Məhkəmə qərarları › İş №3(004)-3261/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3261/2024

02.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3261/2024 02.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X5 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, Şikayət vermiş şəxs X1 Bakı şəhəri BPİ X14 İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, X1 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 07 iyun 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 07 iyun 2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il saat 22:20 radələrində Parlament prospektində onu YPX əməkdaşı Rza-zadə Təbriz saxlayaraq, idarə etdiyi avtomobilin xarici işıq cihazında led istifadə etdiyinə görə nəqliyyat vasitəsini Badamdarda yerləşən cərimə meydançasına aparılmağını tələb etmişdir. Qeyd etmişdir ki, hadisə yerində ona heç bir protokol yazılmamış və inspektor demişdir ki, sabah yaxınlaş Bakı şəhər DYPİ-nə. Yerindəcə nəqliyyat vasitəsində (Chevrolet Cruze 2015) faralarda led lampaların istifadəsində heç bir qadağanın olmadığını bildirmiş və faralarda reflektorun olduğunu, həmçinin faraları nizamlatdığını bildirmişdir. Buna baxmayaraq, maşın cərimə meydançasına heç bir əsas olmadan aparılmışdır. Qeyd etmişdir ki, halogen lampaları led lampalar əvəz edə bilər. Həmçinin nə İnzibati Xətalar Məcəlləsində, nə də YHQ-da "led qadağandır" deyə maddə yoxdur. Həmçinin YHQ AR-nın Qanuna 1 saylı əlavədə 3-cü bənddə aşkar qeyd edilib ki, "istehsaldan çıxarılmış nv-də başqa marka və modeldən olan nv-nin xarici işıq cihazlarının qurulmasına yol verilir. Bir daha qeyd edir ki, o, nəqliyyat vasitəsinə heç bir əlavə avadanlıq qoşmamış, ancaq halogen lampaları çıxarıb yerinə led lampalar qoymuşdur. xx.xx.2024-cü il tarixində Bakı şəhər DYPİ-də cənab X4 qəbulunda olmuş və o ona əslində 07 iyun hadisə yerində yazılması tələb olunan protokolu 08 iyunda yazmış və protokolda 07 iyun tarixi qeyd edilmişdir. Sənədə imza çəkməyini tələb etsə də, heç bir imza çəkməmişdir. Ona yazılan protokoldan (İXP6316624) şikayətçidir. Yazılan hər 2 maddə yanlışdır. Odur ki, göstərilənlərə əsasən TP ******* xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 şikayətin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, etibarnamə məsələsinə gəldikdə ilk növbədə demək istəyir ki, sözü gedən avtomobil yoldaşının adınadır və onların birgə nikah dövründə alınıb. Bu səbəbdən də onun bu avtomobili etibarnamə olmadan nikah haqqında şəhadətnamə ilə idarə etməyinə heç bir əngəl yoxdur. Bunu düşünərək o, YPX əməkdaşına həmin şəhadətnəni göstərərək məsələni izah etmiş, lakin polis əməkdaşı bunu qəbul etməmişdir. Həmçinin bildirir ki, onun etibarnaməsi də mövcuddur. O, İtaliya ərazisində səfərdə olarkən bütün sənədləri orada itdiyindən həmin ölkənin səlahiyyətli qurumundan arayış alaraq, şəxsiyyət vəsiqəsini və digər sənədlərini Azərbaycana qayıtdıqdan sonra yenidən almışdır. Ona yazılan protokoldan şikayətçidir. Yazılan hər 2 maddə yanlışdır. Ona görə də inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri BPİ X14 İdarəsinin nümayəndəsi X7 izahatında bildirmişdir ki, ilk öncə protokolda qeyd olunan İXM-nin 332.1-ci maddəsi ilə bağlı onu qeyd etmişdir ki, bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarı mövcuddur. Qərarda qeyd olunur ki, ər-arvadın nikah dövründə əldə etdikləri nəqliyyat vasitəsinin nikah haqqında şəhadətnamə əsasında idarə olunması məsələsi ilə bağlı qeyd edilməlidir ki, nikah haqqında şəhadətnamə ərlə-arvadın mülkiyyətinin hansı hüquqi rejimə aid olduğunu müəyyən etmir. Bu sənəd Ailə Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq, yalnız nikahın bağlanması haqqında qeyd aparıldıqda verilir və tərəflər arasında nikah münasibətlərinin olmasını təsdiqləyir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndinə əsasən isə ər-arvadın nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnamənin olmadığı halda, nəqliyyat vasitəsi idarə edilərkən etibarnamənin olması tələb olunur. Digər məsələ ilə bağlı isə onu qeyd etmişdir ki, “Yol hərəkəti haqqında” qanunda qeyd olunur ki, xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmalıdır. Normativ tələblərə uyğun gəlməyən lampalardan istifadə olunması qadağandır və yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Bununla bağlı çoxsaylı məhkəmə qərarları mövcuddur. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, X6 barəsində AR İXM-nin 332.1 və 342.2.2-ci maddələri ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 07 iyun 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati təbheh vermə haqqında 07 iyun 2024-cü il tarixli, TP ******* nömrəli qərardan görünür ki, X6 xx.xx.2024-cü il tarixində, saat 22:20-də CHEVROLET CRUZE MİNİK markalı, 77BK249 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 342.2.2-ci maddələri ilə təqsirli bilinərək barəsində 150 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. “Nəqliyyat vasitələrinin zədələnməsi barədə” 08 mart 2024-cü il tarixli, 008983 nömrəli arayışdan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 məxsus CHEVROLET CRUZE markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol tərəfi əzilmişdir. “Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair” 23 may 2023-cü il tarixli, 7E-4356 nömrəli etibarnamədən görünür ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi X8 CHEVROLET CRUZE MİNİK markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün X2 (Sürücülük vəsiqəsinin seriya nömrəsi BA070583) etibar etmiş, etibarnamə 9 il 11 ay 29 gün müddətinə yəni xx.xx.2033-cü il saat 23:59-dək qüvvədədir. X2 məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, sürücülük vəsiqəsi seriya nömrəsi BB713716 olmuşdur. 14 fevral 2023-cü il tarixli, 7E-1658 nömrəli etibarnamədən görünür ki, X8 tərəfindən həmin etibarnamə ilə onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən:almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək,icarəyə, kirayəyə verməyi, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdlər bağlamağı, ləğv etməyi, bu əqdlər üzrə haqq-hesab aparmağı, miras qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən poçtdan və teleqrafdan bütün əsaslar üzrə mənə çatası əmlakı, qiymətli kağızları, eləcə də sənədləri almağı, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, qeydiyyat şöbələrində, DƏDRX-nın müvafiq ərazi idarələrində, Sığorta şirkətlərində, DİN, BDYPİ-nin müvafiq qurumlarında, Gömrük orqanlarında nümayəndə olmağı, adına nəqliyyat vasitəsini almağı, qəbul etməyi, dövlət nömrə nişanı almağı, sənədləşmə işlərini aparmağı, müqaviləni və lazimı sənədləri təqdim etməyi, mənə çatası çıxarışı, texniki pasportu, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, arayış forma №1, forma № 2 almağı, aldığına dair imza etməyi, notariat ofislərində ərizə verməyi işləri aparmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi X2 etibar etmişdir. Səlahiyyətli orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş video-görüntüyə baxış zamanı CHEVROLET CRUZE MİNİK markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin işıq cihazları led lampaları ilə təchiz edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin 1-ci bəndində qeyd olunur ki, sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, bu Qanunun 6-1-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş daşımaları həyata keçirən nəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnaməni (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda), nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına dair” 24 iyul 2023-cü il tarixli Plenum qərarına əsasən Ər-arvadın nikah dövründə əldə etdikləri nəqliyyat vasitəsinin nikah haqqında şəhadətnamə əsasında idarə olunması məsələsi ilə bağlı qeyd edilməlidir ki, nikah haqqında şəhadətnamə ərləarvadın mülkiyyətinin hansı hüquqi rejimə aid olduğunu müəyyən etmir. Bu sənəd Ailə Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq, yalnız nikahın bağlanması haqqında qeyd aparıldıqda verilir və tərəflər arasında nikah münasibətlərinin olmasını təsdiqləyir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı hallarda, nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi (ərarvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) həmin Məcəllənin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi, nəqliyyat vasitəsinin mülkiyyətçisi X8 CHEVROLET CRUZE MİNİK markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün X2 xx.xx.2023-cü il tarixli etibarnaməsi onun keçmiş (BA070583) sürücülük vəsiqəsinə aid edildiyindən, Ə.Tağızadənin yeni xx.xx.2023-cü il tarixli (BB713716) sürücülük vəsiqəsinə münasibətdə etibarlı olmamışdır. Həmçinin nikah haqqında şəhadətnamə yox CHEVROLET CRUZE MİNİK markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin birgə mülkiyyətdə olmasını təsdiq edən şəhadətnamə olduqda ər-arvad arasında etibarnamə olmaya bilərdi. Bundan əlavə qeyd etmək lazımdır ki, xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmalıdır. Lakin avtomobilin işıq cihazları yerinə halogen lampaları çıxarıb yerinə led lampalar qoymuşdur ki, buda kəskin şəkildə fərqlənərək standartlara uyğun olmamışdır (video-görüntüdən aydın olduğu kimi). Beləliklə, məhkəmə hesab edir ki, verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, X6 barəsində AR İXM-nin 332.1 və 342.2.2-ci maddələri ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 07 iyun 2024-cü il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 342.2.2-ci ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 07 iyun 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar