Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-327/2021 03.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X5 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X5 Bakı şəhəri Yasamal RPİ-nin 26-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X9 Bakı şəhəri Yasamal RPİ-nin 26-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərardan şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. xx xxxxxx 2021-ci il tarixdə karantin rejimi ilə əlaqədar öz Şəxsiyyət Vəsiqəsinin seriya nömrəsindən istifadə edərək 8103 SMS göndərməklə 3 saatlıq icazə alaraq evdən çıxmışdır. X6 nömrəsi AA 0193338-dır. Evdən çıxdıqdan az müddət sonra, sonradan adını bildiyi Bakı Şəhər Yasamal Polis İdarəsinin 26-cı Polis Bölməsinin sahə rəisi, polis mayoru X2 onu saxlayaraq karantin rejimi ilə əlaqədar icazəsinin olub-olmamasını soruşmuşdur. O isə polis əməkdaşına icazəsinin oduğunu bildirərək telefonundakı icazə SMS-ni ona göstərmişdir. Polis mayoru Allahverdi Atakişiyevə şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Şəxsiyyət vəsiqəsi üzrə yoxlanış apardıqdan sonra ona bildirmişdir ki, onun karantin rejimi ilə əlaqədar icazəsi yoxdur. O, polis mayoru Allahverdi Atakişiyevə telefonundakı SMS icazəni bir daha göstərib bildirmişdir ki, onun icazəsi vardır və icazə vaxtı da bitməmişdir. Polis mayoru Allahverdi Atakişiyev ona öz telefon aparatında səxsiyyət vəsiqəsinin seryası üzrə icazəsinin olmadığını göstərmiş və bildirmişdir ki, onun telefonundakı icazə SMS başqa şəxs (yaşlı bir qadın) üçün nəzərdə tutulmuşdur. Ona həmin vaxt məlum olmuşdur ki, o, karantin rejimi ilə əlaqədar icazə SMS alarkən və şəxsiyyət vəsiqəsinin seryasını göndərərkən seryanın son rəqəmini 8 deyil 9 rəqəmi göndərməklə almışdır. Lakin o, texniki səhf olaraq, yanlışlıqla bilməyərəkdən 8 rəqəmini deyil 9 rəqəmi yazmışdır və buna fikir verməmişdir. O, bu barədə polis əməkdaşına bildirsə də və faktiki olaraq icazə alındığını göstərsə də, polis əməkdaşı onun sözlərinə məhəl qoymayaraq barəsində xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək protokolda “bir daha karantin rejimini pozmayacam, SMS icazəni düzgün istifadə edəcəm” sözlərini yazdıraraq protokola imza atdırmışdır. Eyni zamanda polis əməkdaşı telefonundakı icazə SMS pozmasına təkid etmiş və o da pozmuşdur. Bir gün sonra telefonuna epidemiya əleyhinə rejimin, sanitargigiyena və karantin rejiminin pozulmasına görə xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı protokol üzrə həmin tarixli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 200 manat cərimə olunması barədə SMS gəlmişdir. Hesab edir ki, xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə barəsində qəbul edilmiş həmin tarixli qərar əsassız və qanunsuzdur. Barəsində həmin qərar qəbul edilərkən nəzərə alınmamışdır ki, o, faktiki olaraq karantin rejimi ilə əlaqədar icazə SMS almışdır. Barəsində həmin qərar qəbul edilərkən nəzərə alınmamışdır ki, o, karantin rejimi ilə əlaqədar icazə SMS alarkən və şəxsiyyət vəsiqəsinin seryasını göndərərkən seryanın son rəqəmini 8 deyil, 9 rəqəmi göndərməklə almışdır. Bundan, açıq aydın görünür ki, şəxsiyyət vəsiqəsinin əvvəlki rəqəmləri eynidir və şəxsiyyət vəsiqəsinin seryası üzrə çıxan digər şəxsi (yaşlı qadın) onun heç bir tanışlığı və qohumluğu yoxdur. Barəsində həmin qərar qəbul edilərkən nəzərə alınmamışdır ki, onun 18 yaşı var, 19 yaşı bu ilin iyun ayında tamam olacaq, o heç bir yerdə işləmir və onun əlavə qazancı da yoxdur, valideyinlərinin himayəsindədir. Göstərilənlərə əsasən, Bakı şəhəri Yasamal RPİ-nin 26-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X9 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin 26-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X9 xx.xx.2021-ci il tarixdə, saat 15:00-da Yasamal rayonu, Azərbaycan prospektində SMS icazə almadan yaşayış yerini tərk etmiş, bununla da epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmuşdur. İş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin 26-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 İsmayıl Rauf oğlu xx.xx.2021-ci il tarixdə, saat 15:00-da Yasamal rayonu, Azərbaycan prospektində SMS icazə almadan yaşayış yerini tərk etmiş, bununla da epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. X1 hazırkı şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanın törədilməsində təqsiri olmadığını və həmin protokola əsasən qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Belə ki, X9 şəxsiyyət vəsiqəsinin FİN nömrəsinin son rəqəmini texniki səhv ucbatından yanlış göndərdiyini bildirsə də, həmin hal inzibati xətanın törədilməsindəki təqsirini istisna etmir. Beləliklə də, X9 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə Bakı şəhəri Yasamal RPİ-nin 26-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN ******* saylı qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X5 Bakı şəhəri Yasamal RPİ-nin 26-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-327/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-327/2021
03.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver