Məhkəmə qərarları › İş №3(004)-3200/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3200/2023

20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3200/2023 20.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon prokuroru Elman Süleymanovun xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.2ci maddəsi ilə inzibati icraat başlanılmış və baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri Yasamal rayonu Parlament prospekti 9 ünvanında yerləşən A.Hüseynzadə adına 20 saylı məktəb-liseyin yeməkxanasında toyuq (quş) ətindən hazırlanmış qidaları qəbul etmiş şagirdlərin zəhərlənərək sağlamlıqlarına Yüngül dərəcəli zərər dəyməsinə səbəb Şəxs MMC tərəfindən təmin edilmiş həmin qidaların qida zəncirinin müxtəlif mərhələlərində sanitar-gigiyenik qaydalarının pozulması nəticəsində qidaların “Koliform” bakteriyaları ilə yoluxması olmuşdur. Buna səbəb Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 25 №-li əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə dair gigiyenik tələblər”-ə uyğunsuzluq olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri Yasamal rayonu Parlament prospekti 9 ünvanında yerləşən A.Hüseynzadə adına 20 saylı məktəb-liseyin İ mərtəbəsində yerləşən bufetdir. Həmin bufetdə «TAİS İKF” MMC tərəfindən təqdim edilən bütün qida məhsullarından, yəni (01 ədəd kağız qablaşdırmada) dovğa, (01 ədəd kağız qablaşdırmada) toyuq kotleti, (01 ədəd kağız qablaşdırmada) toyuq şnitsel, (01 ədəd kağız qablaşdırmada) nuggets, (01 ədəd kağız qablaşdırmada) toyuq monastrsayağı, (01 ədəd kağız qablaşdırmada) toyuq kotleti kiyevsayağı, (01 ədəd kağız qablaşdırmada) toyuq fajitas, (01 ədəd kağız qablaşdırmada) hotdog, (01 ədəd kağız qablaşdırmada) donuts şoqolat, (01 ədəd kağız qablaşdırmada) qarabaşaq yarması, (01 ədəd qablaşdırmada) düyü, (01 ədəd kağız qablaşdırmada) makaron, (01 ədəd plastik qabda) paytaxt salatı, (01 ədəd plastik qabda) vineqret salatı, (01 ədəd plastik qabda) mimoza salatı, (01 ədəd plastik qabda) toyuq salatı, (01 ədəd plastik qabda) gavalı salatı, (01 ədəd plastik qabda) maqnoliya, (01 ədəd kağız qablaşdırmada) toyuqlu sendviç, (01 ədəd kağız qablaşdırmada) mini hisə verilmiş toyuq sendviçi, (01 ədəd kağız qablaşdırmada) toyuq sezar dürüm, (01 ədəd kağız qablaşdırmada) toyuq burger, (01 ədəd kağız qablaşdırmada) şaurma, (01 ədəd kağız qablaşdırmada) toyuq klub sendviç, (01 ədəd kağız qablaşdırmada) çörək, (01 ədəd sellofan paketdə) şirin qoğal, (01 ədəd sellofan paketdə) şor qoğal, (01 ədəd sellofan paketdə) cemli bulka, (01 ədəd sellofan paketdə) kurasan nümunələri götürüldü. Materiala əlavə edilmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional bölməsindən 3-44-1/2-1-4456/23 saylı, 05 may 2023-cü il tarixli məktubla təqdim edilmiş rəydən görünür ki, Yasamal rayon prokurorluğu tərəfindən A.Hüseynzadə adına 20 saylı məktəb-liseyin bufetindən götürülmüş və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna təqdim edilmiş qida nümunələri Milli Feferans Laboratoriyasında mikrobioloji göstəricilər üzrə müayinə edilmiş və sınaq protokolları tərtib edilmişdir. Təqdim edilmiş 29 qida nümunələrinin heç birində Salmonella spp. və Staphylococcus aureus aşkar edilməşdir. Tərtib edilmiş AZ-19010760/LAB01-23005-T-005 nömrəli sınaq protokolları nəticələrinə əsasən makaron, toyuq salatı, mini hisə verilmiş toyuqlu sendviç, toyuq sezar dürüm nümunələrində “Koliform” bakteriyaları aşkar edilmişdir. Qeyd edək ki, bu nəticələr, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 25 №-li əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə dair gigiyenik tələblər” ilə uyğunluq təşkil etmir. Koliform bakteriyalar ( koliformlar və ya bağırsaq çöpü qrupu bakteriyaları- BÇQB) – Enterobacteriacea ailəsinə mənsub olan, polimorf, hərəkətli və ya hərəkətsiz, qrammənfi, sporəmələgətirməyən, çöpşəkilli və fakültətiv anaerob mikroorqanizmlərdir. Koliformlar ümumilikdə qida məhsullarının mikrobioloji çirklənmə göstəricisidir. Qida zəncirinin müxtəlif mərhələlərində sanitar-ggiyenik qaydalarının pozulması heyvan mənşəli qida məhsullarının (ət və ət məhsulları, süd və süd məhsulları, balıq və balıq məhsulları və sairə) koliform bakteriyalarla sirayətlənməsinə səbəb olur. BÇQB qrupuna daxil olan bağırsaq çöpləri ilə yoluxma zamanı hərarət, qusma, ishal, abdominal ağrılar və digər bu kimi toksikoz əlamətləri müşahidə olunur. Mikrobioloji müayinələr aparılması məqsədi ilə nümunələrin götürülməsi zamanı müəyyən sanitar-gigiyenik tələblərə ( nümunələrin götürülməsi zamanı steril spatula və nümunə qablarından, birdəfəlik əlcəklərdən istifadə) əməl olunmalıdır. Bu qaydalara riayət olunmadıqda nümunələrin ikincili çirklənməsi nəticəsində mikrobioloji yoluxma ehtimalı yaranır. Təqdim edilən nümunələrdə aşkar edilən mikrobioloji uyğunsuzluqlar məhsul partiyasına deyil, laboratoriyaya təqdim edilmiş nümunələrə şamil edilir. Material üzrə X3 barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE PA ETTB PHŞ-nin Yasamal rayon şöbəsindən daxil olmuş 130 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə-tibbi ekspertiza rəyinin nəticəvi hissəsindən görünür ki, X3 adına tərtib edilmiş tibbi sənəddə qeyd olunan Qida zəhərlənməsi qəbul etdiyi qidanın tərkibində əmələ gəlmiş zəhərləyici maddənin təsirindən törənə bilərdi, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Bundan başqa, X13 barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE PA ETTB PHŞ-nin Yasamal rayon şöbəsindən daxil olmuş 131 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə-tibbi ekspertiza rəyinin nəticəvi hissəsindən görünür ki, X13 adına tərtib edilmiş tibbi sənəddə qeyd olunan Qida zəhərlənməsi qəbul etdiyi qidanın tərkibində əmələ gəlmiş zəhərləyici maddənin təsirindən törənə bilərdi, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Həmçinin, X8 barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE PA ETTB PHŞ-nin Yasamal rayon şöbəsindən daxil olmuş 132 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə-tibbi ekspertiza rəyinin nəticəvi hissəsindən görünür ki, X8 adına tərtib edilmiş tibbi sənəddə qeyd olunan Qida zəhərlənməsi qəbul etdiyi qidanın tərkibində əmələ gəlmiş zəhərləyici maddənin təsirindən törənə bilərdi, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Həmçinin, X9 barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE PA ETTB PHŞ-nin Yasamal rayon şöbəsindən daxil olmuş 133 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə-tibbi ekspertiza rəyinin nəticəvi hissəsindən görünür ki, X9 adına tərtib edilmiş tibbi sənəddə qeyd olunan Qida zəhərlənməsi qəbul etdiyi qidanın tərkibində əmələ gəlmiş zəhərləyici maddənin təsirindən törənə bilərdi, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Material üzrə X4 barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE PA ETTB PHŞ-nin Yasamal rayon şöbəsindən daxil olmuş 134 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə-tibbi ekspertiza rəyinin nəticəvi hissəsindən görünür ki, X4 adına tərtib edilmiş tibbi sənəddə qeyd olunan Qida zəhərlənməsi qəbul etdiyi qidanın tərkibində əmələ gəlmiş zəhərləyici maddənin təsirindən törənə bilərdi, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Bundan başqa, X7 barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE PA ETTB PHŞ-nin Yasamal rayon şöbəsindən daxil olmuş 135 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə-tibbi ekspertiza rəyinin nəticəvi hissəsindən görünür ki, X7 adına tərtib edilmiş tibbi sənəddə qeyd olunan Qida zəhərlənməsi qəbul etdiyi qidanın tərkibində əmələ gəlmiş zəhərləyici maddənin təsirindən törənə bilərdi, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Materiala A.Hüseynzadə adına 20 saylı məktəb-liseyin direktor müavini Rövşən Şirinov tərəfindən təqdim edilmiş siyahı və Yasamal RPİ-nin 26-cı PB-si tərəfindən təqdim edilmiş raportla təsdiq olunur ki, xx.xx.2023-cü il tarixdə 20 saylı məktəb-liseyin yeməkxanasında zəhərlənən şagirdlərin sayı 15 olmuş, 6 nəfər şagird xəstəxanaya müraciət etmiş, vəziyyətləri kafi olaraq qiymətləndirilməklə evə buraxılmışlar. Belə ki, ümumilikdə məktəbin yeməkxanasında 1-ci sinif şagirdi 1 nəfər, 2-ci sinif şagirdi 1 nəfər, 4-cü sinif şagirdi 9 nəfər, 8-ci sinif şagirdi 3 nəfər və 9-cu sinif şagirdi 1 nəfər olmaqla, cəmi 15 nəfər şagird qızardılmış toyuq qanadı yedikdən sonra səhhəti pisləşmiş, 9 şagirdin vəziyyəti qənaətbəxş olmaqla xəstəxanaya müraciət etməmiş, 6 nəfər 4 və 8-ci sinif şagirdləri A.F.Qarayev adına 2 saylı X10 yerləşdirilmişdir. Material üzrə sorğu əsasında «TAİS İKF” MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, KX/01 saylı məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Yasamal rayonu Parlament prospekti 9 ünvanında yerləşən A.Hüseynzadə adına 20 saylı məktəbliseyin bufetində çalışan işçilərdən satıcılar X1, X2, xadimə Məcid-zadə Mətanət Ağababa qızının, qabyuyan X5 hadisə vaxtına və hazıra qüvvədə olan əmək müqavilələri və müvafiq bildirişləri, o cümlədən vəzifə təlimatları təqdim edilmişdir. Şəxs MMC ilə Bakı şəhəri üzrə Təhsil İdarəsi arasında bağlanmış “İaşə xidmətinin təşkili” haqqında müqavilədən görünür ki, müqaviləyə 1 saylı əlavədə göstərilən məktəblərə Şəxs MMC tərəfindən bufet və yeməkxanalarda iaşə xidmətinin təşkili həvalə olunmuşdur. Azərbaycan Respublikasının Qida X6 məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrinin xx.xx.2018-ci il tarixli, ********** №-li çıxarışından görünür ki, "xxxx" MMC-yə yeməklərin satışı ilə əlaqədar sair xidmətlərin göstərilməsinə icazə verilməklə MMC qida təhlükəsizliyi qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən Yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması inzibati məsuliyyətə səbəb olur. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130 və 220.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar