Məhkəmə qərarları › İş №3(004)-3243/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3243/2025

29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3243/2025 29.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, İnzibati xəta haqqında protokolu müdafiə edən şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 2-ci ərazi X6 İdarəsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X5 iştirakları ilə, Şəxs MMMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 2-ci ərazi X6 İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMMC barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 2-ci ərazi X6 İdarəsi tərəfindən tərtib edilmiş 08 may 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 06 may 2025-ci il - 08 may 2025-ci il tarixlərdə yaşayış binasında keçirilmiş yanğın-texniki müayinə zamanı yaşayış binasında “X1” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinin 6-cı bəndinin tələblərini pozulduğu faktı aşkar olunmuşdur. Nəticədə Şəxs MMMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 2-ci ərazi X6 İdarəsinin nümayəndəsi X4 protokolu müdafiə edərək onun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs MMMC-yə məxsus yaşayış binasında yoxlama aparılmiş və yanğın təhlükəsizliyi tələblərinə əməl olunmaması müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMMC barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMMCnin nümayəndəsi X8 bildirmişdir ki, 08 may 2025-ci il tarixli “Yanğın texniki müayinə” aktında qeyd edilənlər düzdür, lakin həmin yoxlama anonim şikayət əsasından keçirilib. Bu səbəbdən inzibati xəta haqqında protokola etiraz edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını dinləyib, tərəflərin məhkəməyə təqdim etdiyi sənədləri tədqiq edib, material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan: 08 may 2025-ci il tarixli “Yanğın texniki müayinə” aktından və fotoşəkillərdən görünür ki, müayinə zamanı aşkar olunmuşdur ki, Yaşayış binası 14 mərtəbəli olmaqla, 2 əsas girişdən, - 1 vǝ -2 zirzəmili və (avtodayanacaq) mərtəbədən ibarətdir; Yaşayış binasının -1 mərtəbəsindən binanın sərnişin liftinə gedən yol qanunsuz zəbt olunaraq jalüz materiallarla bağlanılmış və lift istifadəyə yararsız vəziyyətə salınmışdır; - Yaşayış binasının -1 mərtəbəsinin təxliyyə yolunun pilləkən qəfəsinin alt hissəsi layihədən kənar işlər görülərək hörülmüşdür; - Yaşayış binasının -2 mərtəbəsinin bir çox sütunlar arası məsafəsi layihədən kənar yüngül konstruksiya ilə bağlanılmış, avtoyuma məntəqəsi inşa edilmiş, əlavə otaqlar yaradılmışdır; - Yaşayış binasının -2 mərtəbəsindən həmin binanın ehtiyyat təxliyyə yoluna gedən hərəkət hörülərək tamamilə məhdudlaşdırılmışdır; Yaşayış binasının -2 mərtəbəsindən binanın sərnişin liftinə gedən yol məhdudlaşdırılmışdır; 1 Yaşayış binasının mərtəbələri yanğın zamanı insanların vaxtında xəbərdar edilməsi üçün avtomatik yanğın xəbərverici siqnalizasiya sistemləri ilə tam təmin edilməmiş, mövcud qurğulara ixtisaslaşdırılmış lisenziyası olan təşkilatlar tərəfindən texniki baxış keçirilməmişdir; Yaşayış binası ilkin yanğınsöndürmə alət və ləvazimatlarla, eləcə də odsöndürən balonlarla tam təmin edilməmişdir; Binanın nasosxana otağının köçürmə yolları yanğın təhlükəsizliyi tələblərinə uyğun şəkildə saxlanılmamışdır. Belə ki, pilləkən qəfəsində insanların hərəkətinə maneə yaradan kənar əşyalarla tutulmuşdur. - Binanın daxili yanğına qarşı su kəmərinin su qidalandırıcıları, nasos stansiyaları, sprinkler qurğuları vaxtaşırı suyun buraxılması yolu ilə və ya ölçü-nəzarət aparatları vasitəsilə yoxlanılmamışdır (yanğına qarşı su təchizatının texniki vəziyyətini öz qüvvələri hesabına yoxlaya bilməyən müəssisələr isə bu işlərin aparılması üçün ixtisaslaşdırılmış təşkilatlarla müqavilə bağlamalıdırlar); Yaşayış binasında keçirilmiş yoxlama zamanı aşkar olunmuş layihədən kənar işlərin X1 Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 6-cı bəndinə əsasən (müəssisələrin, binaların, qurğuların və başqa obyektlərin tikintisinə, əsaslı təmirinə, yenidən qurulmasına, genişləndirilməsinə və yeni texnika ilə təchiz edilməsinə dair layihə-smeta və şəhərsalma sənədlərini yanğın tələblərinə əməl olunması baxımından təhlükəsizliyi nəzərdən keçirmək və razılaşdırmaq) razılaşdırılması təmin edilməmişdir. İş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, Şəxs MMMC tərəfindən yanğın təhlükəsizliyi tələblərinə əməl olunmaması müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 518.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 350 (üç yüz əlli) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar