Məhkəmə qərarları › İş №3(004)-3266/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3266/2022

19.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3266/2022 19.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Bakı şəhər DYPİ-nin TP ******* nömrəli xx.xx.2022-ci il tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X5 Bakı şəhər DYPİ-nin TP ******* nömrəli xx.xx.2022-ci il tarixli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixdə səhər saat təxminən 07:30 radələrində Yasamal rayon A.Salamzadə küçəsində DYP əməkdaşı onu saxlamış, ona içkili olduğunu bildirmiş və protokol yazmışdır. O həmin gün həkimdən sərxoş olmadığı barədə sənəd almışdır. DYP sənədləri Yasamal rayon Məhkəməsinə göndərmiş və onların şikayətinə baxılmayıb sənədlər DYP-ə göndərilmişdir. Onlar da özbaşına mənim sərxoş olmağım haqda protokol tərtib elədilər. 5 bal 360 manat cərimə olunmuşdur. Bakı şəhər DYPİ-nin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli X6 haqqında Qərar əsassızdır, ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X5 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqanın nümayəndəsi X4 qərarı müdafiə edərək, şəxsin qərarda göstərilən inzibati xətaları törətməsinin işdə olan materiallarla sübut edilməsini qeyd etmiş və məhkəmədən şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasda iştirak edən şəxsi dinləyib iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər DYPİ-nin xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarından görünür ki, X5 xx.xx.2021-ci il tarixdə Yasamal rayonu, A.Salamzadə küçəsində “Mersedes Benz 313 CDİ” mikroavtobus markalı, Az 90TH966 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyinə görə barəsində xx.xx.2021-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilmiş, həmin protokol üzrə Azərbaycan Respublikası İXM-nin 333.1 və 329.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokolun məzmunundan görünür ki, X1 vəziyyəti “ACE-Z” markalı İN-642237 saylı xüsusi texniki vasitədən istifadə edilməklə yoxlanılmışdır və onun sərxoş olduğu müəyyən edilmişdir. Həmin protokoldan görünür ki, X5 müayinə zamanı aşkar olunan göstərici ilə razıdır, bir daha spirtli içki qəbul edib avtomobil sürməyəcəyinə söz verməsi, həkim müayinəsinə ehtiyac olmamasını bildirir. Məhkəmə təqdim edilmiş sübutları tədqiq edib, tərəflərin izahatları ilə paralel qiymətləndirərək hesab edir ki, X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Bakı şəhər DYPİ-nin İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş TP ******* nömrəli xx.xx.2022-ci il tarixli qərarı qanuni və əsaslıdır. Belə ki, əvvəla məhkəmə qeyd edir ki, X5 xx.xx.2021-ci il tarixdə saat 07:30 radələrində xüsusi texniki vasitə ilə müayinə olunarkən onun spirtli içki qəbul etməsi müəyyən olunmuş, X5 bu nəticə razı olduğunu bildirərək, spirtli içki içdiyini etiraf etmiş, həmin nəticəyə etiraz etmədiyindən tibbi müayinə olunmaq üçün müvafiq tibb mərkəzinə aparılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-cu maddəsinin qeyd hissəsinin tələblərinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Bakı şəhər DYPİ-nin İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Bakı şəhər DYPİ-nin İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar