Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3205/2023 08.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-667/2022 saylı, xx.xx.2022ci il tarixli icra sənədinin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-998/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-3454/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-415/2022 saylı, xx.xx.2022-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-667/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, cavabdehlər Şəxs və X1 müştərək qaydada 17144,08 (on yeddi min yüz qırx dörd manat səkkiz qəpik) manat , əsas borc və 3274,19 (üç min iki yüz yetmiş dörd manat on doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 20418,27 (iyirmi min dörd yüz on səkkiz manat iyirmi yeddi qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 151,26 (bir yüz əlli bır manat iyirmi altı qəpik) manat pul tutularaq iddiaçı “Expressbank" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-998/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, "xxxx" BOKT MMC ilə Şəxs arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BAKU 1-42191-18778 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan xx.xx.2020-ci il tarixli, BAKU1-42191-18778 saylı razılaşma ləğv edilmiş, cavabdeh Şəxs 10457,96 manat əsas, 932,94 manat fez 80 manat məbləğində cərimə borcu olmaqla, cəmi 11470,9 (on bir min dörd yüz yeomiş manat doxsan qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 125 (yüz iyirmi beş) manat məbləğində pul iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3454/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən DECT Panasonic ev telefonu, Power Bank, İMEİ kodu **********0086 iPhone 11 Pro Max, İMEİ kodu **********14048 XİAOMİ Redmi 9 markalı telefonlar üçün 2478 manat ödənilməmiş hissə, 70 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********06877 iPhone XS markalı telefon üçün 935 manat ödənilməmiş hissə, 20 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 01885 kodlu mebel üçün 639 manat ödənilməmiş hissə, 10 manat cərimə, ümumilikdə 4152 manat borc və 72,65 manat dövlət rüsumu tutularaq iddiaçı ABC Telecom MMC-yə ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-415/2022 saylı, xx.xx.2022-cü il tarixli icra sənədinə əsasən, İddiaçı "xxxx" ASC cavabdeh Şəxs arasında bağlanmış xx.xx.2021-ci il tarixli FN-00052-11/21A nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Şəxs və X2 müştərək qaydada xx.xx.2021-ci il tarixli FN-00052-11/21 A nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə yaranmış 14999,92 manat əsas, 1050,08 manat faiz və 165,82 manat cərimə olmaqla, cəmi 16.215,82 manat borc və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 138,65 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı olmaqla, ümumilikdə 16354,87 (on altı min üç yüz əlli dörd manat səksən yeddi qəpik) manat tutularaq iddiaçı “Bank BTB" ASC-yə ödənilməlidir. Borcun ödənilməsi barədə Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru Səvxan Abasov bildirdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-667/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, cavabdehlər Şəxs və X1 müştərək qaydada 17144,08 (on yeddi min yüz qırx dörd manat səkkiz qəpik) manat , əsas borc və 3274,19 (üç min iki yüz yetmiş dörd manat on doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 20418,27 (iyirmi min dörd yüz on səkkiz manat iyirmi yeddi qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 151,26 (bir yüz əlli bır manat iyirmi altı qəpik) manat pul tutularaq iddiaçı “Expressbank" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-998/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, "xxxx" BOKT MMC ilə Şəxs arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BAKU 1-42191-18778 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan xx.xx.2020-ci il tarixli, BAKU1-42191-18778 saylı razılaşma ləğv edilmiş, cavabdeh Şəxs 10457,96 manat əsas, 932,94 manat fez 80 manat məbləğində cərimə borcu olmaqla, cəmi 11470,9 (on bir min dörd yüz yeomiş manat doxsan qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 125 (yüz iyirmi beş) manat məbləğində pul iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3454/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən DECT Panasonic ev telefonu, Power Bank, İMEİ kodu **********0086 iPhone 11 Pro Max, İMEİ kodu **********14048 XİAOMİ Redmi 9 markalı telefonlar üçün 2478 manat ödənilməmiş hissə, 70 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********06877 iPhone XS markalı telefon üçün 935 manat ödənilməmiş hissə, 20 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 01885 kodlu mebel üçün 639 manat ödənilməmiş hissə, 10 manat cərimə, ümumilikdə 4152 manat borc və 72,65 manat dövlət rüsumu tutularaq iddiaçı ABC Telecom MMC-yə ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-415/2022 saylı, xx.xx.2022-cü il tarixli icra sənədinə əsasən, İddiaçı "xxxx" ASC cavabdeh Şəxs arasında bağlanmış xx.xx.2021-ci il tarixli FN-00052-11/21A nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Şəxs və X2 müştərək qaydada xx.xx.2021-ci il tarixli FN-00052-11/21 A nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə yaranmış 14999,92 manat əsas, 1050,08 manat faiz və 165,82 manat cərimə olmaqla, cəmi 16.215,82 manat borc və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 138,65 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı olmaqla, ümumilikdə 16354,87 (on altı min üç yüz əlli dörd manat səksən yeddi qəpik) manat tutularaq iddiaçı “Bank BTB" ASC-yə ödənilməlidir. Borcun ödənilməsi barədə Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, ödəməkdən yayınmaq niyyəti yoxdur. İşsiz qaldığından ödəmək imkanı yoxdur. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-667/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 998/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3454/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-415/2022 saylı, xx.xx.2022-cü il tarixli icra sənədinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-667/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, cavabdehlər Şəxs və X1 müştərək qaydada 17144,08 (on yeddi min yüz qırx dörd manat səkkiz qəpik) manat , əsas borc və 3274,19 (üç min iki yüz yetmiş dörd manat on doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 20418,27 (iyirmi min dörd yüz on səkkiz manat iyirmi yeddi qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 151,26 (bir yüz əlli bır manat iyirmi altı qəpik) manat pul tutularaq iddiaçı “Expressbank" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 998/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, "xxxx" BOKT MMC ilə Şəxs arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BAKU 1-42191-18778 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan xx.xx.2020-ci il tarixli, BAKU1-42191-18778 saylı razılaşma ləğv edilmiş, cavabdeh Şəxs 10457,96 manat əsas, 932,94 manat fez 80 manat məbləğində cərimə borcu olmaqla, cəmi 11470,9 (on bir min dörd yüz yeomiş manat doxsan qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 125 (yüz iyirmi beş) manat məbləğində pul iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3454/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən DECT Panasonic ev telefonu, Power Bank, İMEİ kodu **********0086 iPhone 11 Pro Max, İMEİ kodu **********14048 XİAOMİ Redmi 9 markalı telefonlar üçün 2478 manat ödənilməmiş hissə, 70 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********06877 iPhone XS markalı telefon üçün 935 manat ödənilməmiş hissə, 20 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 01885 kodlu mebel üçün 639 manat ödənilməmiş hissə, 10 manat cərimə, ümumilikdə 4152 manat borc və 72,65 manat dövlət rüsumu tutularaq iddiaçı ABC Telecom MMC-yə ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-415/2022 saylı, xx.xx.2022-cü il tarixli icra sənədinə əsasən, İddiaçı "xxxx" ASC cavabdeh Şəxs arasında bağlanmış xx.xx.2021-ci il tarixli FN-00052-11/21A nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Şəxs və X2 müştərək qaydada xx.xx.2021-ci il tarixli FN-00052-11/21 A nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə yaranmış 14999,92 manat əsas, 1050,08 manat faiz və 165,82 manat cərimə olmaqla, cəmi 16.215,82 manat borc və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 138,65 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı olmaqla, ümumilikdə 16354,87 (on altı min üç yüz əlli dörd manat səksən yeddi qəpik) manat tutularaq iddiaçı “Bank BTB" ASC-yə ödənilməlidir. İş materiallarına əlavə olunmuş “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Bakı şəhəri Yasamal Rayon İcra şöbəsi tərəfindən Şəxs ünvanına bildiriş göndərilərək ondan icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməyi xahiş olunmuşdur. Qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə Şəxs Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarlarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi, həm də şifahi formada xəbərdar edilməsinə baxmayaraq sonuncun icra məmurunun qanuni tələblərinə etinasız yanaşmaqla əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” “Hörnosbi Yunanıstana qarşı” 19 mart 1997-ci il tarixli işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir.” Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №59498/000. ECHR.2002). Daha sonra həmin işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçilərin xeyrinə çıxarılmış məhkəmə qətnaməsinin uzun müddət icra olunmaması, onların Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təminat verilən mülkiyyət hüququnu pozmuşdur. Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndi “məhkəmə çıxış hüququna” təminat verir. Lakin dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hərəkətsiz qalmasına imkan versə, məhkəməyə çatmaq hüququ xəyali xarakter alar. (“Hornsbi Yunanıstana qarşı”, 19 mart 1997-ci il). Məhkəmədə müəyyən edilmişdir ki, Şəxs təqsiri üzündən icra sənədi icra edilməmiş və icra sənədinin icra edilməməsi üçün üzrlü səbəb olmamışdır. Şəxs tərəfindən icra sənədinin icra edilməməsi, Konvensiyanın 6-cı maddəsinin, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 08 iyun 2023-cü il tarixdən, saat 12:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın və qərarın icrası Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə və Yasamal Rayon icra şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-3205/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3205/2023
08.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver