Məhkəmə qərarları › İş №3(004)-3205/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3205/2021

15.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3205/2021 15.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi X1, Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə MN ******* nömrəli 25 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən X5 MMC-yə məxsus tibb müəssisəsində 25 noyabr 2021-ci il tarixində saat 13:50-də aparılan planlı yoxlama zamanı sertifikasıyadan keçməyən şəxslərin praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmişdir. Bununla da MMC tərəfindın İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi İ.M.Hacıyev bildirmişdir ki, aparılmış yoxlama zamanı Şəxs MMC-nin qırx dörd nəfər həkim heyyətinin müvafiq sertifikasiyadan keçmədən işləməsi halı müəyyən edilmişdir. Odur ki, MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi X3 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, həkimlərin sertifikasiyadan keçirilməsinin vacibliyini diqqətdən yayınmışdır. Qeyd etmişdir ki, Xüsusi Karantin Rejiminin davam etməsi ilə bağlı olaraq həkimlərin sertifikasiyadan keçirilməsi mümkün olmamışdır. Hazırda reyestr kodu aldıqları üçün həkimləri sertifikasiyaya göndərirlər. Odur ki, hüquqi şəxsin barəsində iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 215.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə təqsiri toplanmış material ilə tam sübuta yetir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin əməkdaşlarının iştirakları ilə tərtib olunmuş 24 noyabr 2021-ci il tarixli 448 saylı plandan kənar yoxlama aktından görünür ki, həmin tarixdə saat 11:30-da Şəxsndə plandan kənar yoxlama aparılmışdır. Yoxlama aparılarkən lisenziya şərtlərinə riayət olunması ilə əlaqədar lisenziyanın tələblərinə riayət edilibedilməməsi, özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssis (lər)ini sertifikasiyaya cəlb edib-etməməsi, habelə lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətini həyata keçirilib-keçiriləməməsi yoxlanılmışdır. Yoxlama zamanı, tibb müəssisəsində xəstələrin qəbulu ambulator, stasionar və doğum şöbələrinə eyni (bir) girişdən təşkil olunması, bəzi həkim qəbulu və prosedur otaqları təbii havalandırma və təbii işqlandırma ilə təmin olunmaması, sahələrinin normativ tələblərə cavab verməməsi, anafiloktik şok eleyhinə dərman vasilərəri ilə təchiz edilməməsi, USM otağında çalışan həkim mütəxəssisin ixtisasının həkim pediatr olduğunun aşkarlanması, səyyar tibbi xidmət üzrə təcili tibbi yardım nəqliyyatının tam təchiz olunmaması, laborotoriya sahəsində qan və nümünələri qəbulu eyni pəncərədən həyata keçirilməsi, laborotoriya sahəsinə verilən hava hava zərərsizləşdirici qurğuların (Hipafilter) təmin edilməməsi, rentgenoloji müayinə otağında radioloji təhlükəsizliyə dair sənəd (xüsusi icazə) təqdim edilməməsi aşkar olunmuşdur. Bundan əlavə sterilizasiya bölməsinə giriş heyət üçün qarderobla birlikdə təşkil olunub, sterilisazsiya zamanı texnoloji axın ardıcıllığı pozulmuşdur (çirkli axın kəsişməsi). Cərrahi və terrapevtik profilli xəsətələrin stasionar müalicəsi eyni şöbədə birlikdə aparılır. Stasionar şöbədə müalicə olunan xəsətələrin xəstəlik tarixçələrində bəzi hissələr tam doldurulmur, kliniki diaqnoz XBT üzrə yazılmır. Doğum şöbəsində çirkli və təmiz ağlar bir yerdə saxlanılır. Həmçinin şöbədə digər obyekdə hermetik bağlanmamış qapı mövcuddur. Doğum şöbəsindəki uşaq çarpayılarının dizenfeksiyası və ayrılıqda saxlanılması yer nəzərdə tutulmamışdır. Bəzi həkim mütəxəsslərin və orta tibbi personalın sertifikasiya şəhadətnamələrinin müddətinin bitməsinə baxmayaraq pkaktiki tibbi fəaliyyət ilə məğul olduğu aşkarlanmışdır. AR Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında 11.11.2021-ci il tarixli 467 nömrəli qərardan görünür ki, Şəxsndə plandankənar yoxlamanın həyata keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin məcəllənin 215.4-cü maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş 01 nömrəli əlavədən görünür ki, özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlər adlı 2-ci siyahısına əsasən Terapiya, Kardiologiya, Qastroenterologiya, Nefrologiya, Endokrinologiya, Revmatologiya, Hematologiya, Allerqologiya, İmmunologiya, Nevropatologiya, Psixiatriya, Narkologiya, Dermatologiya, Fizioterapiya, Ümumi cərrahiyyə, Neyrocərrahiyyə, Ürək-damar cərrahiyyəsi, Plastik cərrahiyyə, Uşaq cərrahiyyəsi, Urologiya, Travmatologiya-ortopediya, Anesteziologiya-reanimatologiya, Mama-ginekologiya, Stomatologiya, Üz-çənə cərrahiyyəsi, Pediatriya, Şüa diaqnostikası, Oftalmologiya, Otorinolarinqologiya, Patoloji anatomiya, Genetika, Epidemiologiya, Mikrobiologiya, Laboratoriya kimi xidmətlərin həyata keçirilməsi xüsusi lisenziyalaşdırılması vacibdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-43, 48-51, 53, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinərək, 8000 (səkkiz min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar