Məhkəmə qərarları › İş №3(004)-3289/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3289/2025

21.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3289/2025 21.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Abbasov Əhməd-Mustafa Şamil oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Kiçik Müəssısəsınin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 233.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsidən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Şəxs Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 13 may 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. 13 may 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixində ünvan 1 ünvanında yerləşən “Ağ Çiçəyim” şadlıq evinin (Şəxs) fəaliyyəti zamanı manqal işlək vəziyyətdə olarkən X2 Monitorniq İdarəsi tərəfindən aparılan ölçmə zamanı atmosferə atılan zərərli maddələrin miqdarının ətraf mühit üçün yol verilən hədd normasından artıq olması müəyyən edilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Abbasov Əhməd- Mustafa Şamil oğlu izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirir və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütaxəsissləri tərəfindən orada ətraf mühitin monitorinqi aparılmışdır. Monitorinq zamanı vizual baxışdan da ətrafa güclü tüstünün yayılması faktı müşahidə edilmişdir. Yoxlama bu sahədə səlahiyyətli orqan olan X2 Monitorniq İdarəsinin əməkdaşlarının iştirakı ilə aparılmışdır, onlar tərəfindən ölçmə iləri aparılarkən atmosferə atılan zərərli maddələrin norma həddindən artıq olması müəyyən edilmişdir. Monitorinq Şəxs MMCnin səlahiyyətli nümayəndəsinin iştirakı ilə aparılmış və müvafiq protokol tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Şəxs MMCnin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, yoxlama vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Kiçik Müəssısəsınin nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, Şəxs barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə 13 may 2025-ci il tarixli, MN No ******* saylı inzibati xəta haqqında protokol əsassız olduğundan icraatına xitam verilməlidir. Belə ki, atmosferə atılan zərərli qaz qarışıqlarının miqdarını müəyyən etmək üçün ANKAT 64M3-03 cihazı vasitəsi ilə XKEMİnin mütəxəssisləri tərəfindən ölçmə analiz işləri aparılarkən ölçmə nəticələrinə əsasən dəm qazının miqdarı (CO-28,2 mq/m3) həddindən artıq hesablanmışdır. Norma 5 mq/m3 olduğu halda, normadan demək olarki 5 dəfə çox hesablanmışdır. XKEMİ-nin xx.xx.2025-ci il tarixli 003120 nömrəli aktında qeyd olunmuşdur ki, "Ağ Çiçəyim" şadlıq sarayının yerləşdiyi əraziyə keçirilən baxış zamanı tüstü müşahidə olundu. Monitorinq ölçmə işləri şadlıq sarayının həyətində olan zaman tüstü bacasının yaxınlığında təxminən 10-12 m məsafədə ANKAT 64M3-03 səyyar cihazı cihazı vasitəsi ilə aparıldı. Monitorinq ölçmə işləri zamanı çəkilmiş fotoşəkillər əlavə olundu. Lakin, həmin fotoşəkillərə diqqət etdikdə ümumiyyətlə ətrafda hər hansı bir tüstünün çıxmadığı müəyyən olunur, üstəlikdə qeyd edilən cihazda ancaq CO-28,2 yazısını görmək olur. Lakin, cihazın həmin an üçün işlək vəziyyətdə olubolmadığını müəyyən etmək çətin olduğundan qeyd olunan rəqəmin də doğru olubolmadığını müəyyənləşdirmək çətindir. Üstəlikdə, adıçəkilən cihazın monitorunda tarix əks olunmadığından, həmçinin çəkilmiş şəkillər üzərində tarix əks olunmadığından ölçü vahidinin hansı tarixə aid olduğunu müəyyənləşdirmək də çətindir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə 13 may 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsassız olduğundan icraata xitam verilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir İş materiallarında olan: 26 apel 2025-ci il tarixli, 003120 nömrəli Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aktından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və X2 Monitorniq İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən Şəxsnə məxsus olan “Ağ Çiçəyim” şadlıq sarayında ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativləri ilə bağlı yoxlama aparılmış və məlum olmuşdur ki, restoranda toz tutucu təmizləyici qurğu quraşdırılmış, Əraziyə keçirilən baxış zamanı ərazidə tüstü müşahidə olundu. CO-28,2 mq/m3 (norma 5.0 mq/m3 ) təşkil etmişdir ki, bu da ətraf mühit üçün yol verilən hədd normasından artıqdır. İş materiallarına əlavə olunmuş fotoşəkildən görünür ki, 26 apel 2025-ci il tarixli, 003120 nömrəli aktda əraziyə keçirilən baxış zamanı ərazidə tüstü müşahidə olunması faktı inkar olunur. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2026-cı il yanvarın 01-dək dayandırılır. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 2.1-ci bəndinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin qanunun 3.2-ci bəndinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Hazırki iş üzrə təqdim olunmuş sübutlardan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin yoxlama aparılmazdan əvvəl yoxlamaların vahid məlumat reyestrində qeydə alınması müəyyən edilmir. Qanununvericiliyin tələbindən də görünür ki, vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.2-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutumuş inzibati xətanın törədilməsinin iş materialları ilə sübuta yetirilmədiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar