Məhkəmə qərarları › İş №3(004)-3226/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3226/2025

13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3226/2025 13.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 04 iyul 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələbləri pozularaq Cəmiyyət tərəfindən Şahid7, X3, Şahid5, Şahid4, Şahid3, Şahid1, Şahid2 və Şahid8 xx.xx.2024-cü il tarixdən hazırki tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdirlər. Nəticədə Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X5 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs MMC barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, bu fakt Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən daxil olmuş məlumatlar ilə təsdiq edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, Şəxs MMC tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Odur ki, inzibati xəta haqqında protokol əsassız olmaqla iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında bildirmişdir ki, 2024-cü ilin əvvəlində dəqiq xatırlamadığı tarixdə Şəxs MMC-də fəhlə vəzifəsində çalışmaqdan ötrü Zəngilan rayonuna getmişdir. Şəxs MMC ilə arasında 14 fevral 2024-cü il tarixdə əmək müqavilə bağlanmışdır. Həmin şirkət tikinti-quraşdırma işlərini həyata keçirir. O, həmin şirkətin “Ümumi” bölməsində “qəlibçi” vəzifəsində işləmişdir. 08 may 2024-cü il tarixində həmin əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra Qarabağ ərazisində hər hansı bir əmək fəaliyyətinə cəlb olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, Şəxs ilə arasında 23 yanvar 2023-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. Həmin şirkət tikintiquraşdırma işlərini həyata keçirir. O, həmin şirkətin “Masazır anbar” bölməsində “sürücü” vəzifəsində işləmişdir. 29 aprel 2024-cü il tarixində həmin əmək müqaviləsinə xitam verilmişdir. Şəxs tərəfindən qeyd olunan dövr istisna olmaqla hər hansı bir əmək fəaliyyətinə cəlb olunmamışdır. İş materiallarında olan: xxxxxxx000100 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şahid1 ilə Şəxs arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və onun əmək müqaviləsinə xitam verilmişdir. Bu bildiriş sistemə xx.xx.2024-cü il tarixdə daxil edilmişdir. “Əmək müqaviləsinə xitam verilməsi barədə” 08 may 2024-cü il tarixli, 20 nömrəli əmrdən görünür ki, “Ümumi” bölməsində “qəlibçi” vəzifəsində işləyən Şahid1 Azad oğlu ilə bağlanmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 68.2.”a” – tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. xxxxxxx000800 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şahid2 ilə Şəxs arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və onun əmək müqaviləsinə xitam verilmişdir. Bu bildiriş sistemə xx.xx.2024-cü il tarixdə daxil edilmişdir. “Əmək müqaviləsinə xitam verilməsi barədə” 13 may 2024-cü il tarixli, 23 nömrəli əmrdən görünür ki, “Ümumi” bölməsində “dəmirçi” vəzifəsində işləyən Şahid2 Zahid oğlu ilə bağlanmış xxxxxxx000800 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 68.2.”a” – tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. xxxxxxx000700 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şahid3 ilə Şəxs arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və onun əmək müqaviləsinə xitam verilmişdir. Bu bildiriş sistemə xx.xx.2024-cü il tarixdə daxil edilmişdir. “Əmək müqaviləsinə xitam verilməsi barədə” 08 may 2024-cü il tarixli, 20 nömrəli əmrdən görünür ki, “Ümumi” bölməsində “fəhlə” vəzifəsində işləyən Şahid3 Elsevər oğlu ilə bağlanmış xxxxxxx000700 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 68.2.”a” – tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. xxxxxxx000200 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şahid4 ilə Şəxs arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış və onun əmək müqaviləsinə xitam verilmişdir. Bu bildiriş sistemə xx.xx.2023-cü il tarixdə daxil edilmişdir. “Əmək müqaviləsinə xitam verilməsi barədə” 03 may 2024-cü il tarixli, 20 nömrəli əmrdən görünür ki, “Ümumi” bölməsində “sürücü” vəzifəsində işləyən Şahid4 İnsafəli oğlu ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 68.2.”a” – tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. xxxxxxx000500 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şahid5 ilə Şəxs arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və onun əmək müqaviləsinə xitam verilmişdir. Bu bildiriş sistemə xx.xx.2024-cü il tarixdə daxil edilmişdir. “Əmək müqaviləsinə xitam verilməsi barədə” 30 aprel 2024-cü il tarixli, 19 nömrəli əmrdən görünür ki, “Ümumi” bölməsində “buldozer operatoru” vəzifəsində işləyən Şahid5 Nağı oğlu ilə bağlanmış xxxxxxx000500 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 68.2.”a” – tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. xxxxxxx000700 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X3 ilə Şəxs arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış və onun əmək müqaviləsinə xitam verilmişdir. Bu bildiriş sistemə xx.xx.2023-cü il tarixdə daxil edilmişdir. “Əmək müqaviləsinə xitam verilməsi barədə” 29 aprel 2024-cü il tarixli, 18 nömrəli əmrdən görünür ki, “Masazır anbar” bölməsində “sürücü” vəzifəsində işləyən X4 ilə bağlanmış xxxxxxx000700 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 68.2.”a” – tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. xxxxxxx001200 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şahid7 ilə Şəxs arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və onun əmək müqaviləsinə xitam verilmişdir. Bu bildiriş sistemə xx.xx.2024-cü il tarixdə daxil edilmişdir. “Əmək müqaviləsinə xitam verilməsi barədə” 29 aprel 2024-cü il tarixli, 18 nömrəli əmrdən görünür ki, “Ümumi” bölməsində “qreyder operatoru” vəzifəsində işləyən X4 ilə bağlanmış xxxxxxx001200 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 68.2.”a” – tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. xxxxxxx000400 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şahid8 ilə Şəxs arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış və onun əmək müqaviləsinə xitam verilmişdir. Bu bildiriş sistemə xx.xx.2023-cü il tarixdə daxil edilmişdir. “Əmək müqaviləsinə xitam verilməsi barədə” 30 aprel 2024-cü il tarixli, 19 nömrəli əmrdən görünür ki, “Ümumi” bölməsində “sürücü” vəzifəsində işləyən Şahid8 Famil oğlu ilə bağlanmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 68.2.”a” – tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, inzibati xəta haqqında protokolu, tərəflərin və şahidlərin çıxışlarını və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, məhkəmə iclasında X1 və Şahid1 izahatından görünür ki, Şəxs tərəfindən izahatlarında qeyd etdikləri dövr istisna olmaqla hər hansı bir əmək fəaliyyətinə cəlb olunmamışdırlar. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən vətəndaş müraciəti əsasında yalnız araşdırma zamanı alınan izahatla kifayətlənilmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar, yəni Şəxs MMC tərəfindən sözügedən şəxslərin əməyə cəlb olunubolunmaması araşdırılmamışdır. Bununla da, yuxarıda götərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsini təsdiq edən digər sübutlar məhkəməyə təqdim edilmədiyindən, səlahiyyətli orqan tərəfindən yuxarıda qeyd olunan xüsusatlar tam, obyektiv və hərtərəfli araşdırılmadan hüquqi şəxs Şəxs barəsində əsassız olaraq 04 iyul 2024-cü il tarixli MN seriyalı ******* saylı protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İV hissəsinə əsasənəmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 7-ci maddəsinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 2-3.4-cü hissəsinə əsasən tərəflər arasında münasibətlər işə götürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda, tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. 7-ci maddəsinin 2-4-cü hissəsinə əsasən bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. 44.1-ci maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. 44.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. 44.3-ci maddəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hüquqi şəxs Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsinin sübuta yetirilmədiyini nəzərə alaraq hesab edir ki, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş 04 iyul 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar