Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3243/2022 22.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Əliyeva Zəminə Səməd qızının katibliyi, K.Y.Fərəcova adına X5 Publik Hüquqi şəxsinin direktoru X10 vəkili X12, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidmətinin nümayəndəsi X17 iştirakları ilə, K.Y.Fərəcova adına X5 Publik Hüquqi şəxsinin direktoru X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidmətinin 29 dekabr 2021-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: K.Y.Fərəcova adına X5 Publik Hüquqi şəxsi-nin direktoru X18 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidmətinin rəis müavini X13 29 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X23 K.Y.Fərəcova adına X1 11-dərəcəli Loqoped vəzifəsində işləyərək 375 manat vəzifə maaşı, 56,25 manat zərərli işə görə, cəmi 431,25 manat əmək haqqı alırdı. K.Y.Fərəcova adına X5 ləğv edilərək K.Y.Fərəcova adına X5 Publik Hüquqi şəxs yaradıldıqdan sonra X14 öz xahişi ilə K.Y.Fərəcova adına X5 Publik Hüquqi şəxslə xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlayaraq, 8-dərəcəli Loqoped vəzifəsinə 332 manat vəzifə maaşı, 300 manat həvəsləndirməyə görə, 49,80 manat zərərli işə görə, cəmi 681,80 manat əmək haqqı alıdı. X14 8-dərəcəli Loqoped vəzifəsinə qəbul etməklərinə səbəb K.Y.Fərəcova adına X5 Publik Hüquqi şəxsdən yuxarı təşkilat olan Azərbaycan Respublikası İcbari Tibbi sığorta X30 xx.xx.2021-ci il tarixli, PHŞ/1-2-2021-31695 nömrəli göstərişli məktubu olmuşdur. Həmin məktubda göstərilmişdir ki, K.Y.Fərəcova adına X5 Publik Hüquqi şəxsin 2021-ci il tarixli ştat cədvəlində loqoped vəzifəsi üzrə əməyin ödəniş dərəcəsi 8-ci dərəcə olaraq müəyyən edilmişdir. Bundan görünür ki, 1-cisi tərəflərin razılığı ilə 8 dərəcə ilə əmək müqaviləsi bağlanmışdır. 2-cisi X14 əvvəlki əmək haqqısı cəmi 431,25 manat idi. İndiki əmək haqqısı əvvəlki əmək haqqısından 250,55 manat artıq olaraq 681,80 manat olmuşdur. 3-cüsü X23 Azərbaycan Respublikası İcbari Tibbi sığorta X26 şikayət edib, K.Y.Fərəcova adına X5 Publik Hüquqi şəxsindən yox. 4-cüsü yuxarı təşkilat olan Azərbaycan Respublikası İcbari Tibbi sığorta X30 xx.xx.2021-ci il tarixli, PHŞ/1-2-2021-31695 nömrəli göstərişli məktubuna əsasən X23 ilə loqoped vəzifəsi üzrə 8-ci dərəcə üzrə əmək müqaviləsi bağlanmışdır. DƏMX xx.xx.2021-ci il tarixli MN ******* nömrəli qərarı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidməti tərəfindən ona və ya K.Y.Fərəcova adına X5 Publik Hüquqi şəxsə göndərilməmişdir. Qərarın ona verilməsi barədə müraciətinə əsasən xx.xx.2022-ci il tarixli məktubda göstərilib ki, guya qərarı onlara xx.xx.2021-ci il tarixdə verilibdir. Lakin onlara DƏMX xx.xx.2021-ci il tarixli MN ******* nömrəli qərarı gəlməyibdir. DƏMX xx.xx.2021-ci il tarixli MN ******* nömrəli qərarı xx.xx.2022-ci il tarixdə Nərimanov rayon İcra şəbəsindən almışdırlar. Məhkəmə baxışı zamanı şikayət vermiş K.Y.Fərəcova adına X5 Publik Hüquqi şəxsinin direktoru X10 nümayəndəsi və vəkili X24 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və müvafiq inzibati qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş orqanın nümayəndəsi X25 bildirmişdir ki, inzibati xəta haqqında icraat X21 müraciəti ilə başlanmışdır. O, qərarın qanuni olmasını bildirərək məhkəmədən şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxsləri dinləyərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 29 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, K.Y.Fərəcova adına X5 Publik Hüquqi şəxsinin direktoru X18 tərəfindən X4 ixtisas dərəcəsi əsassız olaraq aşağı salınması nəticəsində əmək haqqısı azaldığından 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, X23 işdən azad olunmağını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş əmək kitabçasının müvafiq vərəqinin surətindən görünür ki, X6 Məcəlləsinin 68-ci maddəsinin 2 A bəndinə əsasən öz xahişi ilə xx.xx.2021ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir.işdən azad olunmağını xahiş etmişdir. İş materiallarında olan X5 Publik Hüquqi şəxsinin direktoru X11 ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, X23 X2 X20 8-ci dərəcə üzrə 332 manat və ağır zərərli işə görə 15% əlavə əmək haqqı ilə işə qəbul olunmağına göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən X19 ünvanlanmış 26 noyabr 2021-ci il tarixli məktubdan görünür ki, K.Y.Fərəcova adına X5 Publik Hüquqi şəxsin 2021-ci il ştat cədvəlində loqoped vəzifəsi üzrə əməyin ödəniş dərəcəsi 8-ci dərəcə olaraq müəyyən edilmişdir. İş materiallarında olan K.Y.Fərəcova adına X5 üzrə 18 oktyabr 2021-ci il tarixli 148-K- N li Əmrdən görünür ki, X2 6 saylı X31, Uşaq Bərpa və Müalicə Mərkəzinin, X16 işçiləri daxil əmək müqavilələrinə xitam verilsin, sonradan K.Y.Fərəcova adına X5 işə qəbul edilsin. Həmçinin iş materiallarında olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən K.Y.Fərəcova adına X5 Publik Hüquqi şəxsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Agentlik tərəfindən loqoped vəzifəsi üzrə əməyin ödəniş dərəcəsi müəyyən olunarkən müvafiq vəzifədə çalışan işçilərin təhsil və pedaqoji staj göstəriciləri onlara məlum olmadığından X39 kitabçasına əsasən loqoped vəzifəsi üzrə 8-ci dərəcə müəyyən olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 və 69-cu maddələri əmək müqaviləsinə xitam verilməsinin əsaslarını və əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydasını müəyyən edir. Həmin Məcəllənin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X23 xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən K.Y.Fərəcova adına X1 işlədiyi loqoped vəzifəsindən AR ƏM-nin 68-ci maddəsinə əsasən işdən azad edilmişdir (onun əmək müqaviləsinə xitam verilmişdir). X3 ərizə ilə qoşulma yolu ilə yenidən təşkil edilmiş K.Y.Fərəcova adına X5 Publik Hüquqi şəxsin direktoru A.Musayevə müraciət edərək İnstitutunun X20 8-ci dərəcə üzrə 332 manat və ağır zərərli işə görə 15% əlavə əmək haqqı ilə işə qəbul olunmağına göstəriş verilməsini xahiş etmişdir. Qeyd edilənlərdən də göründüyü kimi E.Məhərrəmov barəsində olan əvvəlki əmək müqaviləsinə xitam verildikdən sonra onun öz ərizəsi əsasında onunla yeni əmək müqaviləsi bağlanaraq 8-dərəcəli loqoped vəzifəsinə işə qəbul edilmişdir. Belə olan halda inzibati tənbeh verilməsi haqqında qəbul edilmiş qərarda müəyyən edilmiş hallar yəni “X14 ixtisas dərəcəsi əsassız olaraq aşağı salınması və nəticədə onun əmək haqqı azaldılması” öz təsdiqini tapmır. Belə ki, sözügedən hal o vaxt baş verə bilərdi ki, şəxs eyni iş yerində işləyərdi və onun ixtisas dərəcəsi əsassız olaraq aşağı salınmış olardı, lakin hazırki halda iş materiallarından da görünür ki, işçi ərizə verərək əvvəkli işdən çıxmışdır və o, yenidən ərizə verərək yeni işə qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd olunan Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, K.Y.Fərəcova adına X5 Publik Hüquqi şəxsinin direktoru X10 əməlində inzibati xətanın tərkibi müəyyən olunmadığından onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidmətinin Rəis müavini X13 29 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 136-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. K.Y.Fərəcova adına X5 Publik Hüquqi şəxsi-nin direktoru X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidmətinin Rəis müavini X13 29 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-3243/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3243/2022
22.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver