Məhkəmə qərarları › İş №3(004)-3229/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3229/2025

05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3229/2025 05.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi ilə Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə 05 may 2025-ci il tarixli, 00100-01127/25 saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC tərəfindən Bakı Baş Gömrük idarəsində xx.xx.2025-ci il tarixli **********3821 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 99ZR420/99ZG420 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə “Samur” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair tərtib edilmiş **********9561 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilmişdir. Lakin, gətirilmiş mallara dair tərtib edilmiş xx.xx.2025-ci il tarixli **********3821 sorğu nömrəli gömrük bəyannaməsinin 18-ci qrafasında nəqliyyat vasitəsinin nömrəsi 99ZR420(dartıcı)/99ZG420(qoşqu) qeyd edilmişdir, lakin xx.xx.2025-ci il tarixli **********9561 sorğu nömrəli qısa idxal bəyannaməsinin 21-ci qrafasında həmin qısa idxal bəyannaməsinə qoşulan sənədlərə uyğun olarag nəqliyyat vasitəsinin nömrəsi 99ZR420(dartıcı)/99ZG420(qoşqu) olduğu halda 99ZR420(dartıcı)/10ZG960(qoşqu) qeyd edilmişdir. İş üzrə tərəflərə-barəsində inzibati qaydada icraat aparılan hüquqi şəxsə və səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə inzibati işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 10 aprel 2025-ci il tarixli, 3-33-1100/012/010558 nömrəli raportdan görünür ki, Şəxs MMC (VÖEN:**********) adına xx.xx.2025-ci il tarixdə 99ZR420/99ZG420 nömrəli nişanlı nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********3821 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yükdə mallara dair sənədlərin araşdırılması zamanı Şəxs MMC tərəfindən həmin mal partiyasına aid əvvəlcədən təqdim edilmiş **********9561 nömrəli qısa idxal bəyannaməsi ilə **********3821 nömrəli gömrük bəyannaməsinin 18-ci qrafaları arasında uyğunsuzluq aşkar edilmişdir. 05 may 2025-ci il tarixli, 00100-01127/25 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən Bakı Baş Gömrük idarəsində xx.xx.2025-ci il tarixli **********3821 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 99ZR420/99ZG420 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə “Samur” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair tərtib edilmiş **********9561 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilmişdir. Lakin, gətirilmiş mallara dair tərtib edilmiş xx.xx.2025-ci il tarixli **********3821 sorğu nömrəli gömrük bəyannaməsinin 18-ci qrafasında nəqliyyat vasitəsinin nömrəsi 99ZR420(dartıcı)/99ZG420(qoşqu) qeyd edilmişdir, lakin xx.xx.2025-ci il tarixli **********9561 sorğu nömrəli qısa idxal bəyannaməsinin 21-ci qrafasında həmin qısa idxal bəyannaməsinə qoşulan sənədlərə uyğun olarag nəqliyyat vasitəsinin nömrəsi 99ZR420(dartıcı)/99ZG420(qoşqu) olduğu halda 99ZR420(dartıcı)/10ZG960(qoşqu) qeyd edilmişdir. İnzibati xəta haqqında protokolda olan MMC-nin nümayəndəsinin izahatından görünür ki, həmin protokolda Şəxs nümayəndəsi X3 **********9561 nömrəli qısa idxal bəyannaməsi ilə **********3821 nömrəli gömrük bəyannaməsinin 18 və 21-ci qrafaları arasında uyğunsuzluğun olmasına səbəbin şirkətin işçisinin diqqətsizliyinin olduğunu, yəni işlərinin çox olması ilə əlaqədar işçilərin iş yükünün çox olması, bununla da **********9561 nömrəli qısa idxal bəyannaməsinin işçi tərəfindən tərtib olunan zaman diqqətsizlik olduğunu, bununla da uyğunsuzluq olduğunu bildirmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs MMC tərəfindən Bakı Baş Gömrük idarəsində xx.xx.2025-ci il tarixli **********3821 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 99ZR420/99ZG420 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə “Samur” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair tərtib edilmiş **********9561 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilmişdir. Lakin, gətirilmiş mallara dair tərtib edilmiş xx.xx.2025-ci il tarixli **********3821 sorğu nömrəli gömrük bəyannaməsinin 18-ci qrafasında nəqliyyat vasitəsinin nömrəsi 99ZR420(dartıcı)/99ZG420(qoşqu) qeyd edilmişdir, lakin xx.xx.2025-ci il tarixli **********9561 sorğu nömrəli qısa idxal bəyannaməsinin 21-ci qrafasında həmin qısa idxal bəyannaməsinə qoşulan sənədlərə uyğun olarag nəqliyyat vasitəsinin nömrəsi 99ZR420(dartıcı)/99ZG420(qoşqu) olduğu halda 99ZR420(dartıcı)/10ZG960(qoşqu) qeyd edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 485.1-cü maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 250 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar