Məhkəmə qərarları › İş №3(004)-3230/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3230/2022

01.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3230/2022 01.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Bakı Şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 24 iyun 2022-ci il tarixdə saat 20:00 radələrində idarə etdiyi “Toyota LC200 minik” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, N.Nərimanov prospektində hərəkət edərkən idarə etməni itirərək onunla eyni istiqamətdə olan X2 idarə etdiyi “Hyundai” markalı **-XH-*** nömrəli avtomobilin arxa hissəsi ilə toqquşub X4 maddi zərər vurmuşdur. Şəxs avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Bununla da o, İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı Şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək izahatında göstərdi ki, 24 iyun 2022-ci il tarixdə saat 20:00 radələrində idarə etdiyi “Toyota LC200 minik” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, N.Nərimanov prospektində N.Nərimanov heykəlindən Statistika istiqamətində hərəkətdə olduğu zaman onunla eyni istiqamətdə orda hərəkətdə olan “Hyundai” markalı **-XH-*** nömrəli avtomobil işıqforun qırmızı işığında dayanmaq üçün qəfil avtomobili dayandırdı, bu zaman o da avtomobili dayandırmaq istədi, amma ara məsafəsi az olduğundan avtomobili saxlaya bilməyib digər avtomobilin arxa hissəsinə vurdu. Hadisə zamanı avtomobildə tək idi və xəsarət alan olmadı, heç kəs sərxoş deyildi. Sürücülük vəsiqəsinin vaxtının bitməsindən xəbəri olmamışdır. Əməlindən peşmandır. Protokol tərtib etmiş Bakı Şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin polis kapitanı X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs 24 iyun 2022-ci il tarixdə saat 20:00 radələrində idarə etdiyi “Toyota LC200 minik” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, N.Nərimanov prospektində hərəkət edərkən idarə etməni itirərək onunla eyni istiqamətdə olan “Hyundai” markalı **-XH-*** nömrəli avtomobilə arxa hissəsi ilə toqquşub X4 maddi zərər vurmuşdur. Şəxs avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. İş materiallarında olan Şəxs məxsus AB N 463872 saylı sürücülük vəsiqəsinin surətinə əsasən, həmin vəsiqənin etibarlılıq müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Şəxs iş materiallarında olan Bakı şəhəri BPİ DYPİ-nin rəisi R.Piriyevə ünvanladığı xx.xx.2022-ci il tarixli izahatında heç bir yerdə işləmədiyini qeyd etmişdir. İzahatda bütün hüquqları ona izah edilmiş, izahatı imzalamışdır. XM-in 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə dair İXM-ni 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla, özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək, 15 gün (on beş gün) müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixindən, saat 16:30 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı Şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar