Web portaldan çıxarışdan görünür ki, “Daımler Chrysler yük” markalı, 99JL025 dövlət qeydiyyat nişanlı avtomobilin texniki vasitələrin köməyi ilə inzibati xəta törətməsi görüntüsü əlavə edilmişdir. Şəxs MMC-nin direktoru X3 tərəfindən xx.xx.2025-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ünvanlanmış etirazdan görünür ki, etirazın məzmunu “Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən Şəxs MMC barəsində xx.xx.2025-ci il tarixli İXP6980369 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Daha sonra həmin protokol və toplanmış sənədlərin surəti Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Şəxs MMC-nin hüquqi ünvanı ünvan 4əsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilən 3(006)-2356/2025 saylı, xx.xx.2025-ci il tarixli Qərardad ilə iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda qeyd edilənlərə əsasən Şəxs MMC AR İXM-nin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın (nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə müqaviləsi əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməmə) törədilməsində təqsirli hesab olunmuşdur. Hörmətli Məhkəmə, aşağıda qeyd edilənlərə əsasən hesab edirik ki, xx.xx.2025-ci il tarixli İXP6980369 nömrəli inzibati xəta haqqında protokol ləğv edilməlidir. 1) Nəsimi rayon DYPŞ-nin Şəxs MMC tərəfindən “icarə müqaviləsi əsasında başqa şəxsə verildiyini və təkrar dövlət qeydiyyatından keçirilmədiyini” iddia etdiyi nəqliyyat vasitəsi 99JL025 dövlət qeydiyyat nişanlı, “DAİMLER CHRYSLER YÜK” marka və modelli nəqliyyat vasitəsidir (n/v-nin qeydiyyat şəhadətnaməsi qoşmaya əlavə edilir). Sonuncu Şəxs MMC-nin balansındadır və bu günə qədər heç bir hüquqi və ya fiziki şəxsə icarəyə verilməmiş, barəsində heç bir icarə müqaviləsi bağlanmamışdır. Hazırkı materiala Şəxs MMC-nin inzibati xəta törətməsini təsdiqləyən hər hansı bir sübut əlavə edilməmişdir. Hər hansı bir sübuta istinad olunmadan, ümumi sözlərlə hüquqi şəxsin belə bir pozuntuya yol verdiyi deyilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutaraq bildiririk ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol hər hansı bir sübutedici qüvvəyə malik deyil. İXM-in 339.1ci maddəsinə görə Şəxs MMC-nin inzibati xətanın törədilməsində təqsirli hesab olunması üçün onun mülkiyyətində olan 99JL025 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icarə müqaviləsi bağlayaraq başqasının istifadəsinə verməsi zəruridir. Eyni zamanda bunu təsdiq edən icarə müqaviləsi də olmalıdır. Lakin bu qeyd edilənlərin olması həmin n/v-ə münasibətdə qeyri-mümkündür. Çünki barəsində icraat aparılan hüquqi şəxs tərəfindən 99JL025 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barəsində bağlanmış icarə müqaviləsi mövcud deyildir. Habelə, iş materiallarında olmaması bunu təsdiq edir. 2) Əlavə olaraq diqqətinizə çatdırmaq istəyirik ki, protokolda göstərilən tarixdə 99JL025 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şəxs MMC-nin sürücüsü X2 tərəfindən idarə olunmuşdur. Həmin nəqliyyat vasitəsinin idarə edilməsinə dair şirkət tərəfindən işçiyə yalnız etibarnamə təqdim edilmişdir (qoşmaya əlavə edilir) və qanunvericilikdə bu məqsədlə tərtib edilmiş etibarnamənin hər hansı bir dövlət reysterində qeydiyyata alınması ilə bağlı tələb yoxdur. İcarə müqaviləsinə gəldikdə isə, bəhs edilən nəqliyyat vasitəsinin barəsində onun icarəyə verilməsinə dair hər hansı bir müqavilə və ya belə bir münasibət mövcud deyildir. Həmçinin, adı çəkilən əməkdaşın Şəxs MMC-də sürücü kimi çalışdığını təsdiqləyən əmək müqaviləsi bildirişi də qoşmaya əlavə edilir. Odur ki, yuxarıda qeyd edilənlər sübut edir ki, Şəxs MMC tərəfindən İXM-in 339.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi mövcud olan əməl törədilməmişdir. Müvafiq qurum tərəfindən ətraflı araşdırma aparmadan, ümumiyyətlə, şirkətin mülkiyyətində olan nəqliyyat vasitəsinin icarəyə verilibverilməməsi aydınlaşdırılmadan əsassız olaraq protokol tərtib olunmuşdur. İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi, inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar sübut olunmalıdır. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanları nəzərə alaraq Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli İXP6980369 nömrəli inzibati xəta haqqında protokolu ləğv etməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul etməyinizi xahiş edirik” məzmunda olmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanmış etirazda qeyd edilənlərə tənqidi yanaşıb hesab edir ki, izahatda göstərilən həmin hallar Şəxs MMC-nin məsuliyyətdən yayınma xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 339.1-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunun 27-ci maddəsinin Vİ-İ-ci bəndinə əsasən Bu Qanunun 27-ci maddəsinin İİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından (həmçinin təkrar dövlət qeydiyyatından) keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər (dövlət qurumları) isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsinin sürücüsünün) müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları üç gün ərzində yeniləməlidirlər. Həmin məlumatlar verilmədiyi halda nəqliyyat vasitəsi dövlət qeydiyyatına alına bilməz. Müvafiq icra hakimiyyəti orqanı məlumatların telefon, poçt və internet vasitəsilə elektron qaydada verilməsi və yenilənməsi üçün müvafiq imkanların olmasını təmin etməlidir. Xİİİ-cü bəndinə əsasən Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə, etibarnamə əsasında başqa şəxsə verildikdə, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq orqanlarda təkrar dövlət qeydiyyatından keçirilməlidir. Göründüyü kimi, Şəxs MMC-nin direktoru X3 tərəfindən xx.xx.2025-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ünvanlanmış etiraz , DİN-in DYP Web portaldan çıxarış və inzibati xəta haqqında 17 mart 2025-ci il tarixli, İXP ******* saylı protokol müqayisəli təhlil edilərkən müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən mülkiyyətində olan “Daımler Chrysler yük” markalı, 99JL025 dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi (digər əşya hüququ) əsasında başqa şəxsin istifadəsinə vermiş və bunu təkrar dövlət qeydiyyatından keçirməmişdir. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 339.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-3156/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3156/2025
22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver