Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-3249/2020 27.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov X1 inzibati xəta haqqında iş üzrə protokolundan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 inzibati xəta haqqında iş üzrə şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin DövlətYol Polisi İdarəsinin YPX inspektoru polis serjantı X4 onun barəsində yol hərəkəti qaydalarının pozuntusu faktı üzrə inzibati xəta haqqında protokol tərtib etməsi üzrə hərəkətlərinin əsassız və qeyri-qanuni olması, tərtib olunmuş İXP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolunun ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayətə baxılması qeyri-mümkündür, ona görə də geri qaytarılmalıdır. Belə ki, şikayətdən görünür ki, şikayətçi onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokoldan şikayət etmişdir və protokolun ləğv edilməsini xahiş edir. Barəsində şikayət edilən protokol əsasında qəbul edilmiş hər hansı bir qərar şikayətə əlavə edilməmişdir. İXM-in 129-cü maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edir. Yəni məhkəməyə İXM-in 129-cü maddəsinə əsasən şikayət verilirsə, qərar mövcud olmalıdır ki, şikayət verilə bilsin və məhkəmə həmin qərardan şikayətə baxa bilsin. İXM-in 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həll edilən məsələlərdən biri də İXM-in 132.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olub-olmamasını yoxlamaqdır. Bununla da protokoldan şikayətə baxmaq məhkəmənin səlahiyyətinə aid deyildir. Həmçinin şikayətdə qoyulmuş tələbə, yəni protokoldan şikayətə şikayət qaydasında baxmaq üçün İXM-də digər bir orqan da nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən hazırkı şikayətə baxılması mümkün olmadığından, şikayət geri qaytarılmalıdır. Həmçinin İXM-in 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ya fərdi identifikasiya kartıdır. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Ona görə də həmin protokol üzrə qəbul edilmiş qərardan narazı qalındığı təqdirdə şəxs öz yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə şikayətlə müraciət etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrinə əsasən, QƏRARA ALDİ: X1 inzibati xəta haqqında iş üzrə protokoldan verdiyi şikayətvə əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-3249/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-3249/2020
27.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver