Məhkəmə qərarları › İş №3(004)-3249/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3249/2025

18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3249/2025 18.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 iclas katibliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, X1 inzibati xəta haqqında iş üzrə xx.xx.2025-ci il tarixli qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən MN ******* saylı, xx.xx.2025-ci il tarixli qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyinə istinad edərək 6000 (dörd min) manat məbləğində inzibati qaydada cərimə edilməyi haqqında xx.xx.2025-ci il tarixli MN ******* № li inzibati tənbeh vermə haqqında qərar çıxarmışdır. Aşağıdakılara əsasən AR ETSN 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən çıxarılmış xx.xx.2025-ci il tarixli MN ******* № li inzibati tənbeh vermə haqqında qərarı tamamilə qeyri-qanuni və əsassız hesab edir. Məhkəmənin diqqətinə çatdırır ki, AR ETSN 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qərar xx.xx.2025-ci il tarixində çıxarılmasına baxmayaraq o, qərarı 10 may 2025-ci il tarixində poçt vasitəsi ilə almışdır. Qeyd etmək istəyir ki, o, AR İXM-nin 253.3.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. AR ETSN 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi araşdırmanı AR İXM-nin inzibati araşdırma aparılması qaydalarının kobud şəkildə pozulması ilə aparmışdır. İşdə olan materiallarından da açıq-aşkar surətdə görünür ki, araşdırma tamamilə formal xarakterli və qeyri-obyektiv aparılmış, AR ETSN 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi qanunun tələblərini deyil öz subyektiv fikirləri və maraqları əsas tutmaqla qərar çıxarmışdır. Belə ki, onun istinad edilən inzibati xəta törətməyini sübut edən hər hansı bir sübut olmadığı halda AR ETSN 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi onun AR İXM-nin 253.3.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyinə istinad edərək onun 6000 (dörd min) manat məbləğində inzibati qaydada cərimə edilməyi haqqında qərar çıxarmışdır. Halbuki AR İXM-nin 8.2-ci maddəsinin tələblərinə əsasən inzibati xətanın törədilməsi ilə bağlı sübutetmə yükü qərar çıxarmış inzibati orqanın üzərinə düşür. Lakin AR ETSN 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi onun AR İXM-nin 253.3.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyini təsdiq edən hər hansı bir sübut olmadığı halda onu cərimə etmişdir. Həmçinin məhkəmənin diqqətinə çatdırır ki, AR ETSN 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi onun rəhbəri olduğu "xxxx" MMC barəsində eyni məsələ ilə bağlı 04 mart 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək qərar qəbul edilməsi üçün Bakı şəhəri Yasamal rayon məhkəməsinə göndərmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsi isə 3(004)-1565/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarı ilə həmin inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. Bu qərar isə eyni məsələ barəsində olmaqla qeyd edilən qərardan doqquz gün sonra çıxarılmışdır. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, AR ETSN 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* № li inzibati tənbeh vermə haqqında qərarı qüvvədə olan AR İXM-nin tələblərinin və yuxarıda qeyd edilən maddələrinin kobud şəkildə pozulması ilə çıxarıldığından, tamamilə qeyri-qanuni və əsassız olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. AR ETSN 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* № li inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Bildirdi ki, şikayətdə qeyd edilən qərardan şikayət verilmiş, Bakı Apellyasiya Məhkəməsində həmin qərar ləğv edilmiş və "xxxx" MMC inzibati qaydada cərimə edilmişdir. Həmin qərarın hazırki işdə preyudisial əhəmiyyəti var. Şikayətçi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona həm rəsmi məktubla, həm də şikayət vermiş şəxsin şikayətində göstərdiyi mobil telefon nömrəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, bu barədə SMS xəbərdarlığının AZEMİS vasitəsilə göndərilməsinə dair bildirişi vasitəsilə təyin edilmiş iclas barədə xəbərdar edilmiş, xəbərdarlıq telefon sahibi tərəfindən qəbul edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarına əsasən Yasamal rayonu, Bakı Dairəvi olu 147/1 ünvanında “Azoil” yanacaq doldurma məntəqəsinin reklam lövhəsinin qarşısında maqistral avtomobil yolunun mühafizə zolağında 1 ədəd köküstə yaş 26 sm-lik şam ağacının məhv edilməsinə görə hüquqi şəxs "xxxx" MMC-nin direktoru X5 İXM-in 253.3.2-ci maddəsi ilə təqsirli bilinib 6000 manat cərimə edilmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, vəzifəli şəxs kimi X5 barəsində qəbul edilmiş qərar üzrə inzibati xəta hadisəsinin mövcudluğu artıq təsdiq edilmişdir, həmin xətaya görə həmin şəxs də inzibati məsuliyyət daşıyır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-1565/2025 saylı, 24 aprel 2025-ci il tarixli qərarına əsasən "xxxx" MMC barəsində başlanılmış inzibati xəta haqqında işə üzrə icraata xitam verilmişdir. Həmin qərardan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin 3(103)-1483/2025 saylı, 12 iyun 2025-ci il tarixli qərarına əsasən apellyasiya şikayəti təmin edilmiş, "xxxx" MMC barəsində başlanılmış inzibati xəta haqqında işə üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-1565/2025 saylı, 24 aprel 2025-ci il tarixli qərarı ləğv edilmiş və "xxxx" MMC AR İXM-nin 253.3.2-ci maddəsi ilə təqsirli bilinərək 40000 (qırx min) manat məbləğində cərimə edilmişdir. Qərar elan edildiyi andan qanuni qüvvəyə minmişdir. Bununla da artıq barəsində şikayət verilmiş qərarda göstərilən inzibati xəta hadisəsinin mövcudluğu və törədilməsi təsdiq edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, xx.xx.2025-ci il tarixli qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar