Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3291/2022 22.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN-in Bakı şəhər X9 İdarəsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətində və X1 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə 99TX029 nömrəli avtomobili ilə hərəkətdə olarkən YPX inspektoru tərəfindən saxlanılaraq Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi ilə M.H.Şəhriyar küçəsinin kəsişməsində yolayrıcı keçmə qaydalarını tələblərinin pozulduğuna görə barəsində İXM-nin 327.2-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta protokolu tərtib edilmişdir. xx.xx.2022-ci il tarixdə TP ******* nömrəli elektron qərar ilə 60 manat inzibati cərimə olunmuşdur. O, hərəkət olduğu küçədə, yəni M.H.Şəhriyar küçəsində quraşdırlmış yol ver (2.4) nişanı və Z.Xəlilov küçəsində quraşdırılmış baş yol (2.1) nişanı tələblərini gözləyərək hərəkətinə davam etdirmişdir. Heç bir inzibati xəta hadisəsi törətməmişdir. Qeyd etmişdir ki, barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraat vəzifəli şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla aparılmışdır. Belə ki, İXM-nin 122.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərdə yalnız o halda elektron qərar qəbul edilə bilər ki, inzibati xəta hadisəsi xüsusi texniki vasitənin köməyi ilə aşkar edilsin və müvafiq orqanın mərkəzi informasiya sisteminə real vaxt rejmində ötürülsün və elektron qərar qəbul edilir. Göründüyü kimi barəsində xx.xx.2022-ci il tarixdə TP ******* nömrəli elektron qərar qəbul edilibsə, inzibati xəta hadisənini təsdiq edən xüsusi texniki vasitə ilə aşkarlanmış foto və ya video material elektron kabinetə yerləşdirilməli və inzibati tənbeh vermə haqqında eletron qərarda əlavə edilməklə göstərilməlidir. (İXM 122.3.1). Barəsində inzibati xəta haqqında icraatı aparan vəzifəli şəxslər yolayrıcını keçmə qaydasının tələblərinə riayət edilməməsinə görə İXM-nin 327.2-ci maddəsi ilə aparmışdırlar. Halbu ki, onun hərəkətində inzibati xəta olmuş olsa belə, “Yol hərəkəti haqqında” Qanunun 75-ci maddəsinin, yəni yolayrıcını keçmə qaydası ilə deyil, həmin Qanunun 61-ci maddəsinin, yəni yol nişanlarının tələblərinə riayət edilməməsinə görə İXM-nin 327.1-ci maddəsi ilə icaat aparılmalı idi. Belə ki, həmin yolayrıcında hərəkət üstünlük nişanları ilə keçmə növbəliyi tənzimləməkdədir. Qərar qəbul edən orqan güya onun qayda pozulmağını həmin ərazidə xidmət aparan YPX inpektorları tərəfindən video qeydə alınıb. Bildirmişdir ki, hansı texniki vasitə ilə və tarixdə qeydə alınması məlum olmayan video sübut kimi qəbul edilə bilinməz. Odur ki, yuxarıda göstərilənləri, habelə qanunvericiliyin tələblərini rəhbər tutaraq, Bakı şəhər X9 İdarəsinin xx.xx.2022-ci il tarixdə TP ******* nömrəli elektron qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfi dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin internet səhifəsindən çıxarışda göstərilmişdir ki, TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X5 xx.xx.2022-ci il tarixdə törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat cərimə edilmişdir. Həmin qərarda göstərilmişdir ki, qərar xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Beləliklə müəyyən edilir ki, hazırda barəsində şikayət verilmiş qərar elektron qərardır (qərarın başlığında da bu qeyd edilmişdir), həmin qərar da göstərilən hadisə xx.xx.2022-ci il tarixdə törədilmişdir. Lakin həmin hadisəyə görə elektron qərar, hadisə törədildikdən 1 gün sonra qəbul edilmiş və elektron kabinetə yerləşdirilmişdir. Halbuki, İXM-in 38.6-cı maddəsinə əsasən həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İXM-in 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin 53.1.11-ci maddəsinə əsasən həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X5 barəsində Azərbaycan Respublikası DİN-in Bakı şəhər X9 İdarəsinin Azərbaycan Respublikası DİN-in Bakı şəhər X9 İdarəsinin xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-3291/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3291/2022
22.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver