Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3274/2025 30.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərarında şikayət verilmiş inzibati orqan - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, "xxxx" MMC-nin direktoru Qulu-zadə Qüdrət Sadıx oğlunun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru Qulu-zadə Qüdrət Sadıx oğlunun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 2 may 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası İXMnin 266.2 və 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati xəta haqqında protokolu Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 18 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixində ünvan 1 ünvanında "xxxx" MMC tərfindən onlara ayrılmış 0,5249 ha torpaq sahəsinin hüdudları daxilində qarışıq tullantıların qalaqlanması və tullantıların emalı yerlərinin müəyyənləşdirilməməsi görə "xxxx" barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələrinə əsasən inzibati protokol tərtib edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 3(004)- 5927/2024 nömrəli qərarı ilə "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271 və 266.2-ci maddələri ilə təqsirli bilinməsi və həmin Məcəllənin 3 4,3-cü maddəsinə əsasən 10000 (on min) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" MMC apellyasiya şikayəti verərək, Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-5927/2024 nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: Yasamal rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının qəbul edilməsinə əsas olmuş xx.xx.2024cü il tarixli protokolda göstərilir ki, “xx.xx.2024-cü il tarixində Yasamal rayonu, Əbilov küçəsi 68 ünvanında "xxxx" MMC tərəfindən onlara ayrılmış 0.5249 ha. torpaq sahəsinin hüdudları daxilində qarışıq tullantıların qalaqlanması və tullantıların emalı yerlərinin müəyyənləşdirilməməsi” müəyyən edilmişdir. Göstərilənlər ilə razılaşmırıq və onlar həqiqəti əks etdirmir. Həmçinin aşağıdakılara əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. 1. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi xx.xx.2024- cü il tarixli protokolu gec də olsa bizə göndərsə də, protokolda qeyd edilən və ona istinad olunan xx.xx.2024-cü il tarixli monitorinq aktlında qeyd edilən fotoşəkillər əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə - vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Lakin, tərəfimizdən həmin məcəllədə göstərilən inzibati xətanın tərkibi əlamətləri törədilməmişdir Belə ki, "xxxx" MMC tullantıların emalı ilə məşğul olmamışdır. Təşkilat qanuni əsasalarla tikinti fəaliyyəti ilə məşğul olur. Bundan əlavə həmin protokolda göstərilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən - sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı : mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan sə yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüı şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmç tərəfimizdən sənaye və məişət tullantılarının qalaqlanması və ya yandırılması kimi inzibati xətanın tərkib əlamətləri icra edilməmişdir. Protokolda isə göstərilmişdir ki, "xxxx" MMC guya qarışıq tullantılarının qalaqlanmasını təşkil etmişdir. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna cavab ol; bildirmişik ki, (bizə çatıb xx.xx.2024) xx.xx.2024-cü il tarixə (texniki olaraq 16.09.2 göstərilib), saat ll:00-da idarəyə dəvət edilməyimiz barədə rəsmi bildirişi vaxtında almamı Eyni zamanda ünvan 2 ünvanda sakini müraciətləri əsasında aparılan araşdırma üzrə nəzərlərinə çatdırılıb ki, Bakı şəhər Hakimiyyəti başçısının 107 saylı, xx.xx.2005-ci il tarixli sərəncamı ilə “Hüseyn” firma (sonradan "xxxx" MMC) Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi ünvanda, 376-cı məhəllədə 8 ədəd yaşayış binasının və ticarət mərkəzinin layihələndirilməs tikintisi üçün torpaq sahəsi ayrılıb. Həmin ünvanda 4 ədəd, 1 bloklu yaşayış binalarının tor altı və özül tikinti işləri, hələ 2006-cı ildə başlamış, daha sonra tikinti sektorunda məlum c qanunvericiliyin təkmilləşdirilməsi səbəbindən Azərbaycan Respublikası Nazirlər Kabinet xx.xx.2015-ci il tarixli, 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrində d edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestr aparıln Qaydalarf’mn 3.1.1-ci yarımbəndinə uyğun olaraq tələb edilən “şəhərsalma əsaslandırması’ təsirinə düşərək, növbəti 4 ədəd yaşayış binasının tikintisi mümkünsüz olmuşdur. Hazırda həı ərazidə razılaşdırılmış qaraj dayanacaq yerinin layihə işləri yekunlaşdırılmış və ekspertiza keçirilməsi üçün səlahiyyətli orqana təqdim edilmişdir. Sakinlərin şikayəti əsasında əraziyə bı keçirilərkən ayrılmış torpaq sahəsinin hasarının hüdudları daxilində qalaqlanmış materiallara < bildiririk ki, həmin materialların əksər hissəsi yararlı tikinti materiallar olmuşdur ki, tərəfimiz podratçı təşkilatın Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi ünvanında yerləşən qe yaşayış kompleksinə daşınmışdır. Bundan əlavə ərazidə kompleksə daxil olan binalarc mənzillərini təmir edən sakinlərin artıq qalan və ya istifadəyə yarasız inşaat - təmir material olmuşdur ki, həmin qalıqlar da tələbimiz ilə sakinlərin özləri tərəfindən ərazi; uzaqlaşdırılmışdır. Eyni zamanda onu da diqqətinizə çatdırırıq ki, sakinlərin xahişi ilə əraz müvəqqəti yerüstü dayanacaq yeri salınmışdır. Tullantıların daşınmasına dair aidiy; təşkilatlarla heç bir müqavilənin olmamasına dair qeydinizə münasibətdə bildiririk tərəfimizdən həmin ərazidən heç bir tullantı daşınmamış və ya daşınması təşkil edilməmiş Ekspertiza idarəsinə təqdim edilən 4 mərtəbəli qaraj-dayanacaq yerinin tikintisinə icazə tər edildikdən sonra torpaqqazma işlərinin icra edilməsinə dair lisenziyalı təşkilat ilə müqaı imzalanması təmin ediləcək. Hörmətli Məhkəmənin diqqətinə çatdırırıq ki, 11 saylı RE' tərəfindən tərtib edilmiş protokol prosessual müddətləri pozmaqla yanaşı, həqiqətə uy£ olmayan məlumatları özündə əks etdirmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 100 maddəsinə müvafiq olaraq, protokol barəsində inzibati xəta haqqında tərtib edilən şəxsin iştir ilə, onun hüquq və vəzifələri izah etməklə tərtib olunur. Eyni zamanda İXM-nin 101-ci madd İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında proto! tərtib edilməsini nəzərdə tutur. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş ü icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əh aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aş! edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati araşdırma aparıldığı hallarda, inzit xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edi İnzibati araşdırma isə xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda aparılır. Hazırkı iş üzrə heç əlavə araşdırma (ekspertiza, digər prosessual hərəkət) aparılmamışdır. 26 sentyabr 2024-cıi tarixdə şirkətə məxsus inşaat ərazisinə daxil olan 11 saylı RETSİ-nin əməkdaşları orada daşın; üçün nəzərdə tutulan inşaat materialları qalıqlarının (fotoşəkillərdə ekskavatorun işləməsini g< bilərsiniz) şəkillərini çəkmişdilər. Həmin qalıqların daşınması haqqında daşıyıcı şirkə müqavilənin olub-olmaması barədə soruşulub, cavab olaraq belə müqavilənin olmam bildirilmişdir. Lakin biz tikinti şirkəti olaraq tikinti materiallarımızın qalıqlarını öz gücüm hesabına daşımaq iqtidarındayıq. Akt tərtib edildikdən 10 (on gün) sonra xx.xx.2024-cü il tari məktubla inzibati araşdırmada iştirak etmək üçün bizi 16 sentyabr 2024-cü il tarixdə ofisləri dəvət ediblər. Həmin biidiriş məktubu bizə 17 oktyabr tarixdə çatdırılmışdır. İXMnin 60.3-cü maddəsinə uyğun olaraq “işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir.” Bütün bu pozuntulara əlavə olaraq, bizim iştirakımız olmadan 18 oktyabr 2024-cü il tarixdə barəmizdə Protokol tərtib edilir və həmin protokolda bizim iştirakımızla tərtib edildiyi, lakin tərəfimizdən izahat verməkdən və protokolu imza edib qəbul etməkdən imtina etdiyimiz qeyd edilir. Bütün bunlar isə həqiqətə uyğun deyil. Həmin Protokol bizim iştirakımız olmadan, eyni zamanda heç bir araşdıma aparmadan tərtib edilmişdir, belə ki, araşdırma aparılsa müəyyən edilərdi ki, sözügedən inşaat sahəmizdə yerləşən tikinti materiallarının qalıqları sahibləri tərəfindən artıq öz yerlərinə yerləşdirilmişdir. Lakin heç bir araşdırma aparılmadan, heç bir əlavə inzibati-prosessual hərəkət icra edilmədən akt tərtib edildikdən təxmini 22-23 gün sonra iştirakımız və xəbərimiz olmadan protokol tərtib edilir. Bu isə qanunaziddir. Protokol 1 ay ərzində yalnız inzibati araşdırma aparıldıqda iştirakımız təmin edilmədən tərtib edilir, protokolda isə həmin protokolu qəbul etməkdən imtina etdiyimiz barədə qeyd edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Bundan əlavə bildiririk ki, inzibati orqan tərəfindən tərtib edilmiş Protokolda İXM-nin iki maddəsi qeyd edilmişdir. İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın formalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavədə İnzibati Xətalar Məcəlləsinin yalnız 1 (bir) maddə ilə nəzərdə tutulan xətanın törədilməsi barədə Protokol tərtib edilməsi nəzərdə tutulmuşdur. Bir protokolda yalnız 1 maddə ilə xəta törədilməsi qeyd edilə bilər. İnzibati araşdırma aparan səlahiyyətli orqan şəxsin bir əməlində iki fərqlifərqli maddə ilə nəzərdə tutulmuş xətanın törədilməsini necə aşkar etmişdir müəmmalıdır. Hər bir maddə barədə aşağıda əlavə qeyd ediləcək. Burada bildirilməlidir ki, inzibati orqan yalnız akt tərtib edib, heç bir şahid dindirilmədən (o cümlədən, özünü sakin adlandıran şikayətçi ölkə xaricində olduğunu bildirərək izahat verməkdən imtina etdiyi monitorinq aktında qeyd edilmişdir), yerində baxış, barəsində araşdırma aparılan şəxsə izahat vermək şəraiti yaradılmadan və s. prosessual hərəkət aparmadan sözügedən Protokol tərtib edib məhkəməyə göndərmişdir. Apellyasiya icraatı zamanı çıxış edən barəsində barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili X6 apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq çıxış etdi və məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11-ci Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 apellyasiya şikayətini əsassız hesab etdiyini bildirdi və qeyd etdi ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə apellyasiya şikayəti ilə əlaqədar inzibati xəta haqqında icraat materialını əlaqəli şəkildə araşdıraraq, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 3(004)-5927/2024 nömrəli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 26 sentyabr 2024-cü il tarixli monitorinq aktından görünür ki, "xxxx" MMC-yə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yoxlama aparılarkən ərazidə tikinti tullantıların qanunla müəyyən olunmamış ərazilərdə qeyri-qanuni olaraq qalaqlanması və həmin tullantıların daşınması üçün aidiyyatı təşkilatlarla heç bir müqavilə bağlanmaması faktı aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, "xxxx" MTK-ya məxsus binanın həyətində monitoriq aparılarkən "xxxx" MMC-yə ayrılmış torpaq sahəsinin hüdudları daxilində sənaye və məişət tullantılarının qalaqlanması faktı mövcud olmuşdur. Həmçinin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi ilə əlaqəd; görmüş olduğu işləri təsdiq edən rəsmi sənədlər müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarından görünür ki, "xxxx" MMC-nin əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı mövcudluğu öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-1-ci maddəsinə əsasən, tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintis istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə - vəzifəli şəxslər min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatda on beş min manatadək məbləğdə cərimə edilir. 271-ci maddəsinə əsasə tullantıların qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətn mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan səkki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquı şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. İstehsalat v məişət tullantıları haqqında Azərbaycan Respublikası Qanununun; 1-ci maddəsinə əsasə istehsalat tullantıları - istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əməl gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, madd; yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifad olunma xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşə əşya və maddələr başa düşülür; 2-ci maddəsinə əsasən tullantıların idarə olunması sahəsind Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının dig; müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxal müqavilələrdən ibarətdir; 3.1-ci maddəsinə əsasən Bu Qanun Azərbaycan Respublikasınd fəaliyyəti nəticəsində tullantılar əmələ gələn və tullantıların idarə olunması sahəsində fəaliyy; göstərən bütün hüquqi və fiziki şəxslərə şamil olunur; 7-ci maddəsinə əsasən istismarı zamar tullantıların əmələ gəldiyi bina, tikili, qurğu və digər obyektlərin layihələndirilməsi, tikintis yenidən qurulması, konservasiyası və ləğvi zamanı fiziki və hüquqi şəxslər: ətraf mühitin v insan sağlamlığının qorunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi il müəyyən edilmiş ekoloji, sanitar və digər tələblərə əməl etməyə; əmələ gələn tullantıları istifadəsi, zərərsizləşdirilməsi barədə müvafiq icra hakimiyyəti orqanları tərəfindən müsbət rə verilmiş texniki və texnoloji sənədlərə malik olmağa borcludurlar. Yaşayış binalarının, habel istismarı zamanı tullantıların əmələ gəldiyi müəssisə, bina, tikili, qurğu və digər obyektləri layihələndirilməsi zamanı tullantıların idarə olunması sahəsində müəyyən edilmiş qaydaları normativlərə və tələblərə uyğun olaraq belə tullantıların yığılması üçün yerlər (meydanlaı nəzərdə tutulmalıdır. Təhlükəli və təhlükəsiz tullantıların zərərsizləşdirilməsi, ema müəssisələrinin, habelə bu məqsədlə qurğuların, poliqonların layihələrinə dair “Ətraf mühit təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmu qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı, həmin sənədi dövlət ekoloji ekspertizası keçirilməlidir; 11-ci maddəsinə əsasən tullantıların yerləşdirilməs müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Dövlət Ekologiya v X2 Komitəsi, Səhiyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları icazəsi əsasında və normativ aktlarda müəyyən edilən tələblərə uyğun həyata keçiriliı Tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi məqsədilə obyektlərin tikintisi üçün ye seçərkən müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Dövlət Ekologiy və X2 Komitəsi, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və X8 və yerli icra hakimiyyəti orqanları] razılığı ilə xüsusi (geoloji, hidroloji və s.) araşdırmala aparılmalı və lazım gəldikdə ictimai rəy nəzərə alınmalıdır. Ekoloji təhlükəsizlik haqqınd Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinə əsasən Müvafiq icr hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin aşağıdak fəaliyyətə yol verə bilən qərarları qəbul etmələri və həyata keçirmələri qadağandır: 1.1.“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsind nəzərdə tutulmuş fəaliyyət növləri üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi (ƏMTQ tərtib edilmədən və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilmədən həyata keçirilə: fəaliyyət, habelə ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakiı dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olmada: həyata keçirilən digər fəaliyyət. Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikas Qanununun 47-ci maddəsinin 1-ci hissəsinə əsasən tullantıların toplanması, məhv edilməsi və rasdırılması müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının razılığı ilə müəyyən edilən yerlərdə aparılır. Məhkəmə birinci instansiya məhkəməsinin tutmuş olduğu bu mövqeyini qanuni və ədalətli hesab edir. Məhkəmə apellyasiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, işin hallan ilə ünvan 1 ünvanında "xxxx" MMC :ərfındən onlara ayrılmış 0,5249 ha torpaq sahəsinin hüdudları daxilində qarışıq tullantıların qalaqlanması və tullantıların emalı yerlərinin müəyyənləşdirilməməsi faktı müəyyən edildiyindən birinci instansiya məhkəməsi əsaslı olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271- ci maddələrində göstərilən inzibati xətanı törətməsi barədə yekun nəticəyə gəlmişdir. Odur ki, ünvanlanmış apellyasiya şikayəti dəlillərinin iş materialları ilə əksi sübut olunmuş, formal mülahizələr toplusundan ibarətdir. Məhkəmə tərəfindən şəxsin inzibati məsuliyyətə cəlb . /anmasından yaxa qurtarmaq cəhdləri kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, toplanmış sübutlar birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi inzibati xəta törətmiş "xxxx" MMC barəsində işin hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri ilə düzgün tövsif etmişdir. Bundan başqa məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-yə tətbiq edilmiş inzibati tənbeh tədbirini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta törətmiş "xxxx" MMC-yə inzibati tənbeh təyin edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6, 9, 32 və 33-cü maddələrinin tələblərinə əməl etməklə inzibati xətanın xarakterini düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli inzibati tənbeh təyin etmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən cəza təyin edilməsi barədə nəticəyə gəlmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə görə bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət təmin olunmamalı və "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 3(004)-5927/2024 nömrəli qərarı dəyişdirilməməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271 və 266.2-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən 10000 manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 3(004)-5927/2024 nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.” Göründüyü kimi X1 rəhbəri olduğum "xxxx" MMC-və ayrılan ünvan 4 ünvandakı 0.5249 ha. torpaq sahəsinin hüdudları daxilində tullantıların qalaqlanması qaydalarının pozulması və emal verinin müəyyənləşdirilməməsinə görə izibati tənbeh vermə tədbiritətbiq edilmiş və məhkəmənin müvafiq qərarı ilə qüvvədə saxlanmışdır. Mövcud qanunvericiliyə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 5-ci maddəsinin tələbinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsi “Ədalətlilik prinsipi”-ni nəzərdə tutur. 9.1.İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 9.2.Bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.-cü maddəsinin tələbinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1ci maddəsinə əsasən, həmin məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatında xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1, 53.0. 6-cı, 105.1-ci maddəsini rəhbər tutaraq Sizdən xahiş edirik ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilsin, iş üzrə icraata xitam verilsin. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X7 verilmiş şikayətə etiraz edərək bildirmişdir ki, eyni inzibati xəta üzrə hüquqi şəxs "xxxx" MMC Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 10000 (on min) manat məbləğində cərimə edilmişdir. Həmin qərardan hüquqi şəxs tərəfindən apellyasiya şikayəti verilmiş və şikayət təmin edilməyərək qərar qüvvədə saxlanılmışdır. İnzibati xəta hadisəsinə görə hüquqi şəxsin barəsində tənbeh tətbiq edilməsi vəzifəli şəxsi məsuliyyətdən azad etmədiyinə görə şikayət əsassızdır və ona görə də təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs "xxxx" MMC-nin direktoru Qulu-zadə Qüdrət Sadıx oğlu məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişdir. Lakin barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs "xxxx" MMC-nin direktoru Qulu-zadə Qüdrət Sadıx oğlu “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, barəsində qəbul edilən 2 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan narazı və şikayətçidir. Həmin qərar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin qərarı olduğu halda təkrar qəbul edilmişdir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 3(004)- 5927/2024 nömrəli qərarı ilə (hakim Rəşad Cavadzadə) "xxxx" MMC-nin barəsində eyni ünvan və eyni inzibati xəta üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271 və 266.2-ci maddələri ilə təqsirli bilinməsi və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən 10000 (on min) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" MMC apellyasiya şikayəti verərək, Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-5927/2024 nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Lakin, Bakı Apellyasiya məhkəməsinin İş N° 3(103)-114/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 3(004)-5927/2024 nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qərar qəti olmuşdur, ondan şikayət və ya protest verilə bilməz. Göründüyü kimi X1 rəhbəri olduğu "xxxx" MMCyə ayrılan ünvan 5 ünvandakı 0.5249 ha. torpaq sahəsinin hüdudları daxilində tullantıların qalaqlanması qaydalarının pozulması və emal yerinin müəyyənləşdirilməməsinə görə izibati tənbeh vermə tədbiri tətbiq edilmiş və məhkəmənin müvafiq qərarı ilə qüvvədə saxlanmışdır. Mövcud qanunvericiliyə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1, 53.0.6-cı, 105.1 -ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs "xxxx" MMC-nin direktoru Qulu-zadə Qüdrət Sadıx oğlunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan İnzibati tənbeh verilməsi haqqında 2 may 2025-ci il tarixli MN seriyalı ******* nömrəli qərarından müəyyən olunur ki, "xxxx" MMC-nin direktoru Qulu-zadə Qüdrət Sadıx oğlu Azərbaycan Respublikasının İXM-nin 266.2 və 271-ci maddələrinin tələblərini pozduğuna görə 3500 (üç min beş yüz) manat inzibati cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-5927/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, "xxxx" MMC Azərbaycan Respublikasının İXM-nin 266.2 və 271-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən 10000 (on min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 3(103)-114/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-5927/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixində ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən onlara ayrılmış 0,5249 ha torpaq sahəsinin hüdudları daxilində qarışıq tullantıların qalaqlanması və tullantıların emalı yerlərinin müəyyənləşdirilməməsi görə "xxxx" barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-5927/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, "xxxx" MMC Azərbaycan Respublikasının İXM-nin 266.2 və 271-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən 10000 (on min) manat məbləğində cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)- 114/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)- 5927/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. "xxxx" MMCnin direktoru Qulu-zadə Qüdrət Sadıx oğlu barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN 11786799 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 3500 (üç min beş yüz) manat məbləğində cərimə edilmişdir. Hazırki halda məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən törədilmiş inzibati xəta hadisəsi öz təsdiqini tapdığından, "xxxx" MMC-nin direktoru Qulu-zadə Qüdrət Sadıx oğlunun barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunidir və şikayətin dəlilləri həmin qərarın ləğv edilməsi üçün əsas deyildir. Başqa sözlə desək, inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi mövcud qanunvericiliyin tələbləri baxımından vəzifəli şəxsi inzibati məsuliyyətdən azad etmir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinəəsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Beləliklə məhkəmə hesab edir ki, "xxxx" MMC-nin direktoru Qulu-zadə Qüdrət Sadıx oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru Qulu-zadə Qüdrət Sadıx oğlunun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-3274/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3274/2025
30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver