Məhkəmə qərarları › İş №3(004)-3194/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3194/2021

15.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3194/2021 15.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Şəxs” -nin nümayəndəsi X1 iştirakları ilə, “Şəxs”-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon DYPŞ-nin səlahiyyətli əməkdaşı tərəfindən 20.11.2021-ci il tarixdə “Şəxs” barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən “Şəxs” -nin nümayəndəsi X2 bildirmişdir ki, Bakı şəhəri Yasamal RPİ DYP şöbəsi tərəfindən göndərilən 24 iyul 2021-ci il tarixli müraciət Şəxsnə 24.08.2021-ci il tarixində daxil olmuş tərəflərindən araşdırılmışdır. Müraciətdə qeyd olunan TOYOTA AVALON MİNİK markalı 10 PC241 dövlət qeydiyyatlı nəqliyyat vasitəsi Şəxs balansında deyildir. Nəqliyyat vasitəsinin Şəxs balansından "çıxarılaraq Azərbaycan Texnologiya Universitetinin balansına verilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 05k/8537 nömrəli, 20.12.2010-cu il tarixli razılıq məktubu verilmişdir. Həmin razılıq məktubu da nəzərə alınaraq, TOYOTA AVALON MİNİK markalı 10PC241 dövlət qeydiyyatlı nəqliyyat vasitəsi Azərbaycan Respublikası Təhsil Nazirinin 24.12.2010-cu il tarixli 1706 nömrəli əmri ilə Azərbaycan Texnologiya Universitetinin balansına verilmişdir. Eyni zamanda balansında olan TOYOTA AVALON MİNİK markalı 10PC241 dövlət qeydiyyatlı nəqliyyat vasitəsinin əvəzsiz olaraq Azərbaycan Texnologiya Universitetinin balansına verilməsi Şəxs 27.12.2010-cu il tarixli 137-müx nömrəli əmri ilə rəsmiləşdirilmişdir. Buna görə də, “Şəxs” barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş orqana lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Beləliklə, məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Yasamal RPİ DYP şöbəsi tərəfindən göndərilən 24 iyul 2021-ci il tarixli müraciətdə qeyd olunmuş TOYOTA AVALON MİNİK markalı 10PC241 dövlət qeydiyyatlı nəqliyyat vasitəsi Azərbaycan Respublikası Təhsil Nazirinin 24.12.2010-cu il tarixli 1706 nömrəli əmri ilə Azərbaycan Texnologiya Universitetinin balansına verilmişdir. Yəni müraciətdə qeyd olunan TOYOTA AVALON MİNİK markalı 10 PC241 dövlət qeydiyyatlı nəqliyyat vasitəsi Şəxs balansında deyildir. Belə olan halda məhkəmə hesab edir ki, “Şəxs” barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə baxılıb qərar qəbul olunması üçün məhkəməyə göndərilməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə görə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, “Şəxs”-nin əməlində inzibati xəta tərkibi olmadığına görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105, 109.2 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Şəxs” barəsində 20.11.2021-ci il tarixli AP ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar