Məhkəmə qərarları › İş №3(004)-3269/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-3269/2022

07.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-3269/2022 07.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov X1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin 10000/0019 saylı, xx.xx.2022-ci il tarixli qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Yuxarıda qeyd edilən şikayət məhkəməyə daxil olmuşdur. Şikayəti və təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayətə baxılması qeyri-mümkündür, ona görə də geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarında müəyyən edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Həmçinin inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Hazırkı iş üzrə hadisənin hansı rayon ərazisində törədilməsi şikayətdə göstərilməmişdir. Şikayət və əlavə edilmiş sənədlərdən, barəsində şikayət verilən inzibati xətanın harada törədilməsini də müəyyən etmək mümkün deyildir. Barəsində şikayət verilmiş qərar vəzifəli şəxs kimi X2 barəsində qəbul edilmişdir. Şikayətdə göstərilmişdir ki, X3 İXM—nin 509.1-ci addəsi ilə tənbeh edilmişdir. Həmin maddə isə Azərbaycan Respublikası gömrük qanunvericiliyinin tələbləri pozulmaqla gömrük brokeri (gömrük təmsilçisi), səlahiyyətli iqtisadi operator və ya gömrük daşıyıcısı kimi qanunsuz fəaliyyət göstərilməsi ilə əlaqədardır. Belə olduğu təqdirdə şikayətdən və qərardan işlərin və ya xidmətlərin harada yerinə yetirilməsinə müəyyən etmək mümkün deyildir. Yasamal rayonu ərazisində gömrük brokeri (gömrük təmsilçisi), səlahiyyətli iqtisadi operator və ya gömrük daşıyıcısı kimi fəaliyyətin göstərildiyi gömrük orqanını göstərməmişdir. Belə ki həmin fəaliyyət gömrükdə malların rəsmiləşdirilməsi zamanı törədilə bilər. Buna görə də həmin inzibati xətanın törədildiyi yer həmin görmük rəsmiləşdirmələrinin həyata keçirildiyi gömrük orqanının yerləşdiyi ərazidir. Bundan əlavə iş üzrə müəyyən edilir ki, X2 şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən qeydiyyat və yaşayış ünvanı ünvan 2əsatət üzrə də Yasamal Rayon Məhkəməsində baxıla bilmir. Qeyd edilənlərə əsasən hazırkı şikayətin ərazi üzrə məhkəmə aidiyyətinin Yasamal Rayon Məhkəməsinə aid olmasını müəyyən etmək olmur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ya fərdi identifikasiya kartıdır. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Beləliklə, həmin şikayət inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi qaydası pozulmaqla verilmiş, şikayətə Yasamal Rayon Məhkəməsində baxıla bilməz, həmçinin inzibati xəta hadisəsinin törədildiyi yer də təqdim edilmiş sənədlərlə müəyyən edilə bilmədiyi üçün, şikayət aidiyyəti üzrə göndərilə bilmir. Bu səbəbdən də şikayət əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarına əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrinə əsasən, QƏRARA ALDİ: Şikayət və əlavə edilmiş sənədlər geri qaytarılsın. Şikayətçiyə izah edilir ki, qərardadda göstərilən çatışmamazlıqlar aradan qaldırıldıqdan sonra, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında müəyyən edilmiş ərazi üzrə məhkəmə aidiyyəti qaydalarına əməl etməklə məhkəməyə şikayət verilə bilər. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar