Məhkəmə qərarları › İş №3(004)-3289/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-3289/2024

25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-3289/2024 25.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin X1 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs tərəfindən İXM-in 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə material Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilib. Müəyyən edilmişdir ki, məhkəmənin icraatına Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddəsi ilə Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsindən inzibati xəta haqqında materiallar daxil olmuş və müvafiq olaraq 3(004)-3288/2024 nömrəsi ilə qeydə alınmışdır. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi bir neçə inzibati xəta ilə bağlı 2 (iki) ayrı-ayrı inzibati materiallar 25 iyun 2024-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmənin icraatında olan 3(004)-3288/2024 və 3(004)-3289/2024 nömrəli inzibati işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilməli və iş 3(004)-3288/2024 nömrə ilə davam etdirilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 106, 109-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİM: Məhkəməsinin icraatında olan 3(004)-3288/2024 və 3(004)-3289/2024 nömrəli inzibati işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilsin və iş 3(004)-3288/2024 nömrə ilə davam etdirilsin. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar