Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-3254/2022 05.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi ilə, Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsindən xx.xx.2022-ci il tarixdə daxil olmuş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixdə tərtib edilmiş MN ******* saylı protokola və əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəməyə təqdim edilmiş materialları araşdıraraq hesab edirəm ki, protokol düzgün tərtib edilməmiş, təqdim edilmiş materiallar natamam olmuşdur, işə baxılarkən tamamlanması mümkün deyil. Ona görə də protokol və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Belə ki, protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Yasamal rayonu, “İzmir parkı”ndan 3 ədəd lampanı oğurlamışdır. Nəticədə Şəxs təırəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokol 27-ci PB-nin sahə inspektoru X3 tərəfindən tərtib edilmişdir. İş materiallarından görünür ki, sahə inspektoru inzibati iş üzrə icraatı natamam şəkildə apararaq işi məhkəməyə təqdim etmişdir. PB-də aparılan inzibati icraat zamanı sahə inspektoru iş üzrə zərərçəkmiş şəxsi dəvət edərək izahatını almamış və zərərçəkmiş şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən şikayətçi olubolmamasını, onunla barışıb-barışmamasını, həmçinin dəymiş zərərin aradan qaldırılıbqaldırılmamasını müəyyən etməmişdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göründüyü kimi yuxarıda qeyd edilən hallar araşdırılmadan şəxs barəsində inzibati icraat başlanmışdır. Bundan əlavə işin mahiyyəti üzrə baxılması üçün kifayət qədər sübutlar toplanmamışdır. Belə ki, həmin protokol 27-ci PB-nin təhqiqatçısı Nəsimi Seyidzadənin qərarı əsasında tərtib edilmişdir. Lakin iş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 27-ci PB-nin təhqiqatçısı Nəsimi Seyidzadənin 04 iyul 2022-ci il tarixli qərarına əsasən X1 27-ci PB-nə ərizə ilə müraciəti araşdırılmış, araşdırma zamanı yalnız X1 izahatı alınmışdır. İş materialları və ona əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 04 iyul 2022-ci il tarixli qərar məhkəmə tərəfindən tədqiq edilərkən müəyyən edilmişdir ki, həm cinayət prosesini həyata keçirən orqana daxil olmuş cinayət xarakterli məlumat üzrə aparılan təhqiqat araşdırması zamanı, həm də inzibati xətalar haqqında iş üzrə icraat zamanı talama faktı bağlı ərizə vermiş şəxslərə baş vermiş hadisə nəticəsində mənəvi, fiziki və ya maddi zərər vurulub-vurulmaması, iş üzrə zərər çəkmiş şəxs qismində onların müraciət etmək üçün subyektiv hüquqlarının olub-olmaması nə Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı Nəsimi Seyidzadə, nə də inzibati xəta haqqında protokol tərtib edən səlahiyyətli vəzifəli şəxs olan həmin bölmənin polis sahə inspektoru X3 tərəfindən yoxlanılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, törədilmiş inzibati xəta nəticəsində X2 hər hansı bir mənəvi, fiziki və maddi zərər yetirilməmiş və onun iş üzrə zərər çəkmiş şəxs qismində tanınması üçün subyektiv hüququ mövcud olmamışdır. Beləliklə, inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs tərəfindən, o cümlədən faktla bağlı ilkin araşdırma aparmış təhqiqatçı tərəfindən iş üzrə həqiqi zərərçəkmiş şəxs müəyyənləşdirilməmiş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Bundan başqa məhkəməyə baxılması üçün təqdim edilmiş xx.xx.2022-ci il tarixdə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokolda zərər çəkmiş şəxs haqqında məlumatlar və törədilməsi ehtimal olunan inzibati xəta nəticəsində yetirilmiş maddi zərər barədə qeydlər göstərilməmiş, talama əməlinin obyekti olan nədən ibarət olması və onun dəyəri qanunvericiliklə müəyyən edilmiş qaydada müəyyənləşdirilməmiş, yəni onların dəyərinin müəyyən edilməsi ilə bağlı mütəxəssis və ya ekspert rəyi alınaraq iş materiallarına əlavə edilməmişdir. Odur ki, protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən yol verilmiş yuxarıda sadalanan nöqsanlar, eyni zamanda protokolun düzgün tərtib edilməməsi və ona əlavə edilmiş materialdakı natamamlıqlarla əlaqədar olaraq məhkəmə tərəfindən Şəxs inzibati məsuliyyətə cəlb edilib-edilməməsi və ya onun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsi üçün əsasların olub-olmaması məsələsinin həlli istiqamətində müəyyən nəticəyə gəlmək mümkün olmamışdır. İşə məhkəmədə baxılarkən isə qeyd olunan nöqsanlar və natamamlıqların aradan qaldırılması mümkün deyildir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 62-ci maddəsinə görə inzibati xəta nəticəsində mənəvi, fiziki və ya maddi zərər dəymiş şəxs zərər çəkmiş şəxs sayılır. İnzibati xəta haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır və həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 100.1.6-cı maddəsinə görə olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, 106.1.9-cu maddəsinə görə isə inzibati xətanın törədilməsi nəticəsində maddi zərər yetirilmişdirsə bu barədə qeydlər səlahiyyətli orqan tərəfindən tərtib edilən inzibati xəta haqqında protokolda göstərilməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar düzgün tərtib edilmədikdə, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Məhkəmə həmçinin hesab edir ki, Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçıları Nəsimi Seyidzadə tərəfindən qəbul edilmiş 04 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarların qanuniliyinin yoxlanılması, o cümlədən inzibati xətalar haqqında iş üzrə icraat zamanı yol verilmiş qanun pozuntularının vaxtında aradan qaldırılmasına nəzarətin təmin edilməsi məqsədilə məhkəmə tərəfindən qəbul edilmiş qərardadın surəti Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi, eyni zamanda Azərbaycan Respublikası İXM-nin 54-cü maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraat zamanı qanunların tətbiqinə və icrasına nəzarəti həyata keçirən Yasamal rayon prokuroruna məlumat üçün göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 100, 106-118-ci maddələrini rəhbər tutaraq, məhkəmə Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxsnın barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə geri qaytarılsın. Qəbul edilmiş qərardadın surəti məlumat üçün Yasamal rayon prokuroruna göndərilsin. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-3254/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-3254/2022
05.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver