Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-323/2021 26.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin EQ ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin EQ ******* saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, barəsində çıxarılmış inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli, EQ-4381154 №-li elektron protokolun, eləcə də həmin protokoldan verilmiş sikayət üzrə çıxarılan xx.xx.2020-ci il tarixli qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 346.1-ci maddəsində göstərilən durma qaydalarını pozmağa görə barəsində xx.xx.2020-ci il tarixli, EQ ******* saylı protokol tərtib olunmuş və protokol haqqında xx.xx.2020-ci il tarixli SMS-lə ona məlumat verilmişdir. Həmin protokolu əsassız və qanunsuz hesab edərək, ləğv olunması üçün şikayət etmişdir. Şikayətinə Bakı şəhər Yasamal Rayon Polis İdarəsində baxılmış və xx.xx.2020-ci il tarixli, 091-********** №-li məktubla şikayətinin araşdırılaraq, təmin olunmaması barədə məlumat verilmişdir. Lakin şikayəti təmin olunmadığı halda, araşdırma nəticəsində qəbul olunmuş qərarın surəti ona göndərilməmiş, yalnız qərar barədə xx.xx.2021-ci il tarixdə elektron qaydada ona məlumat verilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar (tərtib edilmiş şəxs qərardan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Lakin şikayət vermə hüququndan istifadə etməyi üçün, əvvəlcə qəbul olunmuş qərarın sürəti ona göndərilməli idi. Çünki, İXM-nin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Göründüyü kimi, barəsində əsassız və qanunsuz protokol tərtib olunmaqla yanaşı, şikayəti üzrə qəbul olunan qərarın sürəti ona göndərilməməklə, şikayət vermə hüququ da kobud şəkildə pozulmuşdur. Aşağıda göstərilənlərə əsasən, barəsində tərtib olunan xx.xx.2020-ci il tarixli, EQ ******* №-li elektron protokolu və həmin protokol üzrə çıxarılmış xx.xx.2020-ci il tarixli qərarı qanunsuz və əsassız hesab edir: Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinin 2-ci bəndində əsasən, yolun hərəkət hissəsinə bitişik səkilərin kənarında durmağa yalnız minik avtomobillərinə, motosikletlərə, mopedlərə və velosipedlərə bu şərtlə icazə verilir ki, onlar piyadaların hərəkətinə mane olmasın. Protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, o, minik avtomobilini piyadaların hərəkətinə mane olmayan yerdə saxlamış, avtomobili saxladığı yer piyadaların hərəkət etdiyi yerdən kənarda, ağac əkilməsi üçün nəzərdə tutulmuş ərazidir, sonradan asfaltlanmışdır və avtomobil göstərilən yerdə durduqda qarşısında piyadaların hərəkəti üçün kifayət qədər yer vardır. Avtomobil dayandığı yerin qarşısında təxminən 6 metr yer qalır ki, həmin yerdən nəyinki piyadalar, hətta avtomobillər də keçir. Şikayətçi və qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin EQ ******* saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X5 xx.xx.2020-ci il tarixdə A.Abbasov küçəsi 46 saylı ünvanda durma qaydalarını pozduğuna görə İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinib 18 manat cərimə edilmişdir. Qərar EQ ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Şikayətçinin iş materiallarına əlavə etdiyi inzibati xətanın törədilməsində təqsirləndirildiyi və durma qaydalarının pozulduğu yer kimi hesab edilən yerin fotoşəkillərindən görünür ki, həmin səkidə avtomobil saxlanılarkən, piyadaların hərəkətinə maneə olmur. Belə olduğu təqdirdə “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin İİ hissəsinə əsasən yolun sol tərəfində dayanmağa və durmağa yaşayış məntəqələrində tramvay yolunun olması səbəbindən sağ tərəfdə dayanmaq mümkün olmadıqda və ya birtərəfli hərəkət yollarında (icazə verilən maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinə birtərəfli hərəkət yollarının sol tərəfində dayanmağa yalnız yük götürmək və ya boşaltmaq üçün) icazə verilir. Yolun hərəkət hissəsinə bitişik səkinin kənarında durmağa yalnız minik avtomobillərinə, motosikletlərə, mopedlərə və velosipedlərə bu şərtlə icazə verilir ki, onlar piyadaların hərəkətinə mane olmasın. Bununla da şəxs qeyd edilən yerdə minik avtomobili ilə dayanma və ya durma qaydalarını pozmağa görə təqsirli bilinsə də, həmin yerdə qeyd edilən minik avtomobilinin dayanması və ya durması piyadaların hərəkətinə mane olmur. Ona görə də şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmamışdır. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində İXM-nin 346.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin EQ ******* saylı xx.xx.2020ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-323/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-323/2021
26.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver