Məhkəmə qərarları › İş №3(004)-320/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-320/2021

18.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-320/2021 18.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu, Teymur Lahıcovun DYP-nin Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən tərtib edilmiş protokola xitam verilməsi barədə müraciətinə baxaraq, m ü ə y y ə n e t d i m: Teymur Lahıcov məhkəməyə müraciət edərək, DYP-nin Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən tərtib edilmiş protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə müraciəti araşdıraraq hesab edir ki, Teymur Lahıcovun müraciəti geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş müraciət düzgün formada, yəni “qərardan şikayət” formasında tərtib edilməmiş, müraciət edən şəxsin tam adı (ad, soyad, ata adı) və ünvanı qeyd edilməmiş və Teymur Lahıcov tərəfindən imzalanmamışdır. Eyni zamanda, Teymur Lahıcov şikayətində barəsində tərtib edilmiş protokola (protokolun tarixi, seriya və nömrəsi qeyd edilməmişdir) xitam verilməsini xahiş etmişdir. Halbuki, qanunvericiliyə əsasən, səlahiyyətli orqanın inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə şikayət verilə bilər. Digər tərəfdən, Teymur Lahıcov inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarı şikayət ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, Teymur Lahıcovun DYP-nin Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən tərtib edilmiş protokola xitam verilməsi barədə müraciəti imzalanmadığından, eyni zamanda Azərbaycan Respublikası İXM-nin 128.2.3-cü maddəsində nəzərdə tutulmuş tələblər pozulduğundan geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə izah edir ki, gələcəkdə məhkəməyə müraciət ediləcəyi halda müraciətinin “qərardan şikayət” formasında tərtib olunması və şikayət edilən qərarın və digər sənədlərin işə əlavə olunması zəruridir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-ci maddəsini rəhbər tutaraq q ə r a r a a l d ı m: Teymur Lahıcovun DYP-nin Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən tərtib edilmiş protokola xitam verilməsi barədə müraciəti geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar