Məhkəmə qərarları › İş №3(004)-3260/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-3260/2022

07.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-3260/2022 07.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu, X1 Bakı Şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, m ü ə y y ə n e t d i m: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati qərardan şikayət geri qaytarılmalıdır. Belə ki, X2 inzibati xəta haqqında protokolu və onun əsasında qəbul edilmiş qərarı şikayət ərizəsinə əlavə etməmişdir. Bundan əlavə məhkəməyə təqdim edilmiş qərardan şikayət X2 tərəfindən imzalanmamışdır. Buna görə də, Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarının həqiqətən də mövcud olmasını müyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Eyni zamanda məhkəmə izah edir ki, gələcəkdə məhkəməyə müraciət ediləcəyi halda şikayətin formasına riayət edilməsi, şikayət edilən qərarın və digər sənədlərin işə əlavə olunması zəruridir. Digər tərəfdən məhkəmə inzibati qəradan şikayət verən şəxsin nəzərinə çatdırır ki, barəsində qəbul edilmiş inzibati orqanın qərarından yaşayış yeri üzrə (əlavə ərizə təqdim etməklə) və ya xətanın baş verdiyi yer üzrə məhkəməyə verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, X1 Bakı Şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət imzalanmadığından və qərar əlavə olunmadığından ərizə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı m: X1 Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati protokoldan verdiyi şikayəti geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar