Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3236/2025 22.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X4 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, Şikayət vermiş şəxs X3, Bakı şəhəri BPİ X9 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə ilə X3 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 29 mart 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 29 mart 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və avtobusa dəymiş zərərin qarşı tərəfin sığortası tərəfindən ödənilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-yə məxsus 14 saylı maşrut xəttində fəaliyyət göstərir. BYD markalı, 77JS896 dövlət qeydiyyat nişanlı avtobusla xx.xx.2025-ci il tarixində Şamaxinka adlanan ərazidən üzü 20 Yanvar istiqamətində hərəkət edən zaman Badi Səba restoranının yaxınlığında avtobus zolağında nəqliyyat vasitəsi olduğu üçün məcbur biraz sola doğru manevr etmiş, bu zaman ikinci zolaqdan avtobus zolağına keçmək üçün manevr edən 99PZ848 dövlət qeydiyyat nişanlı Vaz 2104 markalı avtomobil yol vermədiyi üçün qəza hadisəsi baş vermişdir. Əraziyə gələn DYP əməkdaşı hər ikisinin xx.xx.2025-ci il tarixdə Bakı şəhər DYPİ-də 7-ci otaqda olmalarını bildirmişdir. Deyilən vaxtda 7-ci otaqda olmuş, xidmətdə olan polis baş leytenantı Yol Hərəkəti haqqında qanunun 42-ci maddəsinin 5-ci bəndinə məhəl qoymadan həmyerli olduqları üçün yaxud nəinsə qarşılığında zərərçəkmiş qismində 99PZ848 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünü göstərərək ona İXM-nin 327.1-ci maddəni rəhbər tutaraq İXP ******* nömrəli protokol tərtib etmişdir. Bu barədə xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etmiş, lakin protokolun qərarı Bakı Şəhər DYPi-dən ona təqdim olunmadığı üçün ərizəsi geri qaytarılmışdır. Qərraı götürərək yenidən müraciət etmişdir. Badi Səba restoranının qarşısında quraşdırılmış TŞ kamerasının xx.xx.2025-ci il tarixində saat 06:30-06:50 radələrində baş vermiş qəzanın görüntülərini Bakı Şəhər DYPİ-dən tələb edilərək məhkəməyə təqdim edilməsini xahiş etmişdir. Həmin görüntüləri və məhkəməyə təqdim etdiyi avtobusun kamera görüntülərini izləyərək hadisəyə yenidən ədalətli qərar verilməsinə, protokolun ləğv olacağı təqdirdə avtobusa dəymiş zərərin qarşı tərəfin sığortası tərəfindən ödənilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 29 mart 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və avtobusa dəymiş zərərin qarşı tərəfin sığortası tərəfindən ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, şəxs barəsində AR İXM-nin 327.1-ci maddəsi ilə qəbul edilmiş qərar onun əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsi ilə əlaqədar qəbul edilmişdir. “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1 və 5-ci bəndlərində bəndində göstərilmişdir ki, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır və sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 29 mart 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, X3 AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 29 mart 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında 29 mart 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixində, saat 06:40-da Moskva prospektində “BYD K9UD avtobus markalı”, 77JS896 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək AR İXM-nin 327.1-ci maddəsinin tələblərini pozmuş və 40 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. X2 tərəfindən təqdim edilmiş videogörüntüdən görünür ki, BYD K9UD avtobus markalı”, 77JS896 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi öz hərəkət zolağından kənara çıxmışdır. Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən təqdim edilən videogörüntüdən görünür ki, "BYD K9UD avtobus markalı”, 77JS896 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi öz hərəkət zolağından kənara çıxmış və həmin an digər zolaqda avtomobil hərəkət edir. Azərbaycan Respublikası İnzibati Xəatalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarlardan biri qəbul edilir: 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunun: 42-ci maddəsinin İ bəndinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. V bəndinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Məhkəmə videogörüntünü, proses iştirakçılarının izahatlarını və digər sübutları müqayisəli təhlil edərək, X5 xx.xx.2025-ci il tarixində, saat 06:40-da Moskva prospektində ““BYD K9UD avtobus markalı”, 77JS896 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək öz zolağı ilə hərərkət edən avtomobili sürtməsi qənaətinə gəlmişdir. Məhkəmə iclasında videodiskdəki görüntülərə baxaraq X1 orqanın dəlillərini təkzib edəcək arqumentlər irəli sürməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməməli, X3 AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 29 mart 2025-ci il tarixli, TP ******* nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X3 AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 29 mart 2025-ci il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-3236/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3236/2025
22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver