Məhkəmə qərarları › İş №3(004)-3286/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3286/2024

25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3286/2024 25.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Hüseynova Yağmur Azər qızının katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 03 avqust 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Xiyabani küçəsində “TOYOTA RAV 4 minik” markalı, **-NP-*** d.q.n. avtomobilində sərnişin kimi gedərkən, həmin avtomobil manevr etmə qaydasını pozduğu üçün yol polisi əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları onu saxlayıb özünü təqdim edən zaman o, arxa qapını açaraq nəqliyyat vasitəsindən düşmüş və söyüşlər söyərək təhqiredici, nalayiq ifadələr işlətmiş, aqressiv hərəkətlər nümayiş etdirmiş, daha sonra avtomobildəki digər şəxslərlə birləşərək polis əməkdaşlarını döyməyə cəhd etmişlər, polis əməkdaşları onları nizam-intizama dəvət etsələr də, polisin tələblərinə tabe olmamışdırlar, bu zaman polis əməkdaşları onları zərərsizləşdirərək, onları polis bölməsinə gətirmişlər, bununla da o, ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, həmçinin polis əməkdaşı ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs İXM-in 510, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin sahə inspektoru X3 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, protokol raport əsasında tərtib olunmuşdur. Belə ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Xiyabani küçəsində “TOYOTA RAV 4 minik” markalı, **-NP- *** d.q.n. avtomobilində sərnişin kimi gedərkən, həmin avtomobil manevr etmə qaydasını pozduğu üçün yol polisi əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları onu saxlayıb özünü təqdim edən zaman o, arxa qapını açaraq nəqliyyat vasitəsindən düşmüş və xidmətdə olan polislərin ünvanına söyüşlər söyərək təhqiredici, nalayiq ifadələr işlətmiş, daha sonra avtomobildəki digər şəxslərlə birləşərək polis əməkdaşlarını döyməyə cəhd etmişlər, polis əməkdaşları onları nizam-intizama dəvət etsələr də, polisin tələblərinə tabe olmamışdırlar, bu zaman polis əməkdaşları onları zərərsizləşdirərək, onları polis bölməsinə gətirmişlər, bununla da o, ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, həmçinin polis əməkdaşı ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, əməlindən peşmandır. O, sürücünün arxasında oturmuşdu. Polis onları saxladı və içkili olduqlarını bildirdi. Maşının sahibi polisə sərt cavab verdiyi üçün mübahisə düşdü. Maşında arxada sağda oturan maşının sahibi polisi təhqir etdi. O, maşından düşərək vəziyyəti sakitləşdirməyə çalışdı. Onlar 4 nəfər idilər, hamı içkili idi. 2 nəfər hadisə yerindən qaçdı, o amma qaçmamışdır, orada yaxınlıqda olan köşkdən su almaq istəmişdir. O, polislərə hücum etməmişdir. Avtoxuliqanlıq hadisəsi isə 1 il bundan qabaq olmuş, orda onun təqsiri olmamışdır. Məhkəmədən daha yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Daxili İşlər Nazirliyi Bakı şəhəri, Yasamal RPİ-nin DYPŞ-nin inspektoru X2 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində **-YP-*** d.q.n. BMW markalı nəqliyyat vasitəsilə xidmətdə olarkən “TOYOTA RAV 4 minik” markalı, **-NP-*** d.q.n. nəqliyyat vasitəsi manevr etmə qaydasını pozduğu üçün onu saxlamışlar. Saxlayıb özünü təqdim etdikdən sonra avtomobildən kəskin spirt iyinin gəldiyini hiss etmiş, bu zaman bir nəfər sərnişin arxa qapını açaraq avtomobildən enib polisin işinə müdaxilə etmiş, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. O, söyüşlər söyərək təhqiredici, nalayiq ifadələr işlətmiş, aqressiv hərəkətlər nümayiş etdirmiş, daha sonra avtomobildəki digər şəxslərlə birləşərək polis əməkdaşlarını döyməyə cəhd etmişlər, polis əməkdaşları onları nizam-intizama dəvət etsələr də, polisin tələblərinə tabe olmamışdırlar, bu zaman polis əməkdaşları onları zərərsizləşdirərək, onları polis bölməsinə gətirməyə çalışmışlar. Hadisə yerindən 2 nəfər qaçmış, onlar barəsində hazırda axtarış elan olunmuşdur. Bu şəxs isə mübahisə və davada iştirak etmiş, ona təpik vurmuş və nalayiq ifadələr polis orqanlarının ünvanına işlətmişdir. Hadisə yerində olan 4 nəfər də ona hücum etmişdir. O həmin şəxslərdən 1-ni zərərsizləşdirməyi bacarmışdır. Eyni zamanda digərləri də ona yumruqlar vurmuşlar. Üzündə də xəsarət izləri var. Şəxslərdən biri maşını qaçıran zaman 3 nəfər qalmışdır. Elmar da hadisə yerindən qaçmağa çalışmış, lakin onu məhlələrin birində tutmuşdur. Tutulan zaman hadisə yerində olmadığınlı bildirmişdir. Orada olan 4 nəfərin hamısı ona hücum etmişdir. Məhkəmə iclasında iştirak edən Daxili İşlər Nazirliyi Bakı şəhəri, Yasamal RPİ-nin DYPŞ-nin inspektoru X4 izahatında X2 ilə eyni məzmunlu ifadə vermişdir. Əlavə olaraq bildirmişdir ki, Şəxs digər şəxslərlə birlikdə hadisənin iştirakçısı olmuş, içkili vəziyyətdə polis orqanlarının ünvanına nalayiq və təhqiredici ifadələr işlətmiş, həmçinin polis əməkdaşlarını döyməyə cəhd etmiş və polisin tələblərinə tabe olmamışdır. Elmar ilk olaraq sakitləşdirməyə çalışsa da, sonradan o da hücum etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsi tam sübuta yetirilir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. “Polis haqqında” Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 14-cü maddəsinə əsasən hər bir şəxsin təhlükəsizliyini təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş inzibati xətalara dair işlər üzrə icraatı aparmaq, kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 17-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının digər hüquqları ilə yanaşı, hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək, cinayət və ya inzibati xəta törətməkdə şübhə edilənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün sənədlərini yoxlamaq hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinə əsasən ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının digər hüquqları ilə yanaşı, inzibati xətalara dair işlər üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan tədbirləri görmək, ictimai qayda və ya insanların təhlükəsizliyi üçün təhlükə yarandıqda ərazilərə və binalara girişi və orada olmağı məhdudlaşdırmaq, aparılan işləri dayandırmaq, nəqliyyatın hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək, inzibati xəta törətmiş şəxs barəsində protokol tərtib etmək, şəxsi axtarış aparmaq, əşyalarını yoxlamaq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə onu polisdə saxlamaq hüquqları vardır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən müəyyən edilmiş əməl polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama və xırda xuliqanlıq etmə kimi qiymətləndirilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı, yuxarıda qeyd edilən Raportla, hadisənin iştirakçısı olan şəxslərin izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Şəxsin şəxsiyyətini xarakterizə edən məlumat kimi iş materiallarında olan AZEMİS Elektron sistemdən çıxarışa əsasən müəyyən edilir ki, Şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-3567/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İXM-nin 535.1, 332.1 və 511.1.3-cü maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilmişdir. İş materiallarındakı xx.xx.2024-cü il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 11:00 radələrində tutulmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs himayəsində azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs oğlunun səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkəti davam etdirməsini, inzibati xətanı inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi və inzibati xətanın sərxoş halda törədilməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 23 iyun 2024-cü il tarixdən saat 11:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar