Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3236/2021 17.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə Hüquqi ünvanı ünvan 1 və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi Şəxs barəsində (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Yasamal rayon Polis İdarəsi (Yasamal RPİ DYPŞ inz.təc. üzrə inspektoru S.Abasov) tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi Şəxs barəsində İXM-in 347-ci maddəsi ilə 27.11.2021-ci il tarixdə AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Şəxs MMC-nin mülkiyyətində olan “Chevrolet Niva minik” markalı, **-PK-*** nömrəli nəqliyyat vasitəsi ilə 18.05.2021-ci ildə inzibati xəta törədilməsi zaman həmin avtomobili idarə etmiş fiziki şəxs haqqında məlumatın tələb edilməsinə dair səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə cavab verməmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X2 bildirdi ki, Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən 2019-cu ilin əvvəlindən ictimai işlərin təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan “İşsizin DOSTu” proqramına başlanılmışdır. Həmin proqram X5 tərəfindən icra olunur. Proqramın icrası çərçivəsində X5 hal-hazırda 56 minə yaxın işsiz vətəndaş ilə əmək müqaviləsi bağlayaraq işlə təmin etmişdir. Bildirmişdir ki, X5nin Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(004)-3242/2021 nömrəli inzibati iş məhkəmənin icraatındadır. Qeyd etmişdir ki, Yasamal rayon Polis İdarəsinin DYP şöbəsinin 18 noyabr 2021-ci il tarixli məktubuna əsasən X5nə məxsus **-PK-*** dövlət qeydiyyat nişanlı Chevrolet NİVA markalı minik avtomobili 18 may 2021-ci il tarixdə Bakı-Quba-Rusiya yolunda müəyyən edilmiş hərəkət sürətini 17 km/saat aşmış, törədilmiş xətaya görə Azərbaycan Respublikasının İXM-nin 328.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə on manat məbləğində cərimə edilir. Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin DYP şöbəsindən X5nə məxsus **-PK-*** dövlət qeydiyyat nişanlı Chevrolet NİVA markalı minik avtomobili ilə bağlı 18 noyabr 2021-ci il tarixində daxil olmuş məktuba cavab olaraq 19 noyabr 2021-ci il tarixli **********9 nömrəli məktub hazırlanmış və 22 noyabr 2021-ci il tarixində Azərpoçta təhvil verilərək Yasamal rayon Polis İdarəsinin DYP şöbəsinə göndərilmişdir. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, qeyd olunan AP N ******* nömrəli protokol əsassızdır və ləğv olunmalıdır. Ona görə də, X5nin Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair tərtib edilmiş AP N ******* inzibati protokolun ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, şəxsin İXM-in 347-ci maddəsi ilə təqsirli bilinməsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə səbəb olmuş sübutlar kimi, protokolda göstərilən avtomobili idarə etmiş fiziki şəxs barədə hüquqi şəxsə sorğunun verilməsi (xəbərnaməyə əsasən sorğu 18.11.2021-ci il tarixdə hüquqi şəxsə daxil olmuşdur) və həmin sorğuya 5 gün ərzində cavab verilməməsi ilə əlaqələndirilmişdir. Lakin hüquqi şəxsin nümayəndəsinin məhkəməyə təqdim etdiyi 19.11.2021-ci il tarixli məktuba əsasən, protokolda göstərilən inzibati xətanı törədən avtomobilin sürücüsü barədə DYPyə məlumat verilmişdir. Məktub poçta 22.11.2021-ci il tarixdə təqdim edilib. Bununla da hüquqi şəxsin mülkiyyətində olan avtomobillərin istifadəçisi barədə məlumat verildiyindən hüquqi şəxs inzibati məsuliyyəti istisna edilir. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-3236/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3236/2021
17.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver