Məhkəmə qərarları › İş №3(004)-3259/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-3259/2020

27.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-3259/2020 27.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədəAzərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin DövlətYol Polisi İdarəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2020-ci il tarixdə tərtib edilmiş İXP ******* saylı protokola və əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edirəm ki, protokol düzgün tərtib edilməmiş, təqdim edilmiş materiallar natamam olmuşdur, işə baxılarkən tamamlanması mümkün deyildir. 1) Belə ki, protokol onu tərtib etmiş şəxs tərəfindən imzalanmayıb. Halbuki, İXM-in 100.4-cü maddəsinə əsasən protokolu onu tərtib etmiş şəxs imzalamalıdır. 2) Bundan əlavə inzibati cərimə növündə qərar tənbeh edilmiş şəxsə kağız daşıyıcıda çap olunmaqla göndərilməli, cərimə qərarı barədə bu qaydada məlumatlandırılmalı, qərar həmin şəxsə göndərildikdən sonra 03 aylıq müddət gözlənilməklə, cərimə qərarı icra edilmədiyi təqdirdə İXM-in 529.3-cü maddəsi ilə protokol tərtib edilməlidir. Çünki şəxs bu qərardan məlumatı olmalıdır ki, həmin cəriməni ödəsin. Cərimə barədə məlumatı olmayan şəxs, həmin cəriməni ödəməməkdə təqsirləndirilə bilməz. Lakin cərimə edilmiş şəxsə 03 ay əvvəl cərimə qərarının göndərilməsinə dair iş materiallarına məktub əlavə edilməmişdir. İş materiallarına yalnız bir məktub əlavə edilmişdir, o da xx.xx.2020-ci il tarixli məktub olmuşdur, həmin məktubla şəxsə məlumat verilmişdir ki, onun barəsində İXM-nin 529.3-cü maddəsi ilə protokol tərtib edilib məhkəməyə göndərilmişdir. Ona görə də həmin məktub şəxsin cərimə qərarı barədə məlumatlandırılmasına dair sənəd kimi qəbul edilə bilməz. Həmin məktubdan 03 ay əvvəl şəxsə cərimə qərarının göndərilməsinə dair iş materiallarına hər hansı bir məktub (cərimə qərarı barədə məlumatlandırmaya dair) əlavə edilməmişdir. Cərimə qərarı barədə məlumatlandırma İXM-yə əsasən bu formada həyata keçirilməlidir, digər formada məlumatlandırma İXM-də müəyyən edilməmişdir. Belə ki, İXM-in 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. İXM-nin 127-ci maddəsinə əsasən həmin Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla, onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. İXM-nin 125-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə məlumatlandırma qaydası müəyyən edilmişdir. Həmin Məcəllənin 125.2-ci maddəsində digər qaydalarla yanaşı, həm də İXM-nin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş məlumatlandırma qaydası da müəyyən edilmişdir. Belə ki, İXM-nin 125.2.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. Hazırkı iş üzrə İXM-nin 529.3-cü maddəsi ilə protokol tərtib edilərkən İXM-nin 127-ci maddəsinin tələblərinə əməl edilməsi iş materialları ilə təsdiq edilmir, iş materiallarına belə bir sübut əlavə edilməmişdir. Yəni barəsində İXM-nin 529-cu maddəsi ilə protokol tərtib edilmiş şəxsin İXM-nin 125.2-ci maddədə nəzərdə tutulmuş hər hansı bir qaydada məlumatlandırılması, o cümlədən cərimə qərarının surətinin kağız daşıyıcıda ona İXM-nin 57-ci maddəsinə əsasən 3 ay əvvəl rəsmi qaydada verilməmişdir. Beləliklə də inzibati cərimə növündə inzibati tənbeh edilmiş şəxs həmin qərar barədə kağız daşıyıcıda çap olunmaqla İXM-in 57-ci maddəsinin tələblərinə əməl edilməklə məlumatlandırılmalı, belə məlumatlandırılma həyata keçirildikdən 3 aylıq müddət gözlənilməklə, cərimə qərarı icra edilmədiyi təqdirdə İXM-in 529.3-cü maddəsi ilə protokol tərtib edilməlidir. Beləliklə yuxarıda sadalanan nöqsanlara yol verilməklə protokol düzgün tərtib edilməmişdir. Protokolun məhkəməyə göndərilməsinə qədərki yuxarıda sadalanan nöqsanları işin məhkəmə hazırlıq və ya baxışı mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmçinin hazırkı iş üzrə İXM-nin 127-ci maddəsinin tələblərinə əməl edilməsini təsdiq edən sübut (3 ay əvvəl məlumatlandırmaya aid) iş materiallarına əlavə edilmədiyindin, təqdim edilmiş materiallar natamamdır. İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər, qərardadda göstərilənlərə əməl edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin DövlətYol Polisi İdarəsinə geri qaytarılsın. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar