Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3253/2025 26.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X3 iclas katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, ev 44 ünvanında olan Şəxs SC Azərbaycan Respublikasındakı nümayəndəliyi (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs SC Azərbaycan Respublikasındakı nümayəndəliyinin (VÖEN: **********) ünvanına göndərilən mallar 06 mart 2025-ci il tarixdə **********4957 sorğu nömrəli gömrük bəyannaməsi ilə Baş İdarədə rəsmiləşdirilmişdir. Rəsmiləşdirilmə zamanı müəyyən olunmuşdur ki, Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən tərtib olunan **********4957 sorğu nömrəli gömrük bəyannaməsi gömrük orqanına vaxtında təqdim edilməmişdir. Belə ki, Almaniyada fəaliyyət göstərən “Şəxs şirkəti tərəfindən hüquqi şəxs Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ünvanına göndərilən “dərman vasitələri” adlı mallar xx.xx.2025-ci il tarixdə saat 15:02-də "Logistika Mərkəzi" gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisində idxal gömrük prosedurunda gətirilmişdir. Şirkət tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsində xx.xx.2025-ci il tarixdə **********4957 sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilmiş və sözügedən mallar rəsmiləşdirilmişdir. Bununla da o, İXM-in 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2025-ci il tarixli, № 00800-00561/** EP ***3881 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X2 məhkəmə iclasında bildirmişdir ki, malların rəsmiləşdirilməsi üçün tələb olunan sənədlərin alınmasında gecikmə yaranmışdır, ona görə də sənədlər gömrük orqanına gec təqdim edilmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxs) nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs SC Azərbaycan Respublikasındakı nümayəndəliyinin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla, izahatla və iş materiallarına əlavə edilmiş yuxarıda qeyd edilən gömrük bəyənnaməsi ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs SC Azərbaycan Respublikasındakı nümayəndəliyi İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinərək 300 manat (üç yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-3253/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3253/2025
26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver