Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-329/2021 03.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi ilə, “xxxx” QSC-nin direktoru X3 AR ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin rəis müavini X4 xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: “xxxx” QSC-nin direktoru X6 məhkəməyə şikayət verərək AR ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinin onun barəsində çıxardığı xx.xx.2020-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, AR ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi (rəis müavini Araz Bayramzadə) tərəfindən X1 xx.xx.2020ci il tarixli “xxxx” QSC-də əmək hüquqlarının pozulması barədə müraciəti üzrə araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı guya “xxxx” QSC tərəfindən işçinin son hesabı hesablanarkən AR Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 137 saylı Qərarının nəzərə alınmadığı əsas gətirilərək, xx.xx.2020-ci il tarixində AR İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi üzrə inzibati xətanın törədilməsi əsası ilə “xxxx” QSC-nin vəzifəli şəxsi olaraq, Sucəddin Kərimov barəsində MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokol əsasında isə İXM 192.4-cü maddəsi üzrə inzibati xətanın törədilməsi əsası ilə MN № ******* saylı inzibati xəta haqqında iş üzrə xx.xx.2020-ci il tarixdə “xxxx” QSC-nin vəzifəli şəxsi olaraq, onun 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilməsi barədə qərar çıxarılmışdır. AR ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən barəsində çıxarılan xx.xx.2020ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verməklə, aşağıdakı əsaslara görə həmin qərarı əsassız, qanuna zidd və qeyri obyektiv hesab edir. AR ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən “xxxx” QSC-nin vəzifəli şəxsi olaraq, onun barəsində ədalətsiz və qanunsuz qərar qəbul edilmişdir. Belə ki, səlahiyyətli inzibati orqan iş üçün mühüm əhəmiyyətli faktları araşdırılmadan qərar çıxarmış, bu isə, nəticədə, bir sıra maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinə gətirib çıxarmışdır. X1 müraciətinin araşdırılması zamanı “xxxx” QSC-nə AR ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən daxil olmuş sorğu üzrə X8 barəsində bir sıra sənədlər, o cümlədən, ona ödənilmiş son haqq-hesaba dair sənədlər Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinə təqdim olunmuşdur. Bundan sonra inzibati xəta haqqında iş üzrə araşdırma ilə əlaqədar xx.xx.2020-ci il tarixində “xxxx” QSC-nin nümayəndəsi DƏMX Bakı Şəhər İdarəsinə dəvət olunmuşdur. Orada “xxxx” QSC-nin nümayəndəsinə bildirilmişdir ki, guya X7 ödənilmiş son haqq-hesabda məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı AR Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə” 137 saylı Qərarı ilə təsdiq olunmuş 1 Nömrəli Əlavə - Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin Geniş Siyahısında qeyd olunmuş Nəzərə alınmalı olan ödənişlər siyahısında 1-ci hissənin 2-ci bəndində verilmiş mükafatlar nəzərə alınmamış, beləliklə, AR Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 137 saylı Qərarının tələbləri pozulmuşdur. “xxxx” QSC-nin nümayəndəsi buna etiraz bildirərək, X7 ödənilmiş son haqq-hesabın düzgün hesablandığını qeyd etmişdir. Şirkətin nümayəndəsi fikrini izah edərkən, X7 ödənilmiş bonusların (mükafatların) əmək haqqına daimi əlavə xarakteri daşımadığını, həmçinin sabit məbləğdə ödənilmədiyini diqqətə çatdırmış, beləliklə, X7 ödənilmiş bonusların (mükafatların) AR Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə” 137 saylı Qərarı ilə təsdiq olunmuş 1 Nömrəli Əlavə - Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin Geniş Siyahısında “Nəzərə alınmayan ödənişlər” siyahısında 2-ci hissənin 1 -ci bəndində verilən “birdəfəlik xarakteri daşıyan əlavə mükafatlar” kateqoriyasına aid olduğunu bildirmişdir. Lakin “xxxx” QSC-nin etirazı nəzərə alınmayaraq, iş üzrə MN № ******* saylı xx.xx.2020-ci il tarixli İnzibati xəta haqqında Protokol tərtib edilmişdir. Həmçinin xx.xx.2020-ci il tarixində inzibati xəta haqqında qərarın çıxarılması zamanı DƏMX Bakı Şəhər İdarəsinin rəis müavini Araz Bayramzadə “xxxx” QSC-nin nümayəndəsini qəbul edərkən, “xxxx” QSC-nin etirazını nəzərə almamış və yekunda onun barəsində inzibati tənbeh verilməsi haqqında MN № ******* saylı xx.xx.2020-ci il tarixli Qərar çıxarılmışdır. DƏMX Bakı Şəhər İdarəsi tərəfindən tərtib edilmiş protokol və müvafiq Qərar ilə razı deyildir. Belə ki, “xxxx” QSC tərəfindən X2 haqqhesab düzgün hesablanmışdır. “xxxx” QSC-də əmək fəaliyyətinə cəlb olunduğu müddət ərzində X5 əmək haqqına müəyyən edilən əlavə ödənclər (bonus) müəssisənin əməyin ödənilməsi sistemlərində nəzərdə tutulan mükafatlar deyil və birdəfəlik xarakteri daşıyan əlavə mükafatlar olmuşdurlar. Yəni, X5 əmək müqaviləsinə ona hər hansı daimi mükafatın verilməsi və bununla bağlı hər hansı şərtlər müəyyən edilməmişdir. X7 ödənilmiş aylıq əmək haqqına dair cədvəldə də müəyyən edildiyi kimi, “xxxx” QSC tərəfindən bonus (mükafat) qismində ödənişlər qeyri-sabit məbləğlərdə ödənilmişdir və bu məbləğlərin müəyyən edilməsi üzrə hər hansı müəssisədaxili şərtlər, əməyin ödənilməsinin sistemi mövcud deyildir. Bu isə, həmin ödənişlərin “xxxx” QSC-nin əməyin ödənilməsi sistemlərində nəzərdə tutulan mükafatlar olmadığını müəyyən etməyə əsas verir. Digər tərəfdən, X8 müraciətində məzuniyyət vaxtı üçün orta əmək haqqının düzgün hesablanmadığı barədə heç bir iddia və ya tələb qoymamışdır ki, bu da, X5 ona ödənilən son haqq-hesabında məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanmasına dair şikayət və ya iradının olmadığını təsdiq edir. Göründüyü kimi, DƏMX Bakı Şəhər İdarəsi tərəfindən X5 müraciəti üzrə inzibati xəta haqqına işə baxılarkən “xxxx” QSC-nin iş üzrə izahatlarına əhəmiyyət verilmədən, qeyd olunan faktlar isə araşdırılmadan “xxxx” QSC-nin vəzifəli şəxsi barəsində inzibati tənbeh tətbiq edilməsi haqqında qərar çıxarılmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXM-nin 128.1, 128.2.1., 135.1.1., 135.1.2. maddələrini rəhbər tutaraq AR ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinin onun barəsində çıxardığı xx.xx.2020-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasının yeri və vaxı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, şikayətçi məhkəmə iclasına gəlməmiş, AR ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi isə nümayəndəsinin iştirakını məhkəmədə təmin etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsinə və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, “xxxx” QSC-nin direktoru X6 tərəfindən X5 əmək müqaviləsinə xitam verilən zaman işçinin son hesabı hesablanarkən AR Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 137 saylı Qərarının nəzərə alınmadığı əsas gətirilərək “xxxx” QSC-nin direktoru X6 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin rəis müavini X9 tərəfindən xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında ptotokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, “xxxx” QSC-nin direktoru X6 Azərbaycan Respublikası İXM-nin 192.4-cı maddəsi ilə təqsirli bilinərək 1200 (bir min iki yüz) manat cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, şikayətçi X3 şikayəti təmin edilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin rəis müavini X4 xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilmiş və başlanmış inzibati iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. “xxxx” QSC-nin direktoru X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1200 (bir min iki yüz) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin rəis müavini X4 xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-329/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-329/2021
03.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver