Məhkəmə qərarları › İş №3(004)-3157/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3157/2023

21.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3157/2023 21.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, X4 iclas katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, 14 May 2023-cü il tarixdə saat 18:30 radələrində özünə məxsus olan “BMW 330” markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Dadaş Bünyadzadə küçəsi ilə hərəkətdə olarkən, svetoforun qırmızı işığında dayanmış, ondan arxada isə “Volkswagen Touareg” markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmışdır. Hərəkətə başladıqda o, yolun sağ hissəsində, tam döngənin yanında başqa bir avtomobil dayandığından, dönüb həmin sağ tərəfdə olan küçəyə girə bilmək üçün dönmə trektoriyasını genişləndirmək məcburiyyətində idi, bu səbəbdən əvvəlcə maşını bir az sola çəkib, sonra saga dönməli olmuşdur. O, 2 zolaqlı hərəkət istiqamətində yolun elə solda, ikinci zolağında olduğundan, ondann solda qalan hissə yolun əks istıqmətli hərəkət hissəsi idi. Qarşı istiqamətdə heç bir nəqliyyat vasitəsi gəlmədiyindən, o, bir az sola meyillənib, daha sonra sağdakı küçəyə dönmək istəmişdir. Həmçinin, yolda tıxac olduğundan o, svetoforun yaşıl işığında yol ayrıcına daxil olsa da, növbəti qırmızı işıq yanana qədər hərəkətimi başa çatdıra bilməmişdir. Svetoforun qırmızı işığı yandıqda isə, qəfil onun arxasında olan və hələ yol ayrıcına daxil olmadan, svetoforda gözləyən “Volkswagen Touareg” markalı avtomobil, yol hərəkəti qaydalarını pozub, svetoforun qırmızı işığında hərəkət edib, yolun əks hərəkət istiqamətinə çıxaraq, sürətlə onun solundan ötmə əməliyyatını həyata keçirdi və onun avtomobilim qabaq sol hissəsini sürtərək, qəza törətdi. Sözügedən hadisənin video görüntüləri mövcuddur, araşdırma aparan polis əməkdaşları tərəfindən onun iştirakım iə baxış keçirilmişdir. Yol nəqliyyat hadisəsi zamanı təqsirin açıqaşkar qırmızı işıqda keçib, yolun əks hərəkət istiqamətinə çıxaraq, qanunsuz ötmə əməliyyatı həyata keçirən və onun avtomobilimin qabaq sol hissəsini vuran “Volkswagen Touareg” markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobildə olmasına baxmayaraq, yol polisi inspektoru tərəfindən yanlış və qanunsuz olaraq onun barəsində inzibati protokol və qərar tərtib edilmişdir. Bir daha bildirir ki, həmin hadisədə onun günahı yoxdur, ağ rəngli “Volkswagen Touareg” markalı avtomobil qanunsuz olaraq, qırmızı işıqda keçib, yolun əks hərəkət istiqamətinə çıxmasaydı, onun avtomobili ilə toqquşmazdı. Odur ki, bütün bu xüsusatlara məhkəmə tərəfindən qanuni və qərəzsiz münasibət bildirilməli, hadisənin video görüntüsü tələb edilərək, baxış keçirilməli və həqiqətən təqsirin kimdə olması aydınlaşdırılmalıdır. Barəsində İXP ******* saylı protokol tərtib edilmiş, eyni zamanda qərar qəbul edilmişdir. Həmin inzibati xəta haqqında qərardan xx.xx.2023-cü il tarixdə SMS radar proqramından gələn sms bildiriş vasitəsi ilə məlumat əldə etmişdir. 28 May 2023-cü il bazar gününə təsadüf edir, həmçinin 28 May - Respublika günü olduğundan, növbəti günə keçirilərək, 29 may 2023-cü il qeyri-iş günü elan edilmişdir. Bu səbəbdən müddətin sonu növbəti ilk iş gününə qədər, yəni 30 may 2023-cü ilə qədər uzadılmış hesab edilir. Qanunun sözügedən konkret tələbinə baxmayaraq, DYP əməkdaşı mənimlə razılaşdırmadan, ondan xəbərsiz olaraq inzibati xəta haqqında qərar qəbul etmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv olunması və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə lazımı qaydada məlumat verilsə də, Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbəri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mükün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2023cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərara əsasən X5 İXMin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində inzibati cərimə edilmişdir. Qərara əsasən X5 xx.xx.2023-cü il tarixdə Yasamal rayonu, D.Bünyadzadə küçəsində “BMW” markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. Bu barədə xx.xx.2023-cü il tarixdə İXP5425719 saylı inzibati xəta haqqında protokol tərtib edlmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar