Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3170/2023 06.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 05 iyun 2023-cü il tarixdə saat 16:30 radələrində BPİDYPİ-nin xidməti otağına gələrək, nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsindən narazı olduğunu bildirmiş, səsküy salaraq polisin iş rejimini pozmuş, polis əməkdaşları onu sakitləşdirməyə çalışmış, lakin o, polis əməkdaşını video lentə çəkməyə başlamışdır. Bunu etməməsi üçün polis əməkdaşları ona dəfələrlə xəbərdarlıq etsələr də, o, polislərin tələblərinə əməl etməmiş, polislərlə özünü kobud apararaq polislərlə mübahisə etmiş və polislərin ünvanına nalayiq ifadələr işlətmiş, səs-küy salmış, polis əməkdaşları ona iradlarını bildirmiş, lakin o polislərə məhəl qoymamış, öz hərəkətlərini davam etdirmiş, bununla da polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, o, 05 iyun 2023-cü il tarixdə saat 16:30 radələrində BPİDYPİ-nin xidməti otağına gədərək motosikletinin duracaqdan çıxarılması üçün buraxılış vərəqəsi istəmişdir. Əsəbi olduğu üçün, idarədə səs-küy salmışdır, polisin iş rejimini pozulmuşdur. Əməlindən peşmandır. Yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsinin sahə inspektoru X1 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs 05 iyun 2023-cü il tarixdə saat 16:30 radələrində BPİDYPİ-nin xidməti otağına gələrək, nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsindən narazı olduğunu bildirmiş, səs-küy salaraq polisin iş rejimini pozmuş, polis əməkdaşları onu sakitləşdirməyə çalışmış, lakin o, polis əməkdaşını video lentə çəkməyə başlamışdır. Bunu etməməsi üçün polis əməkdaşları ona dəfələrlə xəbərdarlıq etsələr də, o, polislərin tələblərinə əməl etməmiş, polislərlə özünü kobud apararaq polislərlə mübahisə etmiş və polislərin ünvanına nalayiq ifadələr işlətmiş, səsküy salmış, polis əməkdaşları ona iradlarını bildirmiş, lakin o polislərə məhəl qoymamış, öz hərəkətlərini davam etdirmiş, bununla da polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, yuxarıda qeyd edilənləri nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-3170/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3170/2023
06.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver