Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3250/2025 30.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X13 iclas katibliyi ilə, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə, X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X19 şikayətlə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 17 aprel 2025-ci il tarixində, özünü Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı kimi təqdim edən, lakin xidməti vəsiqə təqdim etməyən bir qadın əlində fotoaparatla onun obyektinə zorla daxil olmuşdur. Həmin şəxs obyektin müştərilərin olduğu sahəsinə heç bir xəbərdarlıq və rəsmi sənəd təqdim etmədən daxil olaraq fotoçəkiliş aparmış, etik normaları və sahibkar hüquqlarını pozmuşdur. Qeyd olunan "yoxlama" aparılarkən qanunvericiliklə müəyyən edilmiş bu tələblərin heç biri yerinə yetirilməmişdir. Müvafiq qərar təqdim olunmamış, onun iştirakı olmadan və rəsmi prosedurlara əməl edilmədən həyata keçirilmişdir. Əməkdaşlara yoxlamanın hüquqi əsasları izah edilməmiş, yoxlayıcı şəxslər özlərini təqdim etməmiş, xidməti vəsiqə təqdim etməmiş, obyektə zorla daxil olmuş və etik davranış qaydalarını pozmuşlar. Nəticədə, barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekpertiza Mərkəzinin mütəxəssisi tərəfindən MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. X17 tərəfindən tərtib edildiyi göstərilsə də, həmin şəxsin yoxlama zamanı obyektə daxil olması sübuta yetirilməmişdir. Əksinə, bütün prosesi faktiki olaraq təqdimatsız bir qadın icra etmişdir. Qeyd etmişdir ki, yoxlama 17 aprel 2025-ci il tarixində aparılsa da, protokolun 04 aprel tarixində göndərildiyi qeyd olunmuşdur ki, bu da açıq uyğunsuzluqdur. Faktiki olaraq, o bu sənədləri yalnız Yasamal rayonu, Hüseyn Cavid küçəsində yerləşən 2 saylı poçt filialının 73 saylı poçt şöbəsindən 13 may 2025-ci il tarixində təsadüfən əldə etmişdir. Bu da bir daha göstərir ki, təqdim etmə prosesi formal xarakterli, hüquqi baxımdan isə etibarsız olmuşdur. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək xx.xx.2025ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə şikayətin əsassız hesab edilərək təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X11” X22 “Plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli 3-28-1/3-2- 351/2025 saylı qərarından görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən X6 Bakı şəhəri, Yasamal rayonu, Ş.Qurbanov, Zərgərpalan və Ş.Əzizbəyov küçələrinin kəsişməsində yerləşən özəl tibb təşkilatı obyektində xx.xx.2025 – xx.xx.2025-ci il tarixlərdə plandankənar yoxlama aparılması qərara alınmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X11 tərəfindən plandankənar yoxlamanın keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli 3-28-1/3-2-351/2025 saylı Qərar əsasında X6 Bakı şəhəri, Yasamal rayonu, Ş.Qurbanov, Zərgərpalan və Ş.Əzizbəyov küçələrinin kəsişməsində yerləşən özəl tibb təşkilatı obyektində aparılacaq plandankənar yoxlama barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. Plandankənar yoxlamanın təyin edilməsi üçün əsas - insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olması, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayılması olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 Xətalar Məcəlləsinin 210.1-ci maddəsilə 5000 manat cərimə edilmişdir ondan ötrü ki, vəzifəli şəxs olaraq xx.xx.2024-cü ildə Bakı şəhəri, Yasamal rayonu, Ş.Qurbanov, Zərgərpalan və Ş.Əzizbəyov küçələrinin kəsişməsində yerləşən özəl tibb təşkilatı obyektində lisenziya olmadan özəl tibbi fəaliyyətlə (kosmetoloji) məşğul olmuşdur. 17 aprel 2025-ci il tarixli, T-122 nömrəli “Özəl tibb müəssisənin plandankənar (növbədənkənar) yoxlama aktı”-ndan görünür ki, yoxlamadan müəyyən olunmuşdur ki, “SER ACADEMY” (X8) tərəfindən lisenziya olmadan tibbi fəaliyyət növü hesab olunan kosmetoloji fəaliyyətlə məşğul olunur. xx.xx.2025-ci il tarixində müraciətə əsasən plandankənar (növbədənkənar) yoxlama açılaraq Bakı şəhəri, Yasamal rayonu, Ş.Qurbanov, Zərgərpalan və Ş.Əzizbəyov küçələrinin kəsişməsi ünvanında yerləşən “Nizami Mall”-un 3-cü mətrəbəsində “SER ACADEMY” adlı müəssisəyə gedilmişdir. Baxış zamanı X7 məxsus obyekt bağlı olmuş, lakin həmin fəaliyyət ünvanından bağlı obyektin yaxınlığında kosmetoloji (lazer epilyasiyası) iş və fəaliyyyətlə məşğul olan digər sahibkarlıq subyekti aşkar edilmişdir. 17 aprel 2025-ci il tarixli, T-122A nömrəli “Özəl tibb müəssisənin plandankənar (növbədənkənar) yoxlama aktı”-ndan görünür ki, yoxlamadan müəyyən olunmuşdur ki, “SER ACADEMY” (X19) tərəfindən lisenziya olmadan tibbi fəaliyyət növü hesab olunan kosmetoloji fəaliyyətlə məşğul olunur. xx.xx.2025-ci il tarixində müraciətə əsasən plandankənar (növbədənkənar) yoxlama zamanı Bakı şəhəri, Yasamal rayonu, Ş.Qurbanov, Zərgərpalan və Ş.Əzizbəyov küçələrinin kəsişməsi ünvanda yerləşən “Nizami Mall”-un 3-cü mətrəbəsində “SER ACADEMY” adlı gözəllik salonunda fakt üzərindən X14 məxsus kabinetdə X1 (lazer epilyasiyası) iş və fəaliyyətlə məşğul olma faktı aşkar edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X19 barəsində inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. X10 tibbi fəaliyyət növü hesab olunan kosmetoloji fəaliyyətlə lisenziya olmadan məşğul olması ilə bağlı müraciət əsasında yoxlama qanunun tələblərinin pozulması ilə aparıldığından həmin yoxlamanın hüquqi nəticəsi yoxdur, bu cür yoxlamanın gedişində aşkar edilmiş qanun pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci bəndinə görə bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Belə ki, cari iş üzrə müvafiq dövlət orqanının və ya müvafiq icra hakimiyyəti orqanının qanuni qərarı olmadan yoxlama aparılmışdır. Sahibkarlıq subyektlərinin fəaliyyətinə müdaxilə edən yoxlamalar yalnız müvafiq dövlət orqanının və ya müvafiq icra hakimiyyəti orqanının qanuni qərarı əsasında aparılmalıdır. “Plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli 3-28-1/3-2-351/2025 saylı qərarda yoxlanılacaq sahibkarın adı X9 qeyd olunmuşdur, halbuki xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar X19 barəsində qəbul olunmuşdur. Yoxlama qərarla təsdiqlənmiş konkret obyekt üzrə aparılmalıdır. Qərarda göstərilməyən və əlaqəsi olmayan bir obyektdə və həmçinin müvafiq obyekt üzrə səlahiyyətsiz yoxlama aparılması bu yoxlamanı qanunsuz edir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2026-cı il yanvarın 01-dək dayandırılır. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.6-ci bəndinə görə plandankənar (növbədənkənar) yoxlama - yoxlamaların bu Qanunla müəyyənləşdirilmiş dövriliyi nəzərə alınmadan bu Qanunun 16-cı maddəsində göstərilən əsaslarla aparılan yoxlamadır. 3.1-ci bəndinə görə yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2-ci bəndinə görə bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 14.1-ci bəndinə görə yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır. 16.1-ci maddəsinə görə bu Qanunun 16.8-ci maddəsinin müddəaları nəzərə alınmaqla plandankənar (növbədənkənar) yoxlama aşağıdakı hallarda aparılır: 16.1.1. sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların və ya onların nəticələrinin müəyyən edilmiş müddət ərzində aradan qaldırılmasına dair bu Qanunun 33.2.2-33.2.4- cü maddələrinə əsasən çıxarılmış qərarın yerinə yetirilməsi haqqında sahibkar tərəfindən yoxlayıcı orqana məlumat verilmədikdə və ya verilmiş məlumatın yanlış olduğu müəyyən edildikdə; 16.1.2. bu Qanunun 29.2-ci maddəsinə uyğun sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirlərin tətbiqi (təkrar tətbiqi) barədə qərarın icra vəziyyəti yoxlanıldıqda; 16.1.3. insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda; 16.1.4. sahibkar plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə yoxlayıcı orqana müraciət etdikdə. 16.4-cü bəndinə görə bu Qanunun 16.1.3-cü maddəsinə əsasən aparılan plandankənar (növbədənkənar) yoxlama zamanı yalnız həmin maddədə göstərilən şəxslərin rəsmi müraciətlərində göstərilən və ya kütləvi informasiya vasitələrində yayılan sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərin pozulması faktları yoxlanılır. 16.7-ci bəndinə görə bu Qanunun 16.1.3-cü maddəsinə uyğun olaraq plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə qərar qəbul edilərkən aşağıdakı amillər kompleks şəklində təhlil edilərək nəzərə alınır: 16.7.1. müraciət edən şəxsin əqli sağlamlığı, əvvəlki müraciətlərin doğruluğu; 16.7.2. eyni sahibkar barədə müxtəlif şəxslər tərəfindən müraciətlərin daxil olması; 16.7.3. daxil olmuş müraciətlərdə göstərilən faktların insan həyatı və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratması və ya mühüm zərər vurması dərəcəsi; 16.7.4. yoxlanılması tələb edilən sahibkarın bu Qanunun 5.1-ci maddəsində göstərilən məcburi tələblərə əməl etmə vəziyyəti. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə hesab edir ki, şikayət təmin edilməli, X4 barəsində İXM-nin 210.1-ci maddəsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 barəsində İXM-nin 210.1-ci maddəsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-3250/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3250/2025
30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver